09 January 2022

ABŞ və Rusiya danışıqlara hazırlaşır, perspektivlər nikbin görünmür

Birləşmiş Ştatlar və Rusiya Ukraynanın taleyi və Soyuq müharibədən sonrakı dövrdə daha geniş mənada Avropada sabitlik məsələlərinin gündəmdə olduğu bir vaxt təkcə iki ölkə arasında deyil, ABŞ-ın NATO müttəfiqləri ilə münasibətlərinin gələcəyini formalaşdıra biləcək mühüm strateji danışıqlara başlayır. Lakin perspektivlər sönük görünür.

Şəhidlər qürur yerimizdir

Bu gün Müsəlman Birliyi Hərəkatının üzvü Şəhid Şükür İlyasovun doğum günü qeyd olunub. Bu münasibətlə şəhidin Şabran şəhərindəki evində baş tutan mərasimə Şabran sakinləri ilə yanaşı Şəhid Şükürün dostları, yaxınları və şəhidlik məfhumunu ali tutan şəxslər, o cümlədən bir qrup Müsəlman Birliyi Hərəkatının üzvüləri toplanıb. Bir çox dəyərli qonaqların qatıldığı mərasim çıxışlar, şəhidin ruhuna Quran surələri və növhələrin oxunması ilə davam edib. Daha sonra şəhidin anımı üçün onun uyuduğu Şabran şəhidlər məzarlığına ziyarət baş tutub.

Ötən il Rusiyanın Ulyanovsk vilayətindən taxıl məhsulları ən çox Azərbaycana ixrac olunub

2021-ci ildə Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Çuvaş Respublikası və Ulyanovsk vilayəti üzrə İdarəsinin nəzarəti altında Ulyanovsk ərazisindən xarici ölkələrə ümumilikdə 62 322 ton taxıl və taxıl emalı məhsulları daşınıb. Ən çox taxıl məhsulları Azərbaycan Respublikasına ixrac olunub. Belə ki, ötən il Azərbaycana 48 023 ton buğda və arpa ixrac edilib.

"Milan" 3 cavabsız qoldan sonra lider oldu

İtaliya A seriyasında 21-ci turun oyunları keçirilir.

"Unikal" xəbər verir ki, bu gün səfərdə "Venetsiya" ilə qarşılaşan "Milan" 3 cavabsız qolla qalib gəlib.  

"Venetsiya" - "Milan" - 0:3

Qollar: İbrahimoviç, Herdandes, 48, 59-pen.

Bu nəticədən sonra xallarını 48-ə yüksəldən "Milan" liderliyə yüksəlib. İki oyun az keçirən "İnter" 46 xalla 2-cidiri. "Napoli" 40 xalla 3-cüdür.

"Putin Sovet İttifaqını yenidən qurmaq istəyir" - Blinken

Rusiya geosiyasi baxımdan Sovet İttifaqı dövründə mövcud olan nizamın bərpasına nail olmaq istəyir.

"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Düşünürəm ki, belədir, bu, Rusiya prezidenti Vladimir Putinin məqsədlərindən biridir və bu, əvvəllər Sovet İttifaqının tərkibində olan ölkələr üzərində təsir dairəsini bərpa etmək deməkdir”.

Qırğızıstan ölkəsindən terrorçuların Qazaxıstana keçməsi ilə bağlı məlumatları təkzib edib

Qırğızıstandan heç bir xüsusi təlim keçmiş şəxs Qazaxıstan sərhədini keçməyib və iğtişaşlarda iştirak etməyib.

Trend-in məlumatına görə, bu barədə öz "Facebook" səhifəsində Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev yazıb.

Şəhid Şükür İlyasov anılıb

Bu gün dünyaya gəldiyi Şabran rayonunda doğum günü qeyd olunan Şəhid Şükür İlyasovun anım mərasiminə ilahiyyatçılar Hacı Ramil Bədəlov və Hacı İmran Xudaverdli də qatılıb. Məclisdə çıxış edən hər iki ilahiyyatçı şəhidlik və bu məfhumun mahiyyətindən söz açıblar. Daha sonra ilahiyyatçılar şəhidin ailə üzvüləri ilə də görüşüblər.

Mərasimə yerli sakinlərlə yanaşı Azərbaycanın müxtəlif güşələrindən çox saylı insanlar qatılıb.

Makron: Ərdoğanın siyasəti AB dəyərlərinə uyğun gəlmir

Fransa prezidenti Emmanuel Makron Türkiyənin AB üzvlüyünə qarşı olduğunu bildirib və “Ərdoğanın siyasəti Avropa dəyərlərinə uyğun gəlmir” deyib. Fransa prezidenti Emmanuel Makron “Le Parisen” qəzetinin suallarını cavablandırıb. Makrona Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı sual verilib. Türkiyənin Avropa Birliyinin dəyərlərinə uymadığını və təcavüzkar siyasət yürütdüyünü iddia edən Makron, “Türkiyə siyasi İslamı genişləndirmək üçün bir layihə həyata keçirir” deyib.

Türkiyə ordusu 12 terrorçunu məhv etdi

Türkiyə hərbçiləri PKK/YPG terrorçularının hədəflərinə zərbələr endirib, ilkin məlumata görə, 12 terrorçu məhv edilib.

“Unikal” xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, ölkə ordusunun 3 hərbçisinin həlak olmasından sonra terrorçuların mövqelərinə güclü zərbələr endirib. Antiterror əməliyyatına aviasiya da dəstək verib. Əməliyyat zamanı 12 terrorçu məhv edilib.

Məşhəddə “Məzarı Bilinməyən Xanım” tamaşası təqdim edilib

Əhli-Beyt (ə) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Həzrət Zəhranın (s.ə) şəhadətinin ildönümü münasibəti ilə, ikinci Əyyami Fatimə günlərində Müqəddəs Məşhəd şəhərində Hərəm Müdafiəçilərinin şəhidlər kolleksiyasında “Məzarı Bilinməyən Xanım” tamaşasının təqdimatı keçirilib. Tamaşanın ssenari müəllifi Seyid Hüseyn Fədai Hüseyn, rejissoru Kuroş Zareidir. Əli Fərhanək, Sayeh Rahimian və Seyed Hamid Lacevardi kimi sənətçilər isə tamaşanın baş rollarını ifa ediblər.

 

 

 

 

General Süleymaniyə sui-qəsddə əli olan 51 nəfərə sanksiya

Az.shafaqna.com “Oxu.az”-a istinadən xəbər verir ki, İran hökuməti general Qasım Süleymaniyə qarşı sui-qəsddə iştirakı olan 51 ABŞ vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Qeyd olunub ki, sözügedən şəxslər Qasim Süleymaniyə qarşı sui-qəsdlə bağlı qərar verən, planlaşdırma aparan, təşkil edən, maliyyələşdirən, dəstək verən və ya rəhbərlik edən şəxslərdir.

Xarici ekspertlər həyəcan təbili çalır: KTMT qoşunlarının Qazaxıstana qanunsuz yeridilməsi bütün bölgə üçün təhdiddir

Yanvarın 2-də Qazaxıstanda qazın qiymətinin iki dəfə artırılmasına qarşı kütləvi etirazlar başlayıb. Etirazlar Mangistau vilayətində başlayaraq, sürətlə genişləndi, etirazçıların siyasi tələbləri ortaya çıxdı. Yanvarın 4-də iğtişaşlar Almatıda baş verdi. Prezident Kasım-Jomart Tokayev regionlarda fövqəladə vəziyyət elan etdi və yanvarın 5-də səhər saatlarında hökumətin istefasını qəbul etdi.

Qazaxstanda son durum

Qazaxıstanın qarşıdurmalar baş vermiş bütün ərazilərində vəziyyət sabitləşib. Bunu Qazaxıstanın daxili işlər naziri vəzifəsini icra edən Yerlan Turqumbayev deyib. “Hazırda ölkədə qayda-qanunun tam bərpası üçün antiterror əməliyyatları davam edir. Bu günə olan məlumata görə bütün vilayətlərdə vəziyyət sabitləşib. Güc strukturları hökumət binalarını azad ediblər.