21 September 2022

Fatimeyi Zəhra (s.ə) məscidinin bütün dini icması dəyişdirilib

Sosial media üzərindən edilən geniş paylaşımlara istinadən Operativ.tv xəbər verir ki, 2022-ci ilin əvvəlində ölkə başçısının açılışında iştirak etdiyi Yeni Günəşlidəki Xanım Fatimeyi Zəhra (s.ə.) adına məscidin ruhanisi hacı Surxay Əhmədov başda olmaqla bütün məscid icmasının fəaliyyətinə xitam verilib. Yayılan məlumata görə yeni icma və üç yeni axund bu gün rəsmi fəaliyyətə başlayıblar. Hətta axşam namazlarını belə təyin edilən yeni axundlardan biri icra edib.

Məhkəmə Əvəz Zeynallını həbsdə saxlayıb

Operativ.tv Turan-a istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsi “Xural TV”nin rəhbəri Əvəz Zeynallının həbsinin ev dustaqlığına dəyişdirilməsilə bağlı vəsatəti təmin etməyib. Bu barədə vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Vəkil onu da bildirib ki, Zeynallıya qarşı  312-1-ci maddə  (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) ilə daha bir  ittiham irəli sürülüb.

"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

“Sumqayıt” komandası baş məşqçisi Aleksey Baqa ilə yollarını ayırıb.

Operativ.tv Report-a "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Klub belaruslu baş məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib

İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei Məsləhət Şurasının üzvlərinin yeni dövr üçün səlahiyyət müddətini təsdiqləyib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran rəhbərinin sərəncamına əsasən, Sadek Ərdəşir Amoli Laricani yenidən şuraya sədr təyin olunub.

Qeyd edək ki, Amoli Laricani 1960-cı ildə İraqın Nəcəf şəhərində anadan olub. O, 2018-ci ildən Məsləhət Şurasına sədrlik edir.

Əli Həsənovun baldızının keçmiş şirkəti Vüqar Səfərlinin işi ilə bağlı kassasiya şikayəti verib

“Portos” MMC ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən kassasiya şikayəti verib.

Operativ.tv Report-a istinadən xəbərinə görə, bu barədə məlumat Ali Məhkəmədə keçirilən prosesdə elan olunub.

Netanyahu: İsrailin baş naziri Yair Lapid Hizbullah-ın təhdidinə təslim olub

“Yair Lapid Hizbullah-ın lideri Həsən Nəsrullahın qarşısında geri addım atıb və təhdidinə təslim olaraq, Kariş qaz yatağından əl çəkib.”

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, bunu sabiq baş nazir, Likud partiyasının sədri Benyamin Netanyahu tvitter hesabında deyib.

O, tvitterdə yayımladığı videoda deyib:

Ayətullah Xamenei İranda son hadisələr fonunda çıxış edib

“Müqəddəs döyüşlərimizin həqiqətlərini gənclərimizə çatdırın. Bildirin ki, qarşı tərəfdə təkcə Səddam rejimi deyil, dünya hegemonları idi.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ölkədə qeyd edilən “Müqəddəs Müdafiə” (İran-İraq müharibəsi) günləri münasibətilə etdiyi çıxışında deyib.

İranla sərhəddə Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib

21 sentyabrda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasiminin onlayn iştirakı ilə Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.

Ermənistanda ölən əsgərlərin anaları ilə polis arasında toqquşma olub

Ermənistanda ölən hərbçilərin yaxınları və qohumları “Yerablur” hərbi məzarlığında hökumət nümayəndələrinin qoyduqları əklilləri aşırıblar.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, onlar polisin ölən əsgərlərin yaxınlarını zor gücünə məzarlıqdan çıxarmasına etiraz ediblər.

General və ailəsinə məxsus 7,7 milyon manatlıq əmlak müsadirə edilib - SİYAHI

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi general-mayor Mövlam Şıxəliyevin və ailə üzvlərinin adına olan əmlakların müsadirə olunması barədə qərar qəbul edilib.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi general-mayor Mövlam Şıxəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İrandan Livana 600 min ton yanacaq təchizatı müqaviləsi

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İranın Beyrutdakı səfiri Livan mənbələrinin məlumatına əsasən, İranın 5 ay ərzində Livana 600 min ton yanacaq tədarükü ilə bağlı razılıq əldə etdiyini açıqlayıb. Livanın əl-Mənar şəbəkəsi İranın Livandakı səfiri Müctəba Əmini “Livanın Energetika Nazirliyi ilə İranın müvafiq rəsmiləri arasında tezliklə elan olunacaq sazişlə bağlı yaxşı xəbər var”-deyib.

Türkiyədə Metropoll Araşdırma Kürd seçici sorğusunun nəticələrini açıqladı

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Metropoll Research kürd seçicilərin öz partiyalarını seçdiyi sorğunun nəticələrini paylaşıb. “Bu bazar günü seçki olsaydı, hansı partiyaya səs verərdiniz” sualına respondentlərin 51,7 faizi HDP-yə, AKP deyənlərin nisbəti isə 10,2-yə cavab verib. Anketə görə, CHP-yə səs verəcəyini deyənlərin nisbəti 12 faiz, İYİP deyənlərin nisbəti isə 2,6-dır. Sorğunun nəticələrinə görə, qərarsız insanların nisbəti 15 faiz, digər seçim 6,4 faizdir.

“Kürdüstan Kommunist Partiyası” İrandakı hadislərin əvvəldən planlaşdırıldığını bildirib

İran hökumətinə qarşı fəaliyyət göstərən separatçı “Kürdüstan Kommunist Partiyası”nın (Komala) sədri İranda son gündə baş verən etirazlar, iğtişaşlar və toqquşmaların əvvəldən planlaşdırıldığını bildirib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu Komala-nın sədri İbrahim Əlizadə BBC-ə canlı yayımda müsahibəsində deyib.

İordaniya kralı İsrail baş naziri ilə görüşdə Qüds və əl-Əqsa məscidinin vəziyyətini gündəmə gətirib

 İordaniya kralı II Abdullah Yair Lapid ilə görüş zamanı işğal altında olan İordan çayının qərb sahilində hərtərəfli sabitliyə çağırıb.

Operativ.tv SalamNews-a istinadən xarici mətbuata istinadən xəbər verir ki, İsrail baş naziri Yair lapid və İordaniya kralı II Abdullah Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci iclasının çərçivəsində görüşüblər.