13 May 2022

Həqiqi liderlik

Həqiqətlə mövcud durumun eyniliyi çox zaman uzlaşmır. Dünya siyasi liderlərinin əksəriyyətinin demokratiya, azadlıq, ədalət prinsiplərini şüar edərək, bir çox yalançı vədlər verməklə özlərinə tərəfdar topladıqdan sonra diktatura rejimi qurduqları tarixin müxtəlif zaman kəsiyində özünü biruzə verməkdədir. İnsanlığa xidmət hər zaman olduğundan daha çox bu gün öz aktuallığını qorumaqdadır. Yalan vədlərdən, insan azadlığının istismara çevrilməsindən, təkəbbür, özbaşınalıq hallarının bəşər övladını yorub tükəndirməsindən bezən insan həqiqi haqq ədalət teşnəsidir.

Şimali Koreya yeni ballistik raketini sınaqdan keçirib

Rasthaber-ə istinadən Operativ.tv xəbər verir ki, Şimali Koreya yeni ballistik raketi sınaqdan keçirib.
Cənubi Koreya Ordusu açıqlamasında Şimali Koreyanın yeni ballistik raket atdığını bildirib.
Şimali Koreya lideri aprelin 25-də Pxenyanda keçirilən parad zamanı verdiyi açıqlamada, lazım gələrsə və “önləyici zərbə” üçün nüvə silahından istifadə edə biləcəklərini bildirib.
Bu arada BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın son ballistik raket sınaqlarını müzakirə etmək üçün toplaşıb.

İsrail qüvvələri Əl-Cəzirə müxbirinin öldürüldüyü Cenin şəhərinə yenidən basqın edib

İsrail ordusu mayın 11-də Əl-Cəzirə telekanalının veteran qadın müxbiri Şirin Əbu Aqilənin öldürüldüyü işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərinə yenidən basqın edib.
Fələstin dövlət televiziyasının xəbərinə görə, İordan çayının qərb sahilində bir fələstinlini əsir götürmək üçün Cenin Qaçqınlar Düşərgəsində bir evi mühasirəyə alan İsrail qüvvələri ilə bəzi silahlı fələstinlilər arasında qarşıdurma baş verib.

İraq şiələrinin Koordinasiya Çərçivəsi bəyanat yayıb

İraq Şiələrinin Koordinasiya Çərçivəsi çərşənbə axşamı bəzi sosial media qurumlarının İraq hökumətinin formalaşdırılması üçün çərçivənin bir hissəsinin üçlü koalisiya ilə razılaşdırıldığı barədə şayiələrini təkzib edib.
Operativ.tv Fars Xəbər Agentliyinin Beynəlxalq Xidmətinin məlumatına istinadən, İraqın Şiə Koordinasiya Çərçivəsi çərşənbə axşamı axşam saatlarında sosial şəbəkələrdə yayılan şayiə ilə bağlı bəyanat yayıb.
Şiə Koordinasiya Çərçivəsi bəyanatda sosial mediada yayılan şayiələrə əsassız adlandırıb. 

Hüquq müdafiəçisi atasına hədə-qorxu gəlindiyini bildirib

Operativ.tv Turan-a istinadən mayın 14-də ictimai fəalların keçirəcəyi etiraz aksiyasının təşkilatçılarından olan "Müdafiə Xətti" İnsan Hüquqları Təşkilatının icraçı direktoru Rüfət Səfərovun ailəsinə hədə dolu telefon zəngi olub.

"Bu gün Prezident Administrasiyasında vəzifəli şəxsin adından atam Eldar Sabiroğluna zəng edib hədə-qorxu gəliblər. Bildirblər ki, oğlu, yəni mən aksiyaya çıxsam həbs edəcəklər, amma sərbəst buraxmayacaqlar", deyə Rüfət Səfərov qeyd edib.

Bakı Taekvondo üzrə dünya çempionatına ev sahibliyi edəcək

Gələn il Bakıda Taekvondo üzrə dünya çempionatı keçiriləcək.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bunu Dünya Taekvondo Federasiyasının prezidenti Çungvon Çu deyib.

O qeyd edib ki, Lozannada Dünya Taekvondo üzrə hakim şuranın keçirdiyi növbədənkənar iclasda Azərbaycan paytaxtının çempionata ev sahibliyi etməsi barədə qərar qəbul edilib.

Bloomberg: ABŞ Türkiyənin F-16 qırıcıları üçün avadanlıq tələbini təsdiqləyib

ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresdən Türkiyəyə məxsus Amerikanın "F-16" qırıcılarının modernləşdirilməsi üçün avadanlıqların satışına icazə verilməsini istəyib.

SalamNews “TASS”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

RATİ Azərbaycan hakimiyyətini tənqidçilərinə qarşı repressiyalara son qoymağa çağırıb

Operativ.tv Turana istinadən yaydığı məlumata görə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bloger Eyvaz Yahyaoğlunun polisə tabe olmamaqda ittiham edilərək qurama həbsinə görə Azərbaycan hakimiyyətini pisləyir və onun dərhal azadlığa buraxılmasına çağırır.

Sionist rejim Şirin Əbu Aqilənin dəfnindən qorxur

Sionist rejim yeni hadisənin baş verəcəyi qorxusu və fələstinli jurnalistin dəfn mərasiminə hazırlığı artırmaq üçün Qüdsdəki əsgərlərinin sayını artırıb.
Operativ.tv Fars Xəbər Agentliyinin beynəlxalq xidmətinin yaydığı məlumatına görə, sionist rejim qoşunları bu gün (13 may cümə) Şirin Əbu Aqilənın cənazəsinin dəfni üçün hazırlığın artırılması məqsədi ilə Qüds şəhərində əsgər sayını artırıblar.

FHN əməkdaşı Ağdamda minaya düşüb

Turan: Bu gün, mayın 13-də Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi Süleyman Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

Bu barədə Fövqəladə Hallara Nazirliynin mətbuat xidməti məlumat yayıb.

ABŞ-dan Suriyanın şimalına sanksiyalardan imtina

ABŞ Suriyanın şimalında PKK-nın Suriya qolu olan YPG-nin nəzarətində olan ərazilərə tətbiq etdiyi sanksiyaları qismən ləğv edib.
Operativ.tv Cumhuriyyet-ə istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri, səfir Viktoriya Nuland dünən verdiyi açıqlamada xarici sərmayələrin bir hissəsinin YPG-nin nəzarətində olan bölgələrə buraxılacağını bildirib. Nuland bildirib ki, bu addım iqtisadi sabitlik vasitəsilə regionda İŞİD-i məğlub etməyə xidmət edəcək.

London və Brüsseldə İsrail qətli qınandı

Operativ.tv SHAFAQNA TÜRKİYE-yə istinadən xəbər verir ki, media və hüquq müdafiəçiləri Brüssel və Londonda toplaşaraq Əl-Cəzirə kanalının müxbiri Şirin Əbu Aqilənin vəhşicəsinə öldürülməsini pisləyiblər.
İranpressin verdiyi məlumata görə, Böyük Britaniyada bir qrup media və xəbər agentliklərinin işçiləri cümə axşamı Londonda BBC-nin binası qarşısında toplaşaraq Əl-Cəzirə müxbiri Sirin Əbu Aqilənin terrorunu pisləyib.

Cenin şəhərində İsrail qüvvələri ilə fələstinlilər arasında silahlı qarşıdurma baş verib, yaralananlar var (VİDEO)

İsrail qüvvələri ötən gün Cenin şəhəri və düşərgəsinə girməyə cəhd ediblər. Silahlı qarşıdurma zamanı yaralananlar var.

SalamNews Fələstin mətbuatına istinadən xəbər verir ki, işğal altında olan İordan çayının Qərb sahilinin böyük şəhərlərində olan Cenində İsrail qüvvələri ilə fələstinlilər arasında şiddətli qarşıdurma yaranıb.

Ayətullah Xamenei Ərəb dünyasını İsrailə qarşı ciddi mövqe nümayiş etdirməyə çağırıb

“Ərəb dünyasından olan gözləntilər budur ki, işğalçı rejiminin qarşısında siyasi əməl meydanına ciddi şəkildə daxil olsunlar”.

SalamNews “İRNA”-ya istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyyid Əli Xamenei Qətərin əmiri Təmim bin Həmd Ali-Sanini qəbul edərkən deyib.

Ayətullah Sistanidən xəbərdarlıq

Operativ.tv Shia-news-a istinadən xəbərinə görə, Ayətullah Sistani təxminən 28 il əvvəl yazdığı məktubda ruhanilərin sadə yaşamalarına təkid edərək, onlara istənilən formada israfçılıq və dəbdəbəli yaşayışın böyük təhlükələri barədə xəbərdarlıq edib.
Ayətullah Sistaninin Məşhəd alimlərindən birinə yazdığı bu tarixi məktubun mətni belədir:

Rusiya Finlandiyanı hədələdi

Finlandiyanın NATO-ya üzvlüklə bağlı bəyanatı Rusiyadan çox sərt cavab alıb. Digər tərəfdən NATO cəbhəsindən də açıqlama verilib.
Haberglobal -a istinadən Operativ.tv xəbər verir ki, Rusiya Finlandiyadan NATO-nun bəyanatlarına təhdidlərlə cavab verib. Kremlin bəyanatında deyilir: "Finlandiya AB-nin Rusiyaya qarşı dost olmayan addımlar atmağa başlayıb. Bu, peşmançılıq gətirən addımdır və buna cavab veriləcək. Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün birbaşa təhdiddir".

Benzema Raula çatdı

"Real Madrid"in hücumçusu Kərim Benzema İspaniya çempionatının 36-cı turunda "Levante" ilə oyunda qol vurub.

"Unikal" xəbər verir ki, bu qol "Real Madrid" üçün 323-cü oldu və o, bu göstəricidə komandanın əfsanə oyunçusu Raulla bərabər olub. Hazırda futbolçular Madrid klubunun bombardiri siyahısında ikinci yeri bölüşürlər. Bu göstəricidə ən yaxşısı “Real Madrid”in heyətində 450 qol vuran portuqaliyalı hücumçu Kriştiano Ronaldodur.

Jurnalisti bıçaqla hədələyən şəxsin axtarışları ilə bağlı DİN-dən açıqlama

Bir neçə gün öncə jurnalist Aytən Məmmədovanı bıçaqla hədələyən şəxsin axtarışları davam etdirilir.

"Unikal"ın məlumatına görə, DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 134-cü maddəsi (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə cinayət işi başlanılıb:

Pakistanda bombalı hücum

Operativ.tv Rasthaber-ə istinadən verdiyi xəbərə görə, Pakistanın Kəraçi şəhərində törədilən partlayışda ilkin məlumata görə, 4-ü ağır olmaqla 1 nəfər ölüb, 13 nəfər yaralanıb.
Pakistanın Kəraçi şəhərinin Səddar rayonunda bombalı hücum olub. İlkin məlumata görə, hücumda 1 nəfər ölüb, 4-ü ağır olmaqla ümumilikdə 13 nəfər yaralanıb. Səhiyyə rəsmiləri xəstəxanaya gətirilənlərin bombadan aldığı xəsarətlərin olduğunu bildirib.