18 June 2022

Bəşər Əsədi qorxudan sui-qəsd

Operativ.tv Haber 7-yə istinadən xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə Suriya qüvvələrinə bağlı bir polkovnik-leytenant silahlı hücumda öldürülüb.
Suriyadakı yerli mənbələrdən verilən məlumata görə, hücum ötən gün Dəməşqin şimal-qərbindəki Kudsayada həyata keçirilib.
Əraziyə avtomobillə gələn şəxs nəzarət-buraxılış məntəqəsindəki təhlükəsizlik qüvvələrinə tapançası ilə atəş açıb.
Açılan atəş nəticəsində Samir Əli Süleyman adlı polkovnik-leytenant həlak olub.

İsraildən növbəti çağırış: Özünüzü otel otağına bağlayın

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İstanbulda yaşayan İsrail vətəndaşlarına “təcili şəhəri tərk edin” çağırışından sonra İsrail tərəfdən növbəti açıqlama gəlib.
Ötən həftə İsrailin xarici işlər naziri Yair Lapid İstanbulda yaşayan İsrail vətəndaşlarını “təcili olaraq şəhəri tərk etməyə” çağırıb.
Çox keçmədi ki, işğalçı İsraildən növbəti çağırış gəldi.

Məhkəmə jurnalistin prokurorluğa qarşı şikayətini təmin etməyib

Operativ.tv Turan-a istinadən xəbər verir ki, "Azadlıq" qəzetinin əməkdaşı Səadət Cahangir prokurorluğun onun ölkədən çıxışına qoyduğu qadağaya görə məhkəməyə üz tutub. Jurnalist deyir ki, heç bir cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs deyil, prokurorluğun onunla bağlı qərarı qanunsuzdur.

Jurnalist AXCP sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədovun işi üzrə istintaqda şahid qismində dindirilmişdi. Həmin cinayət işi məhkəməyə göndərilib, hökm də çıxarılıb.

Pompeo: Biz Süleymanini öldürmək layihəsi üzərində daim işləmişik

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş dövlət katibi Pompeo deyib ki, İran İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı Qasim Süleymani 500 amerikalının öldürülməsini planlaşdıranlar arasında olduğu üçün öldürülüb.
ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanında yerləşən “Al-Arabiya” telekanalına müsahibəsində ABŞ-ın İran generalı Qasim Süleymaniyə hücumundan danışıb.

Ermənistan sülh prosesini ləngidir, Ukrayna isə sürətlə Avropaya inteqrasiya olunur

Ermənistan Azərbaycanla sülh sazişi bağlanmasına yönəlmiş prosesi ləngitmək üçün aktiv şəkildə Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymağa, Bakı və Moskva arasındakı münasibətlərə zərbə vurmağa çalışır. Bu barədə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev "Rasim Babayevlə müasir söhbət" YouTube kanalına müsahibəsində bildirib.

Bayden: Mən Məhəmməd bin Salmanla görüşməyəcəyəm

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden gələn ay Səudiyyə Ərəbistanına səfəri zamanı vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşüb-görüşməyəcəyi sualına, "Məhəmməd bin Salmanla görüşməyəcəyəm, beynəlxalq görüş üçün ora gedirəm. Məhəmməd bin Salman da bu görüşün bir hissəsi olacaq”. cavabını verib.
Həftəsonu tətilini keçirmək üçün Delaverə gedən Bayden təyyarəyə minməzdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.