Merkel Kiyevlə Moskva arasında vasitəçi ola biləcəyini deyir
Almaniyanın keçmiş kansleri Angela Merkel Kiyevlə Moskva arasında sülh nizamlanmasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib. Məlumatı Operativ.tv Azadlıq Radiosuna istinadən yayıb.
RND-yə müsahibəsində o, gələcəkdə özü üçün belə bir rolu istisna etmədiyini, lakin hazırda bu mövzunun müzakirə olunmadığını deyib.