14 September 2022

"Bavariya"nın əsas müdafiəçisi zədələnib

Almaniyanın "Bavariya" klubunun futbolçusu Lukas Ernandes zədələnib.

Operativ.tv Report-a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi "Barselona"ya 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununda sıradan çıxıb.

Qarşılaşmadan sonra fransalı oyunçunun əzələsində problem aşkarlanıb. Ernandesin 6 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Müdafiə Nazirliyi: "Təəssüf ki, itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək"

"Təəssüf ki, itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək".

Operativ.tv Report-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır: "Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".

Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurma davam edir - tərəflər vəziyyətin gərgin olduğunu bildirir

Operativ.tv Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Azərbaycan-Ermənistan sərhədinin bir sıra istiqamətlərində sentyabrın 12-dən başlayan döyüşlər hələ də davam edir. Tərəflər döyüş əməliyyatlarının başlanmasında və davam etdirilməsində bir-birini günahlandırır.

Rusiya məhkəməsi Tacikistanın "İslam İntibah Partiyası"nı terror təşkilatı kimi tanıyıb

Operativ.tv Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Rusiya Ali Məhkəməsi Düşənbənin tələbi ilə Tacikistanın "İslam İntibah Partiyası"nı terror təşkilatı kimi tanıyıb.

"Məhkəmə Rusiya Baş Prokurorluğunun Tacikistan "İslam İntibah Partiyası"nın terror təşkilatı kimi tanınması ilə bağlı iddiasını təmin edib", agentliyin məlumatında bildirilib.

Azərbaycanın xarici işlər naziri İrana Bakı-İrəvan böhranının həllində göstərdiyi köməyə görə təşəkkür edib

Operativ.tv İRNA-ya istinadən xəbər verir ki, İran və Azərbaycanın xarici işlər nazirləri arasında telefon danışığında Azərbaycanlı nazir Ermənistan və Azərbaycandakı gərginliyin aradan qaldırılması üçün göstərdiyi köməyə görə İrana təşəkkür edib.

“Səda TV” internet kanalının rəhbəri həbs edilib

Baş Prokurorluğun İstintaq idarəsində Əvəz Zeynalov və Elçin Sadıqovun təqsirləndirilmələrinə dair cinayət işi üzrə aparılan istintaq gedişində “Səda TV” MMC-nin direktor müavini olmaqla eyniadlı internet kanalının faktiki rəhbəri Elnur Şükürovun qanunsuz əməlləri ifşa edilib.

Operativ.tv-yə APA-ya istinadən bu barədə Baş Prokurorluqdan məlumat verilir.

Pakistanın şimal-qərbində törədilən partlayışda səkkiz nəfər ölüb

Pakistanın şimal-qərbində Xeybər-Paxtunxva əyalətində törədilən partlayışda azı səkkiz nəfər həyatını itirib.

 

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Xeybər-Paxtunxva əyalətinin polisi məlumat yayıb.

Bildirilib ki, əyalətin Vadi-Svat bölgəsində hökumətə tərəfdar və Taliban-a zidd olan bir cəmiyyətin lideri də daxil olmaqla səkkiz nəfər həyatını itirib.

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında sərbəst güləş üzrə püşkatma mərasimi keçirilib.

Operativ.tv Report-a istinadən məlumatına görə, tədbirdə Azərbaycan təmsilçilərinin də ilk rəqibləri müəyyənləşib.

57 kq

Təsnifat. Əliabbas Rzazadə - Kim Sonqvon (Cənubi Koreya)

BƏƏ 6 il sonra İrana səfir təyin etdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2016-cı ildə səfirinin geri çəkilməsi ilə diplomatik əlaqələrini kəsdiyi İrana yenidən səfir təyin edib.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki,  İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, BƏƏ səfiri Seyf Məhəmməd Ubeyd əz-Zəabi paytaxt Tehranda xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb. 

14 sentyabr günorta saatlarına olan hərbi məlumat

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutulur, bu barədə Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 14-də günorta məlumat yayıb.

ADR "Siyasi partiyalar haqqında" qanun layihəsinə dəyişikliklər layihəsini təqdim edib

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının təşəbbüsü ilə sentyabrın 14-də "Qanun" nəşriyyatında müxalif partiyaların nümayəndələrinin və ekspertlərin iştirakı ilə hakimiyyət tərəfindən parlamentə təqdim edilmiş "Siyasi partiyalar haqqında" qanun layihəsi ilə bağlı müzakirələr aparılıb.

ADR görüş iştirakçılarına qanun layihəsinə dəyişikliklər haqqında təklifləri ehtiva edən mövqe sənədini təqdim edib. Görüş iştirakçıları sənədi təqdir ediblər.

İraqın baş naziri Kərbəlaya gəlib

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, İraqın baş naziri Mustafa Əl Kazimi Ərbəin ərəfəsində Kərbəlaya gəlib. O Kərbəlada Ərbəinlə bağlı təhlükəsizlik tədbirlərinin təşkili ilə maraqlanıb. Qeyd edək ki, sentyabr ayının 17-si İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü kimi qeyd olunan Ərbəin günüdür. İraqda milyonlarla yerli və xarici zəvvarın iştirakı ilə Nəcəfdən Kərbəlaya yürüş təşkil olunur və Ərbəin günü Kərbəlada bu yürüş bitir.

Azərbaycan 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir

Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.

Yəmənin cənubunda yerləşən ən böyük silah anbarında şiddətli partlayışlar baş verib

Yəmənin Ləhic əyalətində yerləşən əl-Ənəd hərbi qərargahının silah anbarında şiddətli partlayışlar baş verib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə yerli hərbi mənbələr məlumat veriblər.

Əl-Ənəd hərbi qərargahının silah anbarında partlayışlar uzaq məsafədən eşidilib.

“Patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən şəxsi həyata dair görüntülərin internet resurslarından silinməsi adı ilə vətəndaşların pulunu ələ keçirən vəzifəli şəxs barəsində daxil olmuş müraciət əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

DTX: “TikTok”un ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılır

Məlum olduğu kimi, cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülüb. Hazırda həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır.