“Böyük Yeddilik” ölkələri Ukraynaya silah göndərəcək
“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri Ukraynanın sərhədinin dəyişdirilməsini tanımadıqlarını bəyan ediblər.
“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri Ukraynanın sərhədinin dəyişdirilməsini tanımadıqlarını bəyan ediblər.
Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən Azərbaycan çempionatının ikinci yarış günündə yaşı 15-dək olan ağırlıqqaldıranlar arasında 61 kq çəki dərəcəsində medalçılar müəyyənləşib.
"Unikal" xəbər verir ki, toplam 192 kq (88+104) nəticə ilə Sumqayıt idmançısı Turan Əliyev qızıl medal qazanıb.
Toplam 188 kq-ın (85+103) öhdəsindən gələn Əli Məhərrəmzadə gümüş, 173 kq (80+93) nəticə göstərən Akif Abdullayev bürünc medala sahib çıxıb.
Operativ.tv Rasthaber-ə istinadən verdiyi məlumatına görə, Ağ Evin sözçüsü Cen Psaki Ağ Evdə keçirdiyi gündəlik mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı bəyanatını dəyərləndirib.
“TÜRKİYƏ İLƏ İŞLƏYİRİK”
Psaki qeyd edib ki, Finlandiya və İsveç NATO-ya üzvlük prosesində Türkiyənin mövqeyini aydınlaşdırmağa çalışır və bu məsələdə Türkiyə ilə işləyirlər.
Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusu Fars körfəzində 42 000 litr qanunsuz yanacaq daşıyan tankeri ələ keçirib.
İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Hörmüzqan vilayətinin baş prokuroru Müctəba Qəhrəmani qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığı aşkarlanan qayığın İnqilab Keşikçiləri Ordusu tərəfindən ələ keçirildiyini bildirib.
Qəhrəmani, 42 000 litr qaçaq yanacağın ələ keçirildiyi qayıqda 4 nəfərin də nəzarətə alındığını açıqlayıb.
"Xəzər dənizində neft yataqlarında əməkdaşlıq üçün Azərbaycan tərəfi ilə müzakirə aparırıq".
Vəliəhd Məhəmməd bin Zayid ən-Nəhyanın dünən vəfat edən Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayid Əl-Nəhyanın kürsüsündə əyləşəcəyi açıqlanıb.
Operativ.tv Hürriyetin xəbərinə görə, Əbu-Dabi əmirliyinin vəliəhdi və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin baş komandanının müavini Məhəmməd bin Zayed bin Sultan ən-Nehyan dünən vəfat edən xəlifə Bin Zayid Əl-Nəhyanın boşaldığı prezident kürsüsünə oturacaq.
“Amerika öhdəliklərinə əməl etməməklə və Avropa addım atmamaqla İranın xoşniyyətliliyindən irəli gələn fürsətləri aradan aparıblar”.
SalamNews-a istinadən Operativ.tv xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi kontr-admiral Əli Şəmxani rəsmi tvitter səhifəsində yazıb.
Fəallara və jurnalistlərə hücumlara qarşı bu günkü etiraz aksiyasının təşkilatçılarının əksəriyyəti polis tərəfindən tədbir başlananadək saxlanılıb.
Belə ki, Bəxtiyar Hacıyev, Alı Əlizadə, Fuad Əhmədli, Əziz Məmiyev evindən çıxarkən saat 14-də (aksiya başlanmazdan bir saat əvvəl) saxlanılıblar.
Milli Məclisin deputatları-Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Bu barədə SalamNews-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Operativ.tv Rasthaber-ə istinadən verdiyi xəbərə görə, sionist İsrail polisi İordan çayının qərb sahilindəki Cenin bölgəsinə basqın zamanı sionist İsrail əsgərləri tərəfindən öldürülən Əl-Cəzirə televiziyasının fələstinli qadın müxbiri Şirin Əbu Aqilənin cənazəsinin çiyinlərində daşınmasına icazə vermədi. Polis dəfn mərasiminə dəyənəklər, rezin güllələr və səs bombaları ilə müdaxilə edib.
Çin 2023 Asiya Kubokunun ev sahibliyindən imtina edib.
Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın üzvü Rəşad Məcid bu barədə məlumat verilib. O bildirib ki, komissiya bu günə qədər 400-dən artıq müraciətə baxıb. Hələ də baxılası müraciətlər var və bu baxımdan komissiya növbəti iclasını mayın 19-da keçirəcək. Qeyd edək ki, komissiyanın iclasları 28 May Müstəqillik günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.
Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
Hindistanın Dehli şəhərində bir binada baş verən yanğında 27 nəfər ölüb, 40 nəfər yaralanıb.
Operativ.tv Cumhuriyyetin NDTV-yə istinadən verdiyi xəbərə görə, şəhərin qərbində, Mundka metrosunun yaxınlığında 4 mərtəbəli binada yanğın baş verib.
Dehli polisi yanğında ən azı 27 nəfərin öldüyünü, 40 nəfərin yaralandığını açıqlayıb.
Polis binanın birinci və ikinci mərtəbələrindən 60-a yaxın insanın xilas edildiyini, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Bu ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 693,1 min barel olub.
SalamNews-un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunun 579,1 min barelini xam neft, 114 min barelini isə kondensat təşkil edib.
İraqın Diyala əyalətinin İmam-Veys bölgəsində təhlükəsizlik qüvvələrinin mövqeyində partlayış törədilib. Ölən və yaralananlar var.
Bu barədəOperativ.tv SalamNews istinadən xəbər verir.
Operativ.tv Rasthaber-ə istinadən verdiyi məlumata görə Avropa Birliyinin terror rejimi İsrailin işğal altındakı Şərqi Qüdsdə və İordan çayının qərb sahilində 4000 yaşayış yerindən ibarət qeyri-qanuni yəhudi məskunlaşmalarına icazə verməsini pisləyib.
Operativ.tv Rasthaber-ə istinadən veridiyi xəbərə görə, Türkiyədə son islamafob vəziyyət çox narahat edicidir.
Çirkin görüntülər Ankara Universitetinin Sosial Elmlər Fakültəsində lentə alınıb...
Stolüstü tennisçilərimiz daha bir ciddi sınaq qarşısındadırlar.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev barədə yenidən cinayət işi başlanıb.
Trend-in məlumatına görə, partiya sədri barəsində növbəti dəfə xüsusi ittiham qaydasında şikayət verilib.
Əli Əliyev bu dəfə Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsilə ittiham olunub.
Cinayət işinin ibtidai istintaqı başa çatıb və materiallar baxılmaq üçün Yaxsamal rayon Məhkəməsinə göndərilib.
Əfqanıstanın Şiə Üləma Şurasının qurucusu Ayətullah Asəf Möhsinin nəvəsi Yasir Möhsini təsdiq edir ki, Taliban qüvvələri bu gün ölkədəki cari məsələləri müzakirə etmək üçün şuranın iclasını pozub.
Operativ.tv Shia News-a istinadən verdiyi məlumatına görə, Əfqanıstanın Şiə Üləma Şurasının qurucusu Ayətullah Asif Möhsinin nəvəsi Yasir Möhsini təsdiq edir ki, Taliban qüvvələri ölkədəki cari məsələlərin müzakirəsi üçün şuranın iclasını pozub.
İsrail Suriyanın Masyaf şəhərinə raket hücumu edib. Bu barədə Operativ.tv “SANA” agentliyinə istinadən xəbər verir. Cümə günü gerçəkləşən hadisə nəticəsində 5 nəfər öldüyü və 10-yaxın şəxsin yaralandığı bildirilir. Hava hücumundan sonra kənddə yanğın başladığı deyilir.
Yenisafak-a istinadən Operativ.tv xəbər verir ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi müsahibədə Finlandiya və İsveçin NATO-ya üzv olmaqla bağlı suala belə cavab verib:
“Yunanıstanla əladəqədar NATO yanlış addım atdı. Skandinaviya ölkələri terror təşkilatlarının qonaq evləri kimidir. Hadisələri izləyirik. Buna müsbət baxmağımız mümkün deyil.”
İranda ərzaq qiymətlərinin kəskin bahalaşması ölkədə kütləvi etirazlara yol açıb. Operativ.tv İran medialarına istinadən verdiyi məlumata görə ölkənin qərb hissəsi olan Lorestan əyalətinin Borucerd, Doroud, Çaharmahal Bəxtiyari əyalətinin Cunqan və Farsan, Kohquluye və Boyer-Əhməd əyalətlərinin Dehdəşt şəhərində vətəndaşlar etiraz edərək küçələrə çıxıb. Etirazlar insidentlərlə müşahidə olunub və bu səbəbə görə 22-dən artıq etirazçı saxlanılıb.
Əfqanıstanın paytaxtı Kabildə günorta saatlarında məsciddə baş vermiş partlayışda ölən və yaralananların sayı açıqlanıb. "RİA Novostiyə" istinadən Operativ.tv xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 17 nəfər yaralanıb.
Partlayış məsciddə namaz vaxtı baş verib.