Activities calendar

08 May 2022

"Mançester Siti"dən vacib qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVI turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, çempionluğa iddialı "Mançester Siti" evdə "Nyukasl"ı qəbul edib. "Etihad" stadionundakı qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

"Şəhərlilər"dən qolları 19-cu və 90+3-cü dəqiqələrdə Rahim Sterlinq, 38-ci dəqiqədə Aymerik Lapor, 61-ci dəqiqədə Rodri və 90+1-ci dəqiqədə Fil Foden vurub.

Rusiya Suriyadakı mövqelərini Hizbullaha təhvil verir

Rusiya hərbi birləşmələrini Suriyadan çıxararaq onları Ukraynaya yollamağa hazırlaşır. Məlumat xarici KİV-lərə istinadən yayılıb. Rusiyanın Ukraynaya göndəriləcək canlı qüvvə və texnikası hazırda Suriyada 3 aerodroma cəmləşdirilib. Rusiyanın Müdafiə Nazirliyi hərbçilərinin çıxarıldığı hərbi bazaları isə İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" və Livandakı "Hizbullah"ın Suriyadakı bölmələrinə təhvil verdiyi bildirilir.

Jared Kuşner Səudiyyə kapitalı ilə İsrailə sərmayə qoyur

İsrail media şəbəkəsi KANN öz media hesabatda ABŞ-ın keçmiş prezidentinin kürəkəni və müşaviri Cared Kuşnerin investisiya fondu Səudiyyə Ərəbistanının Təl-Əvivdəki mülklərinə sərmayə qoymağı planlaşdırdığını yazıb. Əl-Məyadin xəbər şəbəkəsinin məlumatına görə, sionistlərə bağlı başqa bir media orqanı Kuşner Özəl İnvestisiya Fondunun işğal olunmuş ərazilərdəki niyyətlərini belə ifadə edir: “Səudiyyə Ərəbistanının İsrailə ilk dövlət sərmayəsi olacaq bu sərmayə ikitərəfli münasibətləri yaxşılaşdıracaq.

Azərbaycan millisi Küveytə qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Küveyt seçməsi ilə növbəti yoldaşlıq oyununu keçirib.

"Unikal" xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki meydançada baş tutan oyun Azərbaycan yığmasının 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Millinin heyətində Orxan Məmmədov (2), Amid Nəzərov (2), Fuad Hüseynov və Ruslan Voronsov fərqlənib.

İdmançılarımız qızıl medal qazandılar

Azərbaycan idmançıları Rövşən Xəlilov və Aydın Hümbətov Gürcüstanda keçirilən stronqmen üzrə Tbilisi Beynəlxalq Qran-Prisində qızıl medal qazanıblar.

"Unikal" xəbər verir ki, Xəlilov 80 kq-da , Hümbətov isə 105 kiloqramdan yuxarı çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, R.Xəlilov dünya və Avropa, A.Hümbətov isə Azərbaycan çempionudur.

Belə fədakar insanları unutmamalıylıq

Doktor Mövsüm Səmədov. O, ilahiyyatçı-alimdir, ictimai-siyasi xadimdir, həkimdir. Polad iradəsi vardır. Cəsurdur. Ondakı cəsarət hissi vətənimzdə yaşayan insanların cüzi qismində mövcuddur. Ölkədəki problemləri, hökumətin cinayətlərini çəkinmədən söyləyib. Özü də ümumiləşdirərək deyil, xüsusiləşdirərək! Bilə-bilə ki, eyni davranışa yol verən bir neçə tanınmış vətəndaş qanına qəltan edilib, yox edilib bu diyarda… Yenə də deyib, baltanı düz kökündən vurub, çılpaq həqiqətləri çırpıb mövcud üsul-idarənin alnının düz ortasına.

Yəmənin müdafiə nazirindən Səudiyyə rejiminə xəbərdarlıq

Yəmənin Milli Azadlıq Hökumətinin müdafiə naziri təcavüzkarların sülhdə ciddi olmadığını bəyan edərək, Səna qüvvələrinin təcavüzkarlar və onların havadarlarının hər cür pis niyyətlərinə qarşı müqavimət göstərməyə hazır olduqlarını bildirib.

Az.rasthaber.com xəbər verir ki, Yəmənin müdafiə naziri Məhəmməd Nasir əl-Atifi Yəmən silahlı qüvvələrinin Birləşmiş Millətlər Təşkilatının elan etdiyi atəşkəs rejiminə əməl etdiyini bildirib.

Müxalifət İrəvanın mərkəzində yürüşə başladı

Ermənistan müxəlifati İrəvanın mərkəzində yürüşə başlayıb.

"Unikal" “Sputnik Armenia” ya stinadən xəbər verir ki, “Müqavimət” hərəkatının liderlərindən biri, parlamentin müxalifətdən olan vitse-spiker İşxan Saqatelyan Fransa meydanına toplaşanların İrəvanın mərkəzindən keçməsini, sonra geri qayıdıb mitinqi davam etdirməyi təklif edib.

Xatırladaq ki, İrəvanda müxalifətin təşkil etdiyi etiraz aksiyaları mayın 2-də başlayıb.

Bakıda bina uçdu, təxliyə edilənlər var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış binasında uçqun baş verməsi və vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.  Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər qrupu hadisə yerinə cəlb olunub.