11 January 2022

"İğtişaşlar Qazaxıstana 2-3 milyard dollar ziyan vurub"

ABNA24 xəbər verir: Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib ki, Qazaxıstanda baş verən iğtişaşlar nəticəsində dəyən iqtisadi zərər 2-3 milyard dollar təşkil edir.

Tokayev qeyd edib ki, iğtişaşlar nəticəsində bir çox hüquq-mühafizə orqanının əməkdaşları və dinc sakinlər qurban gedib, 1 300-ə yaxın sahibkarlıq obyektinə ziyan dəyib, 100-dən artıq ticarət mərkəzi və bank qarət olunub, 500-ə yaxın polis avtomobili yandırılıb. 

Erməni postu məhv edildi - ölənlər var

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, Ermənistan silahlı qüvvələrinin bu gün günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Əsgərimiz şəhid olub

 Müdafiə Nazirliyinin yaydığı məlumata görə 11 yanvar 2022-ci il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

 

Qazaxıstanda DİN-in bir neçə yüksək rütbəli polis məmuru ölü tapılıb

“Vlast” xəbər agentliyi Qazaxıstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verib ki, Cambul vilayətinin polis rəisi, general Janat Süleymenov ölü tapılıb.

İnterfaks agentliyi Süleymenovun ölümü ilə bağlı məlumatın Taraz Akimatı (rayonu administrasiyası) tərəfindən təsdiqləndiyini bildirib. Agentlik yazır ki, Süleymenov intihar edib. "Təəssüf ki, belədir. Baş verənlərin səbəbləri araşdırılır" - deyə, Akimatdan bildirilib.

"Rusiya bütün Avropa üçün təhlükəyə çevrilib" - İsveç müdafiə naziri

"Rusiyanın son illərdə artan hərəkətləri bütün Avropa, xüsusilə də İsveç üçün təhlükəyə çevrilib".

"Unikal"  xəbər  verir  ki, bu  sözləri İsveç müdafiə naziri Peter Hultqvist  deyib. 

Birləşmiş Millətlər Təşkilatının (BMT) prinsiplərinə görə bütün ölkələrin öz suveren hüquqları olduğunu xatırladan Hulqvist, Rusiyanın beynəlxalq hüquqa meydan oxuyaraq hələ də bəzi ölkələrin təhlükəsizliyini təhdid etdiyini vurğulayıb.

İran bu gündən qonşu ölkələrlə quru sərhədlərini açıb

İran koronavirusla əlaqədar qonşu ölkələrlə quru sərhədlərdən vətəndaşların keçidinə tətbiq etdiyi məhdudiyyəti ləğv edib.

Trend-in məlumatına görə, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi jurnalistlərə açıqlamasında deyib.

Ə.Vəhidinin sözlərinə görə, qonşu ölkələrə vətəndaşların gediş-gəlişi PCR testi və iki doza vaksinlə mümkündür. Bundan başqa bəzi Afrika ölkələri ilə də tətbiq olunan məhdudiyyətlər ləğv edilib:

“Qalatasaray”ın sabiq futbolçusu Ahmet Çalık qəzada ölüb

Türkiyə futbolunda bədbəxt hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin sabiq futbolçusu Ahmet Çalık avtomobil qəzasında ölüb.

Hadisə səhər saatlarında baş verib. “Konyaspor”da çıxış edən 28 yaşlı müdafiəçi Ankara-Niğde yolunda idarə etdiyi avtomobilin nəzarətini itirib və maşın yolun kənarına aşıb. Təcili tibbi yardım hadisə yerinə gəlsə də, futbolçunun həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı müdafiəçi avtomobildə tək olub.

Həbsxanada aclıq edən jurnalistin etiraz olaraq qolunu doğradığı bildirilir

Turan: Həbsxanada yanvarın 6-dan aclığa başlayan xeberman.com saytının rəhbəri Polad Aslanov bu gün, yanvarın 10-da özünə qəsd edib. Jurnalist 1 saylı Cəzaçəkmə Müəssisəsinin tibb-sanitar hissəsində qol nahiyyəsini lezva ilə doğrayıb.

Bu barədə Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova axşam saatlarında onunla telefonla danışdıqdan sonra Amerikanın Səsinə müsahibəsində bildirib.

Ayətullah Sübhani İmam Hüseyn (ə) ziyarətgahının hafiz və qarilərini qəbul edib

Az.shafaqna.com xəbər verir ki, böyük mərcələrdən olan Ayətullahül Üzma Cəfər Sübhani İmam Hüseyn (ə) ziyarətgahının Quran Mərkəzinin Quran hafiz və qarilərini Qumdakı dəftərxanasında qəbul edib.

Onları dinləyən alim hafiz və qariləri təqdir edərək, gələcək işlərində uğurlar arzulayıb.

Husilər Birləşmiş Ərəb Əmirliklərinə məxsus PUA-nı vurduqlarını bildiriblər

 Mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri” (husilər) Birləşmiş Ərəb Əmirliklərinə məxsus bir PUA-nı vurduqlarını bildiriblər.

SalamNews xəbər verir ki, bu barədə Mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin sözçüsü Yəhya Səri rəsmi tvitter səhifəsində yazıb.

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında təbii qazın tədarükünə dair sənədi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib. Ərdoğanın bununla bağlı Sərəncamı "Resmi Gazete"də dərc olunub. Qeyd edək ki, ötən il dekabrın 22-də Bakıda Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.

Qazaxıstan: 10 mindən çox saxlanılan və 400 dən çox cinayət işi

Bu günə olan məlumata görə Qazaxıstanda həbs olunanların sayı 10 mini ötüb və bu rəqəmin artacağı şübhəsizdir. Verilən məlumata görə ölkənin müxtəlif məntəqələrində ara-sıra atəş səsləri eşidilirdə. Bundan əlavə olaraq axtarışda olanların həbsi üçün əməliyyat tədbirləri davam etdirilir. 412 cinayət işinin açıldığı müttəhimlər arasında terrora cəhd maddələri çoxluq təşkil edir.