07 January 2022

HƏMAS: Qüdsün qılıncı qınından sıyrılmış haldadır

Fələstin İslam Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun üzvü Husam Bədran bildirib ki, əgər İsrail rejimi Qəzza sektorunun blokadadan çıxarılmasına mane olarsa, Müqavimət buna çox səbir etməyəcək.

Az.rasthaber.com "palinfo"-ya istinadən xəbər verir ki, o deyib ki, yaxın günlərdə hər kəsə sübut edəcəklər ki, HƏMAS öz xalqını pis vəziyyətdə qoymayacaq.

Azərbaycan AİHM-nin seçkilərlə bağlı şikayətlər üzrə qərarlarını yerinə yetirir?

Turan: Gələn həftə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycandan göndərilmiş 15-dən çox ərizə üzrə yekun qərarlarını elan edəcəyi gözlənilir.

Onlardan biri Ümid Partiyasının sədri İqbal Ağazadənin parlament seçkilərinə aid şikayətlə bağlıdır.

Avropa Məhkəməsi bundan əvvəl də azad seçki hüququ ilə bağlı qərarlar qəbul etmişdi. Onların hamısında məhkəmə seçkilər zamanı pozuntuların baş verdiyini tanıyıb.

Hacı Sahib Məmmədov: “Hər dəfə Fatimə (s.ə.) otağa daxil olanda Allah Rəsulu (s) onun ayağına qalxıb qarşısına gələr, əlindən öpərdi”

İlahiyyatçı Hacı Sahib Məmmədov bu gün növbəti cümə xütbəsini edib. Bu dəfəki çıxışını Xanım Zəhra (s.ə.) üzərində quran ilahiyyatçı Allah Rəsulunun (s) qızının tanıdılmasında incə məqamlara toxunub: “Fatimənin (s.ə.) kimliyini tanımaq istəsək buna ən gözəl yol atası, Allah Rəsulu Muhəmməddir (s). Peyğəmbər “Fatiməni sevindirən məni sevindir, Fatiməni kədərləndirən həqiqətdə məni kədərləndirmişdir. O mənim bədənimin bir parçasıdır.”-deyə Xanım haqqında buyurub.

VİP sədri vertolyot qəzasıyla əlaqədar təqsirləndirilən şəxs oldu

Bir məhkəmədə partiya sədrinə qarşı iki eyni iddiaya baxılır

Yasamal Rayon Məhkəməsində helikopter qəzasından sağ çıxan iki hərbçinin Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin həbsi tələbilə qaldırdıqları iddia üzrə məhkəmə prosesi başlayıb. DSX-nın Xüsusi Hava Əməliyyatları Qüvvələri qərargahının taktiki hazırlıq və hava atəşi üzrə baş zabiti, polkovnik Emil Cəfərov və kapitan Ramin Ədilov partiya sədrinin Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə cəzalandırılmasınə və 6 ay azadlıqdan məhrum edilməsini tələb edir.

Qiyas İbrahimov özünü yandırmağa cəhd edib

Turan: Dekabrın 7-də keçmiş "heykəl məhbusu" Qiyas İbrahimov Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə cəhd edib. O, Avropa Məhkəməsinin qərarı ilə ona çatacaq kompensasiyasının verilməməsinə etiraz etdiyini bildirib. 

Q.İbrahimov üzərinə benzin tökərək əlində alışqanı tutub. Prezident Administrasiyasının mühafizə xidməti və polis əməkdaşları onun əlindən kanistri alaraq, özünü saxlayıb.

Qazaxıstanda 3700-dən çox şəxs saxlanılıb

Eastnews.org-un verdiyi xəbərə görə, Qazaxıstanda hüquq-mühafizə orqanları tərəfindən iğtişaşlarla əlaqədar ümumilikdə 3 706 nəfər saxlanılıb.   Bu barədə Terrorçuluqla mübarizə üzrə operativ qərargah bildirib.   Saxlananların sayının artacağı istisna olunmur.   Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində və bir sıra digər bölgələrdə antiterror əməliyyatları davam edir. 

Fransada müsəlman xanımdan hicabını çıxarmaq tələb edildi

Az.shafaqna.com “Revolutionpermenante”-yə istinadən xəbər verir ki, təcrübəçi vəkil hicablı olduğu üçün Fransa paytaxtı Parisdə islamofob rəftara məruz qalıb.

İnsident vəkillər kollegiyasının peşə hazırlığı məktəbinin buraxılış mərasimində baş verib.

Belə ki, tədbir zamanı məktəb administrasiyası müsəlman xanımdan hicabını çıxarmasını, əks halda isə, zalı tərk etməsini tələb edib.

Vəkil xanım bu tələbləri yerində yetirməkdən imtina edib, bundan sonra məktəbin əməkdaşları heç kimin onu görməməsi üçün zalın ən sonunda əyləşməsini tələb edib.

Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ

Yanvarın 8-i səhərdən 9-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 8-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

"Unikal" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Azərbaycanın rayonlarında yanvarın 8-də bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Yanvarın 8-i axşam, 9-da gecə bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var.

Sumqayıtda xəstəxanada yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə axşama doğru Səməd Vurğun küçəsində yerləşən 4 nömrəli Sumqayıt şəhər xəstəxanasında yanğın başlayıb. Əraziyə 10-a yaxın yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Xəstələr təcili tibbi yardım maşınları vasitəsilə təxliyə edilir. Ümumilikdə xəstəxanadan 81 xəstə, 16 işçi təxliyə olunub. TƏBİB-dən isə bildirilib ki, ilkin məlumata görə, xəsarət alan yoxdur. Yanğın söndürülüb.

Hacı Ramil Bədəlov: “Hədəfi müəyyən etməklə həyatı düzgün yaşamaq olar”

Bu gün ilahiyyatçı Hacı Ramil Bədəlov növbəti silsiləvi “Əməlin insan taleyində rolu” mövzusunda çıxışını davam etdirib. Xütbəsini hədəf və məqsəd üzərində quran ilahiyyatçı deyib: “İnsan həyatda hədəf və məqsədini müəyyən etməklə yaşamalıdır. Hədəf gün kimi aydın və su kimi şəffaf, məqsəd isə onun yorulmadan bu istiqamətə doğru aparan qüvvədir. Yalnız həqiqi hədəf və mübarizə aparılaraq yaşanan ömür bərəkətli və axirət aləmində peşimançılıq gətirməyən yaşam ola biləcək. Hədəfli insan bir anı belə yersiz xərc etmədən məqsədli addım atandır.

Polad Aslanov aclığa başlayıb

Turan: Həbsdə olan xeberman.com saytın rəhbəri Polad Aslanov dünən, yanvarın 6-sı aclıq elan edib. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib. 

Onun sözlərinə görə, jurnalist aksiyaya işinin yenidən araşdırılması tələbilə başlayıb. O, həmçinin Ali Məhkəmənin onun kassasiya şikayətinə baxılmasını gecikdirməsinə etiraz edir. 

ABŞ-dakı məscid islamofob hücuma məruz qaldı

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Ayova ştatının Vaterloo şəhərində islamofob cinayət törədilib.

Belə ki, orta yaşlı bir qadın ən-Nur məscidinin divarlarında qarla xaç çəkir, daha sonra isə naməlum maye ilə təhqiramiz ifadələr yazır.

“ABŞ-dakı məscidə qarşı növbəti vandalizm aktı müsəlmanlara qarşı yanlış düşüncə ilə bağlı real təhlükəni göstərir”, – deyə ABŞ-İslam Münasibətləri Forumunun (CAIR) direktor müavini Edvard Əhməd Mitçel bildiri.

“Əbabil” qrupu İraqda ABŞ qüvvələrinə hücumun görüntülərini yayımlayıb (VİDEO)

Cari ayın beşində İraqda ABŞ hərbçilərinin olduğu bazaya hücumun görüntüləri yayımlanıb.

SalamNews xəbər verir ki, bu barədə “Səraya Əbabil” qrupu sosial şəbəkələrdəki hesabları üzərindən video yayımlayıb.

Bu videoda İraqda ABŞ qüvvələrinin olduğu “Viktoriya” bazasına raket və PUA-larla hücumun görüntüləri əks etdirilib.

Həbsdə olan keçmiş aparat rəhbəri bəraət üçün apellyasiya şikayəti verib

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri, hazırda həbsdə olan Rasim Quliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Bu barədə Trend-ə vəkil Rəsul Yusifbəyli deyib.

O bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. Şkayətdə R.Quliyevə bəraət verilməsi istənilib.

Qazaxıstanda etirazlar zamanı 2000-dən çox adam həbs edilib, 18 polis əməkdaşı öldürülüb

Eastnews.org-un verdiyi xəbərə görə, Qazaxıstan Daxili İşlər Nazirliyi etirazçılarla toqquşmalarda azı 18 təhlükəsizlik əməkdaşının həlak olduğunu bildirib.   Qazaxıstan Daxili İşlər Nazirliyi cümə axşamı nümayişçilərlə toqquşmalarda həlak olan təhlükəsizlik işçilərinin sayının 18-ə yüksəldiyini açıqlayıb.   Nazirlik elan edib:   "Hüquq-mühafizə orqanlarının 18 əməkdaşı həlak olub, 748-ə yaxın polis və Milli Qvardiya qüvvələri yaralanıb.

Şimali Koreya Pekin Olimpiadasında iştirakdan imtina edib

KXDR Qış Olimpiya Oyunlarında iştirakdan imtina edib.

Apasport.az saytının məlumatına görə, şimali koreyalılar Çinin paytaxtı Pekindəki yarışa qatılmayacaq.

Bununla bağlı Olimpiya Oyunlarının Təşkilat Komitəsinə rəsmi məktub ünvanlanıb. Asiyalılar bu addımı koronavirus pandemiyası və siyasi motivlərlə əsaslandırıb.

Qeyd edək ki, Pekin-2022 fevralın 4-dən 20-dək keçiriləcək.

İraq Müqaviməti: Bağdad hava limanında qətli törədənlər ədalət qarşısında cavab verməlidirlər

  Əl-Malume agentliyi xəbər verir ki, İraq Hizbullahı Bağdad hava limanında şəhid Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin şəhadəti ilə bağlı araşdırma aparılmasını tələb edən bəyanat yayıb. Bəyanat mətnində deyilir: “Ölkə düşmənləri Bağdad hava limanında şəhid olanların şəhadətinin ikinci ildönümündə xalq qüvvələrini marginallaşdıraraq öz pis niyyətlərini həyata keçirməyə çalışırlar.  Lakin bir buna yol verməyəcəyik. Qələbə bütün cəbhələrdə və regionun məzlum xalqlarının dəstəyi ilə əldə edilməlidir.”-deyə təşkilat bildirib.

Müharibədən kiçik bir hekayə

Azərbaycanın gəlcəyi olan uşaqların vətənpərvərlik ruhunda böyüməsi qürurvericidir. Bunun üçün təkcə məktəbdə deyil, ailədə də, kompleks maariflənmə işləri aparılmalıdır. Belə bir təbliğatın nəticəsi olaraq redaksiyamıza Məhəmməd Hüseyn adlı məktəblimiz maraqlı bir yazı ünvanlayıb. Vətənpərvərlik ruhunda yazılan yazı bir məktəblinin Qarabağ müharibəsində təsəvvür etdiyi səhnənin təcəssümüdür. Yazını sizə təqdim edirik.

 

Türkiyə Azərbaycan və Gürcüstanla gömrük üzrə üçtərəfli komitənin yaradılmasını təsdiqləyib

Türkiyə Azərbaycan və Gürcüstan hökumətləri arasında gömrük məsələləri üzrə üçtərəfli komitənin yaradılması haqqında protokolu təsdiqləyib.

 

"Report"-xəbər verir ki, qeyd edək ki, üç ölkə arasında gömrük məsələləri komitə ötən ilin oktyabrında Türkiyənin İzmir şəhərində yaradılıb.

Üçtərəfli Komitə tərəflər arasında əməkdaşlığı əlaqələndirəcək, təşviq və inkişaf etdirəcək, eləcə də əsas əməkdaşlıq sahələrini və istiqamətləri müəyyən edəcək.

Pakistan və Əfqanıstan arasında müştərək sərhədin 94%-dən çoxu hasarlanıb

General-mayor Babar İftixar: “Keçən il Şimali Vəziristanda Pakistan-Əfqanıstan sərhədinin bəzi çətin bölgələrində uğurlu əməliyyatlar həyata keçirilib və bu ərazilər əvvəllər terrorçular üçün tranzit məntəqəsi olub və bu ərazilərdə yerləşən terrorçu dəstələr darmadağın edilib.”