Norveç neft hasilatını dayandıra bilər
Operativ.tv Azpolitika-ya istinadən məlumat verir ki, Norveçdə neft hasilatı dənizdəki mədən işçilərinin tətili səbəbindən azala və ya ümumiyyətlə dayana bilər. Bu barədə Norveç Neft Assosiasiyası (NOG) məlumat yayıb.
Bildirilir ki, tətil işçilərin əmək haqlarının səviyyəsindən narazı olması səbəbindən başlaya bilər. Müəssisələrdə çalışan 7,5 min işçidən 845 nəfəri tətilə başladığını elan edib.