10 September 2022

Əvəz Zeynallıya cinayət işi açılıb

Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallının saxlanılıb. Bu barədə məlumatı Baş Prokrorluq yayıb. Operativ.tv-nin məlumatına görə Zeynallıya cinayət işi də açılıb. Məlumata görə hazırda Əvəz Zeynallı, istintaq idarəsindədir və o, dindirilir. İstintaq hərəkətləri çərçivəsində Əvəz Zeynallının evində və ofisində axtarış aparılıb.

Zəvvarların daşınması üçün İrandan İraqa 200 avtobus göndərilib

 İran, zəvvarların daşınması üçün İraqa 200 avtobus göndərib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Ərbəin ziyarətinin təşkili idarəsi” məlumat yayıb.

Bildirilib ki, İraq tərəfində zəvvarların Nəcəf və digər bölgələrə çatdırılmasında nəqliyyat çatışmazlığı müşahidə edilib.

Ev dustaqlığına buraxılan Reabilitasiya Mərkəzinin direktoru və işçilərinin həbsi tələb olunur

Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı istintaqa cəlb olunan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirindən şikayət verilib.

IGB Cənub-Şərqi Avropa, Ukrayna və Moldova üçün şaxələndirilmiş qaz tədarükləri üçün yeni, təhlükəsiz qapı açır

Yunanıstan və Bolqarıstanın təbii qaz ötürücü sistemlərini birləşdirən IGB boru kəməri Cənub-Şərqi Avropa regionu, həmçinin Ukrayna və Moldova üçün şaxələndirilmiş təbii qaz tədarükləri üçün yeni, təhlükəsiz qapı açır.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bunu ICGB-nin icraçı direktorları Teodora Georgieva və George Satlas IGB layihəsinin həm milli, həm də beynəlxalq əhəmiyyətini vurğulayarkən bildiriblər.

Rusiya qanunsuz “Kətibə Tövhid vəl-Cihad” birləşməsinin liderini məhv etdi

Rusiya Federasiyasında qadağan olunmuş “Kətibə Tövhid vəl-Cihad” terror təşkilatının lideri Sirociddin Muxtarov Rusiya Aerokosmik Qüvvələrinin (VKS) endirdiyi zərbə nəticəsində Suriyada öldürülüb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasında döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini, general-mayor Oleq Yeqorov bildirib.

Dünyada bütün kimyəvi silahlar tamamilə məhv edilsin

Operativ.tv İRNA-ya istinadən məlumat verir ki, İranın Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq işlər nazirinin müavini Rza Nəcəfi Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının baş direktoru Fernando Arias ilə görüşündə bütün dünyada silah olaraq kimyəvi maddələrin tamamilə məhv edilməsinin vacibliyini vurğulayıb.

Tarixin ilk Ərbəin ziyarəti

Səfər ayının ortalarından 20-ə qədər Kərbəla yolunda izdihamlı yürüşlər müşahidə edilir. Bu yürüşə qatılmaq üçün milyonlarla insan müxtəlif ölkələrdən İraqa getməyə can atırlar. Bu yürüş İmam Hüseynin Kərbəlada “Mənin imdadıma gələn varmı?!” çağırışından sonra yaranmış və hələ də sönməyən bir hidayət məşəlini tərənnüm etdirir.

MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.