Cəbhədə şəhid olan MBH üzvləri “Vətən uğrunda” medalı ilə təltif olundular

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Vətən uğrunda” medalı ilə təltif ediliblər.

Təltif olunan arasında Müsəlman Birliyi Hərəkatının üzvləri şəhid İlyasov Şükür Qəmbər oğlu, şəhid Əliyev Nohəl Əlqəmə oğlu və şəhid Abdullayev Balazadə Rafət oğlu da var.

Allah rəhmət eləsin!