Cavid Qurbanov bu işçilərin maaşını 150 manat kəsir

“Azərbaycan Dəmir Yolları” QSC işçilərin maaşlarını kəsir.

"Unikal"ın əldə etdiyi məlumata görə, Bələdçilər ehtiyatı idarəsinin rəisi  İlham Hüseynov dəmiryolçuları toplayaraq onların ağ kağıza imza çəkməklərini tələb edib.

Bildirib ki, növbəti aydan onların əmək haqlarının  1/3 hissəsi kəsiləcək. Belə ki, 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar. İ.Hüseynov diqqətə çatdırıb  ki, bəzi maddi problemlərə görə onların maaşlarından 140-150 manat tutulacaq. 

Qeyd edək ki, hazırda idarənin qarşısında 100-dən çox işçi yığışaraq öz haqlı etirazlarını bildirirlər.  “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov etirazçıların qarşısına çıxaraq bildirib ki, regionlara sərnişindaşıma işləmədiyi üçün bu qərar verilib.