Razi Hümbətov 3 gündür quru (sudan imtina) aclığına oturub
Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Razi Hümbətov 3 gündür quru aclığa başlayıb.
O, aclığa başlamazdan öncə saxlanıldığı təcridxananın rəisinə bu barədə yazılı müraciət edib.
Razi Hümbətov Müsəlman Birliyi Hərəkatının sədri siyasi məhbus Tale Bağırzadənin Şəhadət aclığı aksiyasına dəstək üçün bu aclığa başladığını bildirib.