11 May 2022

"Qarabağ" Qurban Qurbanovla müqavilənin müddətini uzadıb

“Qarabağ” FK və Qurban Qurbanov arasında olan müqavilənin müddəti uzadılmışdır. Yeni anlaşmaya əsasən, Qurban Qurbanov daha 3 il komandamızın baş məşqçisi olacaq.

Qurban Qurbanov 2008-ci idən komandamızı çalışdırır. “Qarabağ” FK bu müddət ərzində 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.

Son dörd gündə Sinayda Misir hərbçilərinə ikinci dəfə hücum edilib, azı beş ölü var

Misirin Şimali-Sina əyalətində ordu qüvvələrinə hücum edilib.

SalamNews Reuters-ə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat veriblər.

Bildirilib ki, bu gün sübh silahlılar Sinay Yarımadasında Ordu qüvvələrinin mövqelərini hədəfə alıblar. Hücum zamanı beş hərbçi həyatını itirib.

"Barselona"nın futbolçusu huşunu itirib

"Barselona"nın futbolçusu Ronald Arauxo İspaniya La Liqasında XXXVI turunda "Selta" ilə ev oyununda ağır zədə alıb.

SalamNews xəbər verir ki, 23 yaşlı müdafiəçi ikinci hissədə komanda yoldaşı Qavi ilə kəllə-kəlləyə toqquşub. Nəticədə uruqvaylı oyunçu huşunu itirib və yerə yıxılıb. Arauxo 68-ci dəqiqədə meydanı təcili yardım avtomobili ilə tərk edib.

Əfqanıstanın Pəncşir əyalətində şiddətli döyüşlər gedir, hər iki tərəf itkilər verib

 Əfqanıstanın Pəncşir, Bağlan və Taxar əyalətləri Taliban hökumətinin qüvvələri ilə “Milli Müqavimət Cəbhəsi”nin partizan qüvvələri arasında döyüşlərin şahididir.

SalamNews Aamajnews-a istinadən xəbər verir ki, yerli mənbələr son gündə Bağlan əyalətinin Əndərab rayonunda Talibanın 11, “Milli Müqavimət Cəbhəsi”nin isə 6 üzvünün öldüyünü bildiriblər.

İmam Əlinin (ə) hərəminə əlavə olunan həyət kimin adını daşıyacaq?

Hərəmlərin İnkişaf və Yenidənqurma Qərargahının rəhbəri İmam Əlinin (ə) hərəminin abadlıq planında Həzrət Zəhranın (s.ə) həyətinin tamamlanması bu il Qədir bayramı ilə eyni vaxta təsadüf edəcək.
Shia News-un məlumatına görə, uca müqəddəs hərəmlərin inkişafı və yenidən qurulması qərargahının rəhbəri Məhəmməd Cəlal əl-Maab deyib: “İranlı fəhlə və sənətkarların işləri tamamlanıb və tam şəkildə müqəddəs ziyarətgaha təhvil verilməsi planlaşdırılır”.

AB-də yeni təbii qaz böhranı

Rasthaber-ə istinadən Operativ.tv xəbər verir ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələrində enerji böhranı pik həddə çatıb və qiymətlər əhəmiyyətli dərəcədə artıb.
Aİ ölkələri enerji asılılığını həll etmək üçün alternativ ölkələr axtarsalar da, hərtərəfli çıxış hələ mümkün görünmür.
Digər tərəfdən, müharibə böhranın miqyasını genişləndirməyə səbəb olmuşdur.

GENERALIN MƏHKƏMƏSİNDƏ QARALOV VƏ USUBOVA İTTİHAMLAR - "Məni girov götürməklə qardaşımdan 135 min dollar pul aldı"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

İranda keçmiş prezidentin qızına qarşı cinayət işi açılıb

Tehran şəhər Prokurorluğu İranın keçmiş prezidenti Əliəkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimiyə qarşı cinayət işi açıb.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə "Azad Tekegram" kanalı məlumat yayıb. 

Bildirilir ki,  Faizə Haşiminin “İslam Peyğəmbərini təhqir etməkdə” günahlandırılıb. 

İcra başçısı şəhid atalarını qəbul etmədi-VİDEO

Şəhid ataları Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovdan narazılıq ediblər.

"Unikal"ın məlumatına görə, X.Aslanovun qəbuluna gələn şəhid ataları icra başçısı tərəfindən qəbul edilməyib. 

Qəbula düşmək istəyən bir neçə şəhid atası icra başçısının onlarla heç vaxt maraqlanmadığını bildiriblər.

Qazaxıstan Avrasiya İqtisadi İttifaqı ilə bağlı şayiələri təkzib etdi

Az.shafaqna.com RİA-y istinadən xəbər verir ki, Qazaxıstanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağına dair yayılan şayiələr həqiqətə uyğun deyil.

Bu barədə Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyinin dəstəyi ilə yaradılmış “stopfake.kz” saytında bildirilib.

İraqın kiber komandası İsrailə hücum edir

İsrailin ən böyük nəqliyyat şirkəti Əl-Tahirə komandasının İraqda təşkil etdiyi kiberhücumun hədəfi olub.
SHAFAQNA TURKEY-istinadən Operativ.tv-nin verdiyi xəbərə görə, sionist rejimin ən böyük nəqliyyat şirkəti İraqda Əl-Tahirə komandasının təşkil etdiyi kiberhücumun hədəfi olub.
İraqın Əl-Tahirə kiber komandası “Əbu Mehdi əl-Mühəndirin intiqamı” şüarı ilə sionist rejimin nəqliyyat sektorunun infrastrukturuna genişmiqyaslı hücum həyata keçirib və sionist rejimin ən böyük məntəqəsinə daşımaları bağlayıb.

Yunanıstan qarmaqarışıqlıq yaratdı: “geri çəkilsək Türkiyə işə qarışacaq”

Operativ.tv Haber7-yə istinadən verdiyi məlumata əsasən, Yunanıstanda yenidən türk panikası yaşanır. Afina administrasiyası Rusiyaya neft embarqosuna “Bu vəziyyətin Çin və Türkiyəyə faydası olacaq” səbəbiylə qarşı çıxır.
Rusiya neftinə qarşı sanksiya tətbiq etmək üçün hərəkətə keçən Avropa Komissiyasının planları Yunanıstan, Yunan Kipr Administrasiyası və Maltanın sıx lobbiçiliyi səbəbindən alt-üst oldu. Yunanıstan iddia edir ki, neft qadağasına görə səhnədən çəkilsələr, Türkiyə və Çin də daxil olmaqla, ölkələr işə qarışacaq.

İraqda ABŞ-ın logistika karvanına hücum edilib

Rasthaber-ə istinadən Operativ.tv-nin xəbərinə görə, İraqın Divaniyyə vilayətində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə logistik dəstək daşıyan karvana hücum edilib.
Bu məlumatı “Baghdadtoday” öz saytında paylaşıb.
Məlumatda bildirilib ki, hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.
Koalisiya qüvvələri insidentlə bağlı hələlik açıqlama verməyib.
Son günlərdə Ənbar və Zikar əyalətlərində ABŞ-ın logistika dəstək karvanı yol kənarına yerləşdirilən bombalarla hədəfə alınıb.

Dövlət Sərhəd Xidmətinin giziri intihar edib

Dövlət Sərhəd Xidmətinin (DSX) giziri intihar edib. Bu barədə DSX Mətbuat mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, 10 may 2011-ci il tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlu yaşadığı xidməti mənzildə özünü asaraq intihar edib.

Amnesty International Səudiyyə Ərəbistanında artan repressiya və təqibləri pisləyir

Rasthaber-ə istinadən Operativ.tv-nin verdiyi xəbərə görə, Beynəlxalq Amnistiya Təşkilatı Səudiyyə Ərəbistanında repressiyaların genişlənməsini və insan hüquqlarının pozulmasını pisləyib.
Əl-Əhd Xəbər Agentliyinin məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı çərşənbə axşamı bildirib ki, Səudiyyə Ərəbistanı insan haqları fəallarını və hökumətə qarşı çıxan və onu tənqid edənləri hədəf alan ifadə azadlığına qarşı geniş təzyiq dalğasının şahidi olur.

Azərbaycandan Ukraynaya 20 ton humanitar yardım çatdırılıb

Mayın 10-da Azərbaycandan Ukraynanın Dnepr şəhərinə 20 ton humanitar yardım çatdırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Dnepr Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb.

Humanitar yardıma müharibə dövründə ən çox tələb olunan uzunmüddətli saxlanma qabiliyyətinə malik məhsullar və dərman preparatları daxildir.

Şəhər Şurasından verilən məlumata görə, bu vasitələr məcburi köçkünlər arasında bölüşdürüləcək.

Lavrovdan Aİ-yə sərt təpki

Rasthaber-ə istinadən Operativ.tv xəbər verir ki, Rusiyanın xarici işlər naziri Lavrov Aİ-nin xarici siyasətdən məsul rəsmisi Borrelin Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya ötürmək cəhdini “gizlədilməyə belə cəhd edilməyən oğurluq” kimi qiymətləndirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əlcəzairə səfəri çərçivəsində həmkarı Ramtane Lamamra ilə görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Əlcəzirə telekanalının müxbiri İsrail qüvvələrinin atəşi nəticəsində həyatını itirib

Əlcəzirə telekanalının Fələstin üzrə müxbiri Şirin Əbu-Aqilə İsrail qüvvələrinin atəşi nəticəsində həyatını itirib.

SalamNews Əlcəzirə telekanalına istinadən xəbər verir ki, tanınmış müxbir İsrail qüvvələrinin Cenin şəhərinə basqını zamanı peşə öhdəliyini yerinə yetirərkən işğalçı qüvvələrin atəşinə tuş gəlib.

Bakı sakini özünü polis bölməsindən yerə atıb

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınan hadisə 1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu bölməsinə gətirilən zaman baş verib. Saxlanılan şəxs özünü bölmənin ikinci mərtəbəsindən pilləkəndən yerə atıb. Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Azərbaycan voleybolçusu Macarıstan çempionu olub

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstan çempionu olub.

Apasport.az saytının məlumatına görə, təmsilçimiz bu uğura şərəfini qoruduğu “Vaşaş” klubunun heyətində imza atıb.

Ayşənin komandası Macarıstan çempionatının finalında “Bekeşçaba”nı üstələyib. Çempionun adına seriyanın 5-ci matçında aydınlıq gəlib.