04 September 2022

Kadırov DXR-də genişmiqyaslı hücumun başladığını elan etdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Telegram kanalında Axmat xüsusi təyinatlıları və LPR-nin 2-ci korpusunun Donetsk Xalq Respublikasında hücumuna başladığını elan edib.

Operativ.tv Unikal-a istinadən xəbər veir ki, “Donetsk Xalq Respublikasında “Axmat” xüsusi təyinatlıları və LPR-nin 2-ci korpusu bir neçə bölgədə genişmiqyaslı hücuma keçib”, - məlumatda deyilir.

İsrail ordusu Livanla sərhəddə təlimlər keçirəcək

İsrail Müdafiə Qüvvələri Livanla sərhəd yaxınlığında üç günlük planlaşdırılmış təlimə başlayacaq.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Hərbi təlimlər Livanın sərhəd bölgəsində başlayacaq və günortadan sonra başa çatacaq. Onlar İsrail ordusunun 2022-ci il üçün təlim proqramının bir hissəsi kimi əvvəlcədən planlaşdırılıb", - ordunun bəyanatında deyilir.

MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Suriyada hərbi helikopter yaşayış binalarının üzərinə düşüb, ölənlər var

Suriyanın Həma şəhərində hərbi helikopter qəzaya uğrayıb və yaşayış binalarının üzərinə düşüb.

Operativ.tv APA-ya istinadla xəbər verir ki, Suriyanın Müdafiə Nazirliyi helikopterin ekipajının həlak olduğunu bildirib, lakin binaların sakinləri arasında itkilər barədə məlumat verilməyib.

Qazaxıstanda silah anbarında yanğın: 4 nəfər ölüb, yaralananlar var

Qazaxıstanın Kostanay şəhərində (ölkənin şimalında) silah mağazasında baş verən yanğın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə respublikanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

"Yeddi mağaza işçisi xəsarət alıb, onlardan dördü ölüb, üçü yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib", - nazirliyin açıqlamasında bildirilir.

"Mossad"-ın rəhbəri nüvə sazişi üzrə danışıqlarda iştirak edəcək

İsrail kəşfiyyatını "Mossad"ın rəhbəri sentyabrın 5-də İranla nüvə sazişi üzrə danışıqlar aparmaq üçün Vaşinqtona gedəcək.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Yair Lapid bildirib. Onun sözlərinə görə, İranla nüvə sazişi ilə bağlı İsrailin Vaşinqtona təqdim etdiyi qeyd-şərtlər nəzərə alınıb. 

Əl-Qaidə Yəməndə girov saxlanılan BMT əməkdaşının videosunu yayıb

Əl-Qaidə fevral ayında Yəməndə girov saxlanılan Banqladeş vətəndaşı olan BMT əməkdaşının videosunu yayıb.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın radikal qruplaşmaları izləyən SİTE təşkilatı məlumat yayıb.

Videoda danışan BMT əməkdaşı özünün və həmkarlarının həyatının təhlükədə olduğunu, tibbi yardıma ehtiyac duyduqlarını bildirib.