11 September 2022

İki kürd partiyası İraq prezidenti seçkilərində razılığa gəliblər

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İraq Kürdüstanı Demokratik Partiyası və İraq Kürdüstanı Vətənpərvər Birlik Partiyası İraq parlamentində prezident seçkiləri ilə bağlı iclas keçirmək barədə razılığa gəliblər. Bildirilib ki, iki partiya arasında birgə namizədlik və prezidentliyə dair razılıq əldə olunub. Kürd siyasətçi, İraq Kürdüstanı Demokratik Partiyasının Siyasi Bürosunun üzvü Cəfər Əyməniki "Münaqişə həll olundu. İndiki liderlər İraqın bizim münaqişələrimizi cəlb edəcək vəziyyətdə olmadığını anladılar"- deyib.

Zəvvarları daşıyan avtobus partladıldı - 11 ölü, 30 yaralı

İranlı zəvvarları daşıyan avtobus İraqda partladı. 

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, partlayışda 11 nəfər ölüb, 30 nəfər yaralanıb.

İranın Qızıl Aypara Cəmiyyətinin sədri Pirhəsən Kolivənd bildirib ki, İraqın Babil əyalətinin Şoumli şəhərində yanacaqdoldurma stansiyasında bir avobusun partlaması nəticəsində 11 iranlı zəvvar həyatını itirib, 30 zəvvar isə yaralanıb.

Eldəniz Əzizli ikiqat dünya çempionu oldu

Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Eldəniz Əzizli final görüşünə çıxıb.

Operativ.tv Unikal-a istinadən məlumatına görə, 55 kq çəki dərəcəsində rəqib gürcüstanlı Nuqzari Tsurtsumiya olub.

Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən 30 yaşlı pəhləvan özündən 5 yaş kiçik rəqibini vaxtında əvvəl təmiz qələbə ilə üstələyib - 8:0.

Avropalılar İranın niyyətinə şübhə ilə yanaşır

Operativ.tv Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Fransa, Böyük Britaniya və Almaniya Tehranın rədd etdiyi və Moskva tərəfindən "çox vaxtsız" adlandırılan şərhlərlə İranın nüvə sazişini canlandırmaq niyyətinə "ciddi şübhələri" olduğunu bildirib.

Bu ayın əvvəlində İran ABŞ, Aİ və BMT-nin iqtisadi sanksiyalarından azad olmaq müqabilində Tehranın nüvə proqramını məhdudlaşdırdığı 2015-ci il sazişinin bərpası üçün Avropa İttifaqının təklif etdiyi mətnə son cavabını göndərib.

Çinin 42 döyüş təyyarəsi Tayvana yaxınlaşıb

Çinin 42 döyüş təyyarəsi Tayvana yaxınlaşıb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, son 24 saat ərzində adaya bitişik bölgəyə Çin Hərbi Hava Qüvvələrinə məxsus 42 təyyarə düşüb.

Tayvan hərbçiləri isə öz növbəsində hava patrulunu qaldırıb, radio xəbərdarlıqlarını paylayıb və zenit-raket sistemlərini yerləşdiriblər.

BMT-nin baş katibi dünya ölkələrini Pakistana kömək etməyə çağırdı

BMT-nin baş katibi Antonio Quterreş şənbə günü Pakistanın Sind əyalətinin daşqından zərər çəkmiş bölgələrinə səfər edib və digər ölkələrin İslam Respublikasına yardım göstərməsinin vacibliyini vurğulayıb.

“BMT-nin Pakistan üçün etdikləri, edilməsi lazım olanların okeanında bir damladır”, - deyə Quterreş bildirib.

Hüquq müdafiəçilərindən Əvəz Zeynallı və Elçin Sadıqovla bağlı Prezidentə müraciət edib

Bir qrup hüquq müdafiəçiləri barələrində həbs qətimkan tədbiri seçilən jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Hilal Məmmədov, Elçin Həsənzadə, Sevinc Sadıqova və Mehman Əliyevin imzaladığı müraciətdə bildirilir:

Azərbaycandan Ərbəinə gedən zəvvarlar Tbilisidə Alulbeytin qonağı olublar

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, Azərbaycandan hava yolu ilə Gürcüstana, daha sonra quru yolu ilə Ərbəinə gedən zəvvarlar Gürcüstanda Alulbeytin, həmçinin Marneulidə İmam Hüseyn və İmam Əli məscidinin xidmətindən yararlanırlar. Yüzdən çox azərbaycanlı zəvvar Tbilisidə Alulbeytin binasında bir neçə gün gecələyiblər. Dünən gecə isə onlara İraqa Türkiyədən keçməklə yola düşüblər.

Dünya çempionatı: 4 güləşçimiz mübarizəyə başlayır, 2-si final görüşünə çıxacaq

Bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə start verəcək.

Operativ.tv Az.shafaqna.com-a istinadən məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov 1/8 final mərhələsində Aleksandr Yurkyans (Latviya) / Cordan Kabonqo (Konqo) cütünün qalibi ilə üz-üzə gələcək.

Əvəz Zeynallı və Elçin Sadıqov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib (yenilənib)

Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Operativ.tv APA -yz istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılan iş üzrə istintaq orqanının təqdimatı təmin edilib.