03 September 2022

Kənani: İran qanuni hüquqlarından əl çəkməyəcək

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sosial media hesabında Müstəmləkəçiliklə Mübarizə Günü münasibətilə paylaşım edib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Nasir Kənani paylaşımında bildirib:

"İran hökuməti və xalqı müstəmləkəçi dövlətlərin ölkənin müstəqilliyi və şərəfi üçün hədsiz ambisiyaları və zülmünə qarşı duracaq və qanuni hüquqlarından əl çəkməyəcək".

Rusiya və İran XİN başçıları arasında telefon danışığı olub

Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN başçıları arasında cari il avqustun 31-də Moskvada keçirilmiş danışıqların yekunları üzrə razılaşmaların hazırlanmasında ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə olunub.

Ukrayna limanından ərzaqla dolu daha bir gəmi yola düşüb

Ukrayna limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar ərzaqla dolu 9 gəmi qalsa da, bu gün onlardan yalnız biri yola düşüb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

“Regionda əlverişsiz hava şəraiti ilə əlaqədar Ukrayna limanlarında 9 gəmi yola düşməyi gözləsə də, cəmi 1 gəmi limandan ayrılıb”, - məlumatda deyilir.

ABŞ-dan Tayvana 1 milyardlıq dəstək

Amerika Birləşmiş Ştatları Tayvana dəstək olub. 

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Tayvana ümumi dəyəri 1 milyard 106 milyon dollar olan hərbi sursat satışına icazə verib.

Qeyd edək ki, Birləşmiş Ştatların Tayvana 1,1 milyard dollarlıq silah paketi satışına icazəsi rəsmi Vaşinqtonla Pekin arasında gərginliyə səbəb olub. 

Azərbaycanın paracüdoçusu 8-ci dəfə Avropa çempionu oldu

Azərbaycanın paracüdo üzrə milli komandasının üzvü İlham Zəkiyev (+90 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Operativ.tv Report-a istinadən xəbərinə görə, o bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb. Bununla da 42 yaşlı ikiqat Olimpiya və ikiqat dünya çempionu İlham Zəkiyev 8-ci dəfə Avropanın ən güclüsü olub.

Ayətullah Xamenei Ümümdünya Əhli-beyt Assambleyasının iştirakçıları qarşısında çıxış edib

“İran İslam Respublikası Əhli-beytdən ilhamlanaraq yeddi başlı əşdəha olan dünya hegemonluğunu geri addımlamağa vadar etdi.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei Ümümdünya Əhli-beyt Assambleyasının yeddinci iclasına qatılan qonaqlar qarşısında çıxışında deyib.

"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer etmək istəyir

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Yunanıstan "Olimpiakos"u daha bir ulduz futbolçunu heyətinə qatmağı planlaşdırır.

Operativ.tv Report-a istinadən xəbər verir ki, Pirey təmsilçisinin sahibi Evangelos Marinakis İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Tyemue Bakayokonu komandada görmək istəyir.

Fransalı oyunçu hazırda icarə əsasında İtaliyanın "Milan" komandasında çıxış edir.

Görmə məhdudiyyətli xanım Quran öyrədir

Görmə məhdudiyyətli Hülya Tonbul Quran-Kərim müəlliməsidir.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, o, gözləri görən tələbələrə Brayl şrifti ilə Quran-Kərimi oxumağı öyrədir.

Bundan başqa, 30 yaşlı Hülya xanım həm də Quran hafizidir – o, bu məqama 21 yaşında ikən nail olub.

Onun müəllimi də özü kimi görmə məhdudiyyətli biri olub.

Kəlbəcər və Laçında mövqelərimiz atəşə tutulub

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 19 dəfə atəşə tutulub.

Operativ.tv Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə istinadən, bunlardan 16-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib.

İranlı deputat: “Azərbaycanla nəqliyyat əlaqələrinin səviyyəsinin artmasının şahidi oluruq”

Biz İran və Azərbaycan arasında nəqliyyat əlaqələrinin səviyyəsinin yüksəldiyinin şahidi oluruq.

Operativ.tv APA-nın Tehran bürosuna istinadən məlumatına görə, bunu İran parlamentinin Təbriz, Azərşəhr və Eskodan olan nümayəndəsi Məhəmmədrza Mirtacəddini deyib.

O bildirib ki, İranın coğrafi mövqeyi ölkəmizi region üçün nəqliyyat dəhlizinə çevirə bilər ki, bu da valyuta qazancına səbəb olacaq.

İran Qırmızı dənizdə ABŞ-ın iki pilotsuz aparatını ələ keçirib

İran Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə ABŞ-ın 5-ci donanmasına məxsus iki pilotsuz su aparatını ələ keçirib.

İki ədəd “Saildrone Explorer” pilotsuz aparatı İranın “Camaran” esminesinin göyərtəsində görüntülənib. Təsvirləri İran dövlət televiziyası yayıb.

Bildirilib ki, hər iki aparat beynəlxalq dəniz sularında aşkar olunub.

Silahlı insidentdə 8 polis həyatını itirdi

Kolumbiyanın mərkəzi hissəsindəki Huila inzibati bölgəsində bombalı və silahlı hücum  olub.  

Operativ.tv Unikal-a  istinadən xəbər verir ki, 2 patrul maşını sosial yardım proqramından Neiva şəhərinin San Luis qəsəbəsinə qayıdarkən insident yaşanıb. 

Yolun çətin olduğu bölgədə bomba, daha sonra isə uzun lüləli silahlarla hücuma məruz qalan 2 patrul maşınına atəş açılıb, 8 polis əməkdaşının həyatını itirdiyi bildirilib.

“Çelsi”nin hücumçusu “Fənərbaxça”ya keçdi

İngiltərənin “Çelsi” klubunun hücumçusu Mişi Batşuayi karyerasını Türkiyənin “Fənərbaxça” klubundan davam etdirəcək.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, hücumçu İstanbul təmsilçisi ilə “2+1” sxemi ilə müqavilə imzalayıb.Qeyd edək ki, futbolçu son mövsümü icarə əsasında “Beşiktaş” klubunda keçirib və Türkiyə çempionatının 33 oyununda 14 qol vurub.

Taliban: İşğalçı İsrail rejimini tanımayacağıq!

Əfqanıstandakı Taliban hökumətinin rəsmi sözçüsü Məhəmməd Naim bildirib ki, Əfqanıstanın siyasət planında işğalçı İsrail rejiminin tanınması və onunla əlaqələrin qurulması yoxdur.

Operativ.tv  Az.rasthaber.com-a istinadən xəbər verir ki, sözçü, Taliban hərəkatının Qüdsə dəstək mövqeyinin çox açıq-aşkar olduğunu, işğalçı İsrail rejiminin Fələstində etdiklərinin tamamilə qəddarlıq və zülm olduğunu bildirib.

İraq Ordusu və Həşd Şabi terrorçulara qarşı birgə əməliyyata başlayıb

İraq ordusu və Həşd əş-Şabi Bağdadın şimal bölgələrini təmizləmək üçün birgə əməliyyata başlayıb.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Həşd Şabi və İraq ordusu çərşənbə günündən etibarən Bağdadın şimalındakı "əl-Tarimiyyə" bölgəsini təmizləmək və bu şəhərə gedən yolların təhlükəsizliyini təmin etmək üçün birgə əməliyyat keçirir.

FHN: Zaqatalada yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir

Zaqatala rayonunun Yuxarı Tala kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Operativ.tv bu barədə SalamNews-a istinadən FHN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verən şəxslərin kimliyi məlum olub

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərin paytaxtın Sabunçu rayonu ərazisində yerləşən loqopedik reabilitasiya mərkəzində qeydə alındığı bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

 

Azərbaycan XİN-dən Ermənistan rəsmisinin Xankəndiyə qanunsuz səfərinə münasibət: "Ərazi bütövlüyünə qarşı atılan addımlar cavablandırılacaq"

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan Təhlükəsizlik Şurasının katibinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərini şərh edib.

Operativ.tv Report-a istinadən açıqlamada deyilir:

ABŞ Tayvana 1,1 milyard dollarlıq silah satacağını açıqlayıb

ABŞ Dövlət Departamenti Tayvanla 1,1 milyard dollarlıq silah müqaviləsini təsdiqləyib.

Operativ.tv APA-ya istinadən məlumatına görə, bu barədə cümə günü Pentaqonun strukturuna daxil olan müvafiq hökumət departamenti məlumat yayıb.

Qeyd olunur ki, söhbət təxminən 355 milyon dollar dəyərində 60 ədəd “AGM-84K Harpoon Block II” gəmi əleyhinə raketlərin və onunla əlaqəli avadanlıqların, həmçinin 100 ədəd “hava-hava” tipli “AIM-9X Block” raketinin satışından gedir.

Akar: “Türkiyə Yunanıstanın təxribatçı hərəkətlərinə cavab verməyə davam edəcək”

Türkiyə qanunun aliliyinə məhəl qoymayan Yunanıstanın aqressiv və təxribatçı hərəkətlərinə dərhal cavab verib və bundan sonra da cavab verəcək.

Operativ.tv APA-nın məlumatına görə, bunu milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir Afinanın hərəkətlərini düşməncəsinə və səhv adlandırıb.