Cenin şəhərində İsrail qüvvələri ilə fələstinlilər arasında silahlı qarşıdurma baş verib, yaralananlar var (VİDEO)

İsrail qüvvələri ötən gün Cenin şəhəri və düşərgəsinə girməyə cəhd ediblər. Silahlı qarşıdurma zamanı yaralananlar var.

SalamNews Fələstin mətbuatına istinadən xəbər verir ki, işğal altında olan İordan çayının Qərb sahilinin böyük şəhərlərində olan Cenində İsrail qüvvələri ilə fələstinlilər arasında şiddətli qarşıdurma yaranıb.

Məlumata görə, İsrail qüvvələri fələstinli fəallardan olan Mahmud əl-Dabinin evinə basqın etməyi planlayıblar. Lakin onlar Cenin şəhərinin (düşərgə) qərbində ciddi müqavimətlə üzləşiblər. Yaralananların olduğu qeyd edilir.

Xatırladaq ki, 40 min fələstinlinin məskunlaşdığı Cenin İordan Çayının Qərb sahilində ən çox fələstinli qaçqının olduğu bölgədir. İsrail qüvvələri bir neçə dəfə şəhəri tam nəzarətə götürməyə çalışsalar da buna müvəffəq olmayıblar.

Son aylarda İsrail qüvvələrinə hücumlar məhz bu düşərgədən baş tutub.