07 May 2022

Müdafiə Nazirliyi Zod qızıl mədəninin atəşə tutulması ilə bağlı xəbərləri təkzib edib

Turan: Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının Zod qızıl mədəninin atəşə tutulması ilə bağlı xəbərlərini təkzib edib.

«Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.

Bu xəbəri qəti surətdə təkzib edirik». Bu barədə Müdafiə Nazirliyinin məlumatında  bildirir.

Müqavimət düşmənlərinə və Amerika agentlərinə şans verilməməlidir

Livan Hizbullah Hərəkatının icra şurasının sədr müavini müqavimət düşmənlərinə Livan seçkilərində irəliləmək şansı verilməməsi ilə bağlı çağırış edib. Livan parlament seçkilərinin birinci turu ötən cümə günü xaricdə yaşayan livanlıların səs verməsi ilə başlayıb. Hizbullahın icra şurasının sədr müavini Şeyx Əli Damuş ölkəsində keçirilən parlament seçkilərinə toxunaraq bildirib ki, Hizbullah maliyyə böhranlarından xilas olmaq üçün milli plan əsasında parlament seçkilərinə qatılıb.

'Tramp Süleymanidən başqa digər iranlı zabitləri də terror etmək istəyib'

“Tramp 2020-ci ilin seçkilərindən əvvəl İranın tanınmış zabitini qətlə yetirmək istəyirdi”.

SalamNews xəbər verir ki, ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper yeni xatirələrində 2020-ci il seçkilərindən əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın İrandan kənarda fəaliyyət göstərən yüksək rütbəli bir neçə iranlı hərbçini öldürmək üçün əməliyyat keçirmək istəyində olduğunu açıqlayıb.

Yapon alim müsəlman oldu: Özünə “Əli” adını götürdü

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, yapon alim dinşünas Xiroaki Kavanişi dünya dinləri barədə tədqiqat apararkən İslam dini barədə öyrənir və bu dinin gözəlliyi qarşısında dayana bilməyərək müsəlman olur.

O, Kioto universitetində xristian ruhaniliyi fakültəsində təhsil alıb və xristianlığın öyrənilməsi prosesində İslam dini barədə öyrənib və bu dinə heyran qalıb.

Əfqanıstanın “Milli Müqavimət Cəbhəsi”nin qüvvələri Pəncşir əyalətində irəliləyiblər

 Əfqanıstanın “Milli Müqavimət Cəbhəsi”nin qüvvələri Pəncşir əyalətinin Abdullah-Xil və Abşar rayonlarının kəndlərini Taliban qüvvələrindən geri aldıqlarını bildiriblər.

SalamNews xəbər verir ki, bu barədə Əfqanıstanın “Milli Müqavimət Cəbhəsi”nin mətbuat katibi Sibqətulla Əhmədi tvitter səhifəsində yazıb.

Suriyada radikal qruplaşmalara qoşulan yüzlərlə şəxs sərbəst buraxılıb

Suriya prezidentinin əfv fərmanından sonra radikal qruplaşmalara qoşulmaqda ittihamlandırılaraq, həbs edilmiş yüzlərlə şəxs əfv edilib və sərbəst buraxılıb.

SalamNews xəbər verir ki, ölkənin cənubunda Dəra əyalətində əfv fərmanının şamil olduğu 47 nəfər sərbəst buraxılıb.

Həmçinin Dəməşqətrafı əyalətdə 99 nəfər sərbəst buraxılıb.

"Rusiya təmsilçiləri Azərbaycana qarşı əsassız iddialar irəli sürüb" - DTX

“Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilib. Heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması müşahidə edilməkdədir”​.

Pakistan Azərbaycanın mədəni layihələrinə töhfə verməyə hazırdır

Pakistanın Azərbaycan ilə sıx dostluq əlaqələrinin daha da gücləndirilməsi üçün bütün mədəni layihələrə töhfə verməyə hazırdır.

“Az.shafaqna.com”un xəbərinə görə, bu barədə mədəniyyət naziri Anar Kərimovla ABŞ-da keçirilən görüşdə Pakistanın BMT-dəki daimi nümayəndəsi Munir Əkrəm bildirib.

Görüşdə Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər, xüsusilə də mədəni əməkdaşlıq sahəsində müzakirələr aparılıb.

İran gündəlik neft hasilatını 5.7 milyon barelə çatdırmaq niyyətindədir

İran yaxın illər üçün neft hasilatı ilə bağlı planını açıqlayıb.

SalamNews FarsNews-a istinadən xəbər verir ki, İranın Milli Neft Şirkətinin icraçı direktoru Möhsün Xocəste Mehr ölkənin cənubunda Xarək adasındakı neft təsisatlarına baş çəkən zaman yaxın illər üçün neft hasilatı ilə bağlı planı açıqlayıb.

İran ABŞ tərəfindən dondurulmuş Əfqanıstanın aktivlərinin ödənilməsini tələb edib

 İranın Xarici İşlər naziri Əfqanıstanın dondurulmuş pullarının sərbəst buraxılmasını tələb edib.

SalamNews Mehr-ə istinadən xəbər verir ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir-Abdullahiyan bunu BMT baş katibi Antonio Quterreş ilə telefon danışığında deyib.

Küləkli hava 2 gün davam edəcək

Türkiyənın cənubunda formalaşan siklonun tədricən şərqə doğru hərəkət etməsi və dərinləşməsi müşahidə edilir.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib."Hazırda siklonun maksimal inkişaf mərhələsinə çatması prossesi davam edir. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-30 m/s-dək güclənib", - o qeyd edib.

Kubada parlayış zamanı 22 nəfər həlak olub

Kubanın paytaxtı Havanadakı Saraqota otelində güclü partlayış baş verib. Operativ.tv-nin məlumatına görə qaz sızmasının səbəb olduğu partlayış nəticəsində ölənlərin sayının 22 nəfərə çatıb. 14-ü uşaq olmaqla 64 nəfər xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib. Onların arasında vəziyyəti ağır olanlar təlafatın artacağını söyləməyə əsas verir. Hadisə yerində dövlətin güc strukturları işləyir. Hadisə ilə bağlı ölkə prezidenti Miqel Dias-Kanel də çıxış edib.