19 September 2022

Qırğızıstan və Tacikistan sülh protokolu imzaladılar

Qırğızıstan və Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin (DTX) sədrləri iki ölkə arasında sərhəddə vəziyyətin sabitləşdirilməsi və sülhün bərqərar edilməsi haqqında protokol imzalayıblar.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan departamentinin rəhbəri Kamçıbek Taşiyev məlumat verib.

Futzal yığmamız Qazaxıstana uduzdu

Futzal üzrə dünya çempionatının əsas mərhələsinə hazırlaşan Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, Aktaudakı "Halyk Arena"da oynanılan matçda rəqib Qazaxıstan yığması olub. Görüşü yerli hakimlər Talqat Kosmukhambetov, Turekhan Tursumbayev və Roman Dzusov idarə ediblər.

Erməni tərəfinin itkiləri: 207 nəfər ölüb, 293 nəfər yaralanıb, 20 nəfər əsir düşüb

Operativ.tv Turan-a istinadən xəbər verir ki, 12-14 sentyabr döyüşləri zamanı Azərbaycanla sərhəddə 207 nəfər həlak olub. 293 hərbçi və 3 mülki şəxs yaralanıb, 20 hərbçi əsir düşüb. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının 19 sentyabr tarixli məlumatında deyilir.

Xatırladaq ki, Azərbaycan tərəfinin itkisi 79 nəfərdir, 283 nəfər yaralanıb.

Baltikyanı ölkələr Rusiya vətəndaşları üçün sərhədlərini bağladı

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Baltikyanı ölkələr Ukrayna mühabirəsi səbəbindən Rusiyaya ediləcək səyahət məhdudiyyətlərini artıraraq bu gündən etibarən Rusiya vətəndaşları üçün sərhədlərini bağlayıb.

Baltikyanı ölkələr Litva, Latviya, Estoniya Ukraynadakı müharibəyə görə məsuliyyət daşıyan qonşuları Rusiyaya səyahət məhdudiyyətlərini qüvvəyə mindirib.

Əli Əliyevə yeni cinayət işi açıldı

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində yenidən cinayət işi başlanıb.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, onunla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılıb və partiya sədrinə Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə ittiham elam olunub.

Rusiyanın 65 şirkətindən ibarət nümayəndə heyəti bu gün İranda danışıqlara başlayır

Rusiyanın 65 şirkətindən ibarət nümayəndə heyəti bu gün İran paytaxtı Tehranda ticarət əlaqələrini möhkəmləndirmək üçün danışıqlara başlayacaq.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin sözçüsü Omid Qalibaf bu barədə açıqlama verib.

Livanla İsrailin su sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar yekunlaşır

Livan prezidenti Mişel Oun bu gün, bazar ertəsi elan edib ki, İsraillə cənub dəniz sərhədinin demarkasiyası üzrə danışıqlar son mərhələyə çatıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Livanın Prezident Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.

İlahiyyatçı Növrəstə İbrahimova son dövrlər şəhid dəfnlərində dini şüarların söylənilməsinə qoyulan qadağaya münasibət bildirib-VİDEO

Azərbaycan İslam Partiyası Qadınlar Şurasının sədri, Əsgər Analara Dəstək İB-nin rəhbəri ilahiyyatçı Növrəstə İbrahimova Dastan.info-ya son dövrlər şəhid dəfnlərində İmam Hüseyn (ə) şüarlarının səsləndirməsi ilə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik.

“MƏN VERİLƏN TAPŞIRIQLARI İCRA ELƏMİŞƏM...” – “Qaralov, Usubov, Mahmudov olan yerdə, heç kim idim...”

Operativ.tv "AzPolitika.info"-ya istinadla xəbər verir ki, keçmiş Baş prokuror Zakir Qaralovu, onun birinci müavini olmuş Rüstəm Usubovu, MTN rəhbəri Eldar Mahmudovu günahlandıran Yasin Məmmədov, sifarişlə işlədiyini deyib: “Zakir Qaralov, Rüstəm Usubov, Eldar Mahmudov, Mövlam Şıxəliyev olan yerdə, heç kim idim. Qərarları faktiki özüm vermirdim, nə deyirdilərsə, onu edirdim. Mən özbaşına idim ki, İbrahim Zeynalovun həbs olunması üçün vəsatət qaldırım?

Slovakiya - Azərbaycan oyununun hakimləri bəlli olub

Trnavada Slovakiya və Azərbaycan milli komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyununun təyinatları açıqlanıb.

Operativ.tv Report-a istinadən məlumatına görə, qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Uilyam Kollama Devid Makgiçi və Frensis Konnor laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Doland Robertson yerinə yetirəcək.

Rasim Məmmədovun məhkəməsi təxirə salınıb

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edilib ki, təqsirləndirilən şəxsin vəkillərindən biri Zibeydə Sadıqovanın səhhətində problem olduğu üçün məhkəməyə gəlməyib.

BMT: ABŞ tərəqqi və inkişaf baxımından geridə qalıb

Birləşmiş Millətlər Təşkilatı son hesabatında məlumat verib ki, Amerika tərəqqi və inkişaf baxımından inkişaf etmiş ölkələrdən geri qalır.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu hesabata görə, Amerika bir il ərzində Birləşmiş Millətlər Təşkilatının tərəqqi və inkişaf baxımından reytinq cədvəlində 11 pillə geriləyib və bu siyahıda Ukrayna və hətta Kubadan geri qalıb.

Ötən il BMT-yə üzv olan 193 ölkə arasında ABŞ 32-ci yerdə idisə, indi bu rəqəm 42-dir.

Əfqanıstanda partlayış oldu

Əfqanıstanın Qəndəhar əyalətində partlayış olub.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, hadisə nəticəsində zərərçəkənlərin sayı barədə hələlik dəqiq məlumat verilməyib. 

Xatırladaq ki, daha əvvəl Qəndəharın təhlükəsizlik xidmətlərinin gün ərzində minalardan təmizləmə və qeyri-qanuni silah axtarışı aparmağı planlaşdırdığı barədə məlumat yayılmışdı.

Suriyanın şərqində ABŞ-ın nəzarətində olan qərargaha raketlər atılıb

Fəratın şərqində yerləşən ABŞ qərargahına azı dörd raket atılıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu bardə ABŞ Ordusunun Mərkəzi Komandanlığı "CENTCOM" məlumat yayıb.

Məlumatda bildirilib ki, azı dörd raket Suriyanın şimal-şərqində ABŞ qüvvələrinin nəzarətində olan qərargaha atılıb.

Sumqayıtda direktorun müəllimlərdən pul tələb etməsi barədə səs yazısı araşdırılır

Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə yayılmış səs yazısı ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Operativ.tv bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə səs yazısı yayılıb.

HRW-nin keçmiş rəhbəri: BMT-nin yeni hüquq rəhbəri Çin və Rusiyanın hesabatlılığına üstünlük verməlidir

Operativ.tv Amerikanın Səsi-nə istinadən məlumatına görə Human Rights Watch-un keçmiş icraçı direktoru BMT-nin insan hüquqları üzrə yeni ali komissarını Çinin Sincanda və Rusiyanın Ukraynada törətdiyi cinayətlərə görə məsuliyyət daşımasına çağırıb.

Kennet Rot Çini BMT-nin yeni hüquq rəhbəri Volker Turkun qarşısında duran ən böyük vəzifə adlandırıb.

ABŞ və Taliban arasında məhbusların mübadiləsi baş tutub

ABŞ və Taliban arasında məhbusların qarşılıqlı mübadiləsi baş tutub.

 Operativ.tv APA-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanda hakimiyyətdə olan Taliban rejiminin xarici işlər naziri Əmir Xan Muttəqi mətbuat konfransında deyib.

O bildirib ki, Hacı Bişr Nurzai bu gün Kabil hava limanında Amerika vətəndaşı Mark Freriçslə mübadilə zamanı sərbəst buraxılıb.

Əzadarlığa irad edənlər, boşuna çırpınmayın!..

Əzadarlıq məclislərində dini şüarların səsləndirməsinə qadağalar dinin ölkədə qadağalarla üzləşdiyi bir çox səbəblər kimi, əslində, siyasi xarakter daşıyır. Bunu siyasi müstəvidən çıxararaq din donuna salmaq istəyənlərin uğursuz addımları bu addımın arxasında duran qüvvələrin özü kimi aydın, cılız və zəifdir. Bu zəifliyi gizlətməyə çalışanların şəhid anası arxasında gizlənməsi isə həqiqətdə utanc gətirici bir haldır.

Azərbaycan və İsraildən olan sərnişinlər hava nəqliyyatından istifadə zamanı sadələşdirilmiş nəzarətdən keçəcəklər

Azərbaycan və İsraildən olan sərnişinlər hava nəqliyyatından istifadə zamanı sadələşdirilmiş nəzarətdən keçəcəklər.

Operativ.tv Report-a istinadən xəbərinə görə, bu, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

UEFA-nın azərbaycanlı meneceri: Ərbəin səfərində gözəllikdən başqa bir şey görmədim

Tanınmış futbol klublarında oynamış, hazırda UEFA-nın mərkəzində menecer kimi çalışan əslən azərbaycanlı Mehdi İşık az.shafaqna.com-a danışıb. 

Az.shafaqna.com: Əvvəla bizə müsahibə verməyə razı olduğunuz üçün sizə təşəkkür edirik. İlk sualımız belədir: Sizi bu ziyarətə gətirən səbəb nədir?                 

Moldovada etirazlar başladı - Sandunun istefası tələb olunur

Moldovanın paytaxtı Kişinyov şəhərində hökumət əleyhinə genişmiqyaslı mitinq keçirilib.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, azı 5 min sakin hökumətin və qərbyönlü prezident Maya Sandunun istefasını tələb edib.

Aksiya iştirakçıları yüksək inflyasiya və enerji qiymətlərinin artmasına etirazlarını bildiriblər.

Son döyüşlərdə şəhid olanların kredit borcları silindi

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, iclas zamanı cari ilin sentyabr ayında düşmən təxribatı nəticəsində döyüşlərdə Şəhid olmuş hərbçilərimizin banklara olan bütün növ kredit öhdəliklərinin və onlara hesablanmış faizlərin ABA üzvlərinin təşəbbüsü ilə tam həcmdə silinməsi məsələsi müzakirə edilərək yekdilliklə təsdiq edilib.

İranPress: Nensi Pelosinin Ermənistana səfəri gərginliyi daha da artıracaq

“Pelosinin İrəvana səfəri Ermənistan hakimiyyətini sevindirə bilər, amma bu, Vaşinqtondan İrəvana konkret və effektiv dəstəyin verilməsi demək deyil. Pelosinin Tayvana səfərinin təcrübəsi göstərdiyi kimi, bu səfər bölgədə daha da gərginliyə səbəb olacaq.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın “İranPress” Beynəlxalq Xəbər Agentliyi yazı dərc edib.

Messi qol sayında Ronaldonu arxada qoyub

Lionel Messi yeni rekorda imza atıb.

Operativ.tv Apasport.az-a istinadən məlumatına görə, argentinalı ulduz penaltilər nəzərə alınmamaqla vurulan qol sayında zirvəyə yüksəlib.

O, PSJ-nin Liqa1-in “Lion”la matçında qələbə qoluna sevinib – 1:0. Bu Messinin karyerasında ümumilikdə 802-ci, penaltiləri saymasaq, 672-ci qolu olub. O, hərəyə 671 dəfə fərqlənən Kriştiano Ronaldo və Peleni arxada qoyub. Ümumi qol sayı 834-ə bərabər olan Ronaldo 150 oyun çox keçirib.