02 September 2022

İrəvanda müxalifət Paşinyanın istefası tələbi ilə mitinq keçirib

İrəvanda müxalifət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinqə başlayıb.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Mitinqin təşkilatçıları hesab edirlər ki, hakimiyyət ordunun gücünü qəsdən zəiflətməyə çalışır ki, bu da dövlət təhlükəsizliyinə ziddir.

Wolt rəhbərliyinin etirazçılara cavabı

Operativ.tv Turan-a istinaddən xəbər verir ki, Wolt Azərbaycan şirkətinin baş meneceri Tofiq Süleymanov  dünən və bu gün bir qrup kuryer Bakıda tətil keçirdiyini bildirib. "Onların sifarişləri qəbul etməyib xidmət göstərməmək seçiminə hörmətlə yanaşırıq. Lakin, təəssüf ki, bu kuryer qrupu öz narazılığını başqa kuryerlərə maneəçilik törətmək ilə əks etdirir. Bu qrup populyar restoranların qarşısında yığışaraq işləmək istəyən kuryer-partnyorlara sifarişləri götürməyə imkan vermir".

Lavrov və Mirzoyan Qarabağ üzrə üçtərəfli razılaşmaların gedişatını müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və erməni həmkarı Ararat Mirzoyan arasında sentyabrın birində telefon danışığı baş tutub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin "Telegram"kanalında məlumat verilib. 

Bildirilir ki, tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli Qarabağ üzrə üçtərəfli sazişlərin icrasının gedişatı və perspektivlərini müzakirə ediblər. 

İslami Cihad: İran Fələstin xalqına dəstək verən yeganə ölkədir

Fələstin İslami Cihadının Tehrandakı nümayəndəsi bəyan edib ki, İran İslam Respublikası Fələstin xalqına dəstək verən yeganə ölkədir.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, İslami Cihad Nümayəndəsi Nasir Əbu Şərif açıqlamasında deyib: İran İslam Respublikası kimi bütün İslam ölkələri sionist rejimin işğalına qarşı Fələstin xalqının yanında möhkəm dayanmalıdır.

Ayətullah Sistani İraqda baş verən son hadisələri pisləyib

Böyük mərcei-təqlid Ayətullah Əli Sistaninin nümayəndəsi Seyid Hüseyn əl-Nuri Nəcəfdə, ölkədə baş verən son hadisələrdə həyatını itirənlər üçün keçirilən əzadarlıq məclisində iştirak edib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Seyid Hüseyn əl-Nuri bildirib ki, Ayətullah Sistani İraqda baş verən hadisələrdən son dərəcə qəmgindir.

O qeyd edib ki, Ayətullah Sistani İraqda baş verənlərdən narazıdır və bu biabırçı hərəkətləri pisləyir.

Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Azərbaycanın daha iki qadın şahmatçısı 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.

Operativ.tv Report-a istinadən məlumatına görə, bu Günay Məmmədzadə və Ülviyyə Fətəliyevanın Çexiyanın paytaxtı Praqada keçirilmiş Avropa çempionatında medal qazanması sayəsində mümkün olub.

Yarışda ümumilikdə 103 iti zəka sahibi iştirak edəcək.

Yetimxanadakı qızlara işgəncə verdilər

Səudiyyə Ərəbistanda bir sıra şəxslər uşaqlar evinə daxil olaraq qızları dəyənəklə döyüblər. 

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, hadisə Ərəbistanın Xamis Muşayt şəhərindəki yetimxanada baş verib.

Belə ki, bir qrup şəxs uşaqlar evinə hücum edib qızlara kəmər və dəyənəklə hücm ediblər.

Hadisə ilə bağlı Səudiyyə Ərəbistanı Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.

Bakıda yol polisi deputatı saxladı, mübahisə düşdü

Milli Məclisin deputatı Məşhur Məmmədov sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilən reyd zamanı saxlanılıb.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, deputatın avtomobilinin saxlanılmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

İngiltərə Premyer Liqasında transfer rekordları qeydə alınıb

Yay dönəmində İngiltərə Premyer Liqasında bir neçə transfer rekordu qeydə alınıb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, Premyer Liqa klubları futbolçu keçidləri üçün 2,2 milyard avro xərcləyiblər.

2017-ci ildə bu rəqəm 1,6 milyard avro olub.

Transferlərə 322 milyon avro sərf edən "Çelsi" siyahıya başçılıq edir. "Zadəganlar" tarixində ilk dəfə bu məbləğə çataraq yeni rekord müəyyənləşdirib.

İran Ordu Hərbi Dəniz Qüvvələrinin eskadronu Qırmızı dənizdə dəniz quldurları ilə toqquşub

Operativ.tv İRNA-ya istinadən xəbər verir ki, Ordu Dəniz Qüvvələri Komandanlığı 83-cü donanma Qırmızı dənizdə dəniz quldurları ilə qarşılaşdığını bildirib.

Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada, 12 nəfərlik silahlı qayıq Babul-Məndəb boğazından keçərək İran ticarət gəmisinə yaxınlaşıb, lakin Hərbi Dəniz Qüvvələrinin Çəmaran Destroyeri işə salındıqdan sonra bölgədən uzaqlaşıb.

Kadırov: Mariupolda döyüşlər zamanı zədələnən məscidin bərpası sürətlə davam edir

 Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, şəhər uğrunda döyüşlər zamanı zədələnən Qanuni Süleyman və Roksolana adına Mariupol məscidinin bərpası tam sürətlə aparılır.

Operativ.tv SalamNews-a istinadla xəbər verir ki, Kadırov bunu "Telegram" kanalında yazıb.