10 January 2022

Əfqanıstanda müharibədən qalma qurğunun partlaması nəticəsində azı 9 uşaq ölüb

Əfqanıstan rəsmilərinin bazar ertəsi bildirdiyinə görə, Nangarhar vilayətinin şərqindəki bir məktəbin qarşısında müharibədən qalma bir qurğunun partlaması nəticəsində azı 9 şagird ölüb, 4-ü yaralanıb.

Vilayət qubernatorluğu verdiyi açıqlamasında hadisənin Lalpur rayonunda baş verdiyi, qarğıdalı satıcısının köhnə minaatan mərminin tozunu təmizləmək istəyərkən partladığı deyilib.

Cəlal Əliyevin vəkili: 'Mən terrorçu deyiləm'

Keçmiş deputat Cəlal Əliyevin jurnalistlərə qarşı çoxsaylı məhkəmə çəkişmələrində vəkili olmuş Sümbülə Əliyeva yarım ildən çoxdur ki, mühakimə olunur. Ondan şikayətçi olanlar isə elə özünün keçmiş işçiləridir. O, vaxtilə rəhbərlik etdiyi 1 saylı Hüquq Məsləhətxanasında (indiki "Mərkəz" vəkil bürosu) fəaliyyət göstərən vəkillərin ümumilikdə təxminən 200 min manat pulunu mənimsəməkdə suçlanır. Söhbət vəkillərin müştərilərlə müqavilələrdən əldə etdikləri vəsaitlərin yeyintisindən gedir.

Səudiyyə Ərəbistanı Yəmənin şimalında telekommunikasiya şəbəkələrinə hava zərbələri endirib

 Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi hərbi koalisiya Yəmənin şimalında yerləşən Səda əyalətində telekommunikasiya şəbəkələrinə hava zərbələri endirib.

SalamNews bu barədə Yəmənin əl-Məsira telekanalına istinadla xəbər verir.

Ayətullah Xamenei: Qum əhalisi Tağutun və düşmənin hesabını pozdu

İslam İnqilabının Rəhbəri dünən Qum əhalisinin 1978-ci il yanvarın 9-da tağut rejiminə qarşı qiyamının ildönümündə çıxış edib.

 

Rasthaber Azərbaycan İRİB-ə istinadən məlumatına əsasən, İslam İnqilabının Rəhbəri Ayətullahül Üzma Seyid Əli Xamenei dünən Qum əhalisinin 1978-ci il yanvarın 9-da tağut rejiminə qarşı qiyamının ildönümündə çıxış edib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı: Qazaxıstan dövlət çevrilişinin qarşısını aldı

Turan:  Bazar ertəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri liderlərinin onlayn görüşü Qazaxıstandakı hadisələrin xarici qüvvələr tərəfindən hazırlanmış düşmənçilik aktı olması barədə ölkə hakimiyyətinin bəyanatlarını təsdiqləyib.

Qazaxıstanın dövlət başçısı Tokayev təkrar edib ki, ölkəyə xaricdə hazırlanmış 20 min yaraqlı hücum edib. O əmindir ki, hakimiyyəti ələ keçirmək məqsədilə onları xaricdə hazırlayıblar.

İslamabad-Tehran-İstanbul marşrutu üzrə ilk yük qatarı Ankaraya çatıb

Eastnews.org-un verdiyi xəbərə görə, İslamabad-Tehran-İstanbul marşrutu üzrə ilk yük qatarı Ankaraya çatıb.   Ankaranın dəmir yolu vağzalında yük qatarının qarşılanma mərasimi keçirilib.   Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib ki, İslamabad-Tehran-İstanbul marşrutu üzrə yük daşımaları Pakistan və Türkiyə arasında dəniz daşımaları ilə müqayisədə vaxt və xərclərə qənaət baxımından daha sərfəlidir və iki ölkə arasında ticarətin inkişafına töhfə verəcək.

İsrail böyük dövlətlərlə İranın əldə edəcəyi nüvə razılaşmasına boyun qoymayacağını bildirib

“İsrail sazişlərin imzalanacağı təqdirdə onlara bağlı olmayacaq və İsrail istənilən yerdə və istənilən vaxt tam məhdudiyyətsiz şəkildə fəaliyyət azadlığını qoruyub saxlamağa davam edəcək. İsrailin bu sazişdə tərəflərdən biri olmaması bizi narahat edir.”

Cenevrə - Dünyanın sülh paytaxtı ABŞ və Rusiya arasında danışıqlara yenidən ev sahibliyi edəcək

Dünyanın sülh paytaxtı adlandırılan Cenevrə İkinci Dünya Müharibəsindən bəri iki böyük dövlət arasında əlverişli görüş yeri olub və bazar ertəsi Rusiya ilə ABŞ arasında danışıqlara yenidən ev sahibliyi edəcək.

1985-ci ildə İsveçrənin bu dinc şəhərində ABŞ prezidenti Ronald Reyqan və onun sovet həmkarı Mixail Qorbaçov arasında sammit keçirilib.

Keçən ilin iyun ayında Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında danışıqlar da Cenevrədə aparılıb.

Xarici jurnalistlər Qazaxıstana buraxılmır

Britaniyalı jurnalist və Qazaxıstanla bağlı kitabların müəllifi Coanna Lilis bildirib ki, ölkənin Xarici İşlər Nazirliyində akkreditasiyası olmasına baxmayaraq, ölkəyə buraxılmır. Bu barədə BBC xəbər verir.

Məlumata görə, Lilis 2006-cı ildən Qazaxıstanda işləyir. Onun məqalələri “Guardian”, “Economist” və “Independent” nəşrlərində dərc olunub.

Bir ailəyə ödənilən ünvanlı sosial yardımın məbləği artdı

2021-ci ilin dekabr ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın məbləği artaraq 239,9 manatdan 279,9 manata çatıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən "Unikal"a verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 % artım deməkdir.

Əhmədinejad çərşənbə günü Türkiyəyə gələcək

Şəfəqnənin İran mediasına istinadən verdiyi xəbərə görə, İranın 6-cı prezidenti Dr. Mahmud Əhmədinejad Türkiyənin bəzi universitetlərinin dəvəti ilə çərşənbə günü Türkiyəyə səfərə gəlir. Türkiyədə mühüm görüş və konfranslara qatılacağı planlaşdırılan sabiq prezident  Əhmədinejadın cümə günü öz ölkəsinə dönəcəyi gözlənilir.

Qazaxıstanda həbslər davam edir: Saxlanılanlar 8 mini ötdü

Qazaxıstan rəsmi informasiya agentliyinin yaydığı mlumata görə ölkədə ixtişaş səbəbindən həbslər davam edir. Müxtəlif şəhər və qəsəbələr, o cümlədən paytaxtda saxlanılanların sayı səkkiz mini ötüb. Əlbəttə, bu rəqəmlərin artacağı şübhəsizdir. Hələ də aktiv əməliyyatlar davam edir. Eyni halda ölkədə etirazçıların mübarizəsi bunu söyləməyə əsas verir ki, siyahıda yetərincə genişlənmə olacaq.