06 January 2022

Məsuməyi Qumda Həzrət Zəhranın (s) şəhadət gecəsinin əzadarlıq mərasimi

Əhli-Beyt (ə) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Həzrət Fatiməi Zəhranın (s.ə) şəhadət gecəsi Qumda həzrəti Fatiməi Məsumə (ə.s) müqəddəs hərəmində Höccətül İslam və Müslimin Pənahiyanın çıxışı ilə əzadarlıq mərasim təşkil olunub. Mərasimdə Həsən Şalbafa rövzə və mərsiyələr oxuyub.

 

 

 

 

 

Ayətullah Xamenei: Şəhidlər ölkəyə mənəviyyat və cihad ətri saçmağa davam edirlər

İran İslam İnqilabının Ali lideri Ayətullah Xamenei İran-İraq müharibəsi zamanı həyatlarını itirmiş 250 iranlı naməlum əsgərin nəşlərinin Xanım Zəhranın (s) şəhadət günündə dəfni ilə bağlı çıxış edib.

"Salam olsun naməlum əsgərlərə, yer əhli arasında adları bilinməyən və mələklər arasında məşhur olan əsgərlərə, sadiqlərə", - deyə o qeyd edib.

Aİ Rusiyanı Qazaxıstanın suverenliyinə hörmət etməyə çağırıb

Avropa İttifaqı cümə axşamı Rusiyanı iğtişaşları yatırmaq üçün Qazaxıstana hava-desant qüvvələri göndərməsi fonunda Qazaxıstanın suverenliyinə və müstəqilliyinə hörmət etməyə çağırıb.
Avropa Komissiyası həmçinin bütün tərəfləri təmkinli olmağa çağırıb.

“Zorakılığa son qoyulmalıdır. Biz həmçinin bütün tərəfləri təmkinli olmağa və vəziyyəti sülh yolu ilə həll etməyə çağırırıq. Təbii ki, Avropa İttifaqı ölkədə dialoqu dəstəkləmək niyyətindədir və buna hazırdır” - deyə, Aİ nümayəndəsi bildirib.

Ukraynanın eks-prezidentinin bütün əmlakına həbs qoyuldu

Az.shafaqna.com “СТРАНА.ua”-ya istinadən xəbər verir ki, Kiyevin Peçerski məhkəməsi prokurorluğun ərizəsini təmin edərək Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun əmlak və aktivlərinin üzərinə həbs qoyub.

Belə bir qərar Poroşenkonun şübhəli şəxs qismində çıxış etdiyi dövlətə xəyanət işi çərçivəsində qəbul edilib.

Eks-prezidentin vəkilləri bildiriblər ki, apellyasiya şikayəti verəcəklər.

Bunu Poroşenkonun vəkili İqor Qolovan da təsdiq edib.

Suriya və İraqda ABŞ qüvvələrinin karvanı hədəfə alınıb

Suriyanın şərqində və İraqın Babil əyalətində ABŞ qüvvələri və onlara logistik dəstək aparan karvan hədəfə alınıb

SalamNews Sputnik.Arabic-ə istinadla xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, Suriyada Fəratın şərqində “Kuniko” neft yatağı yaxınlığında yerləşən ABŞ qərargahı ərazisinə dörd raket atılıb.

Bu hücumun xəsarətləri barədə məlumat yoxdur.

Niyə İmam Sadiq (ə) şiə məzhəbinin rəhbəri hesab olunur?

İmam Sadiq (ə) İslam və şiə məktəbinə iki daha önəmli xidmət etmişdir və o həzrətin (ə) məzhəb rəhbəri adlandırılması, bu iki önəmli xidmətin əsas roluna görədir.
Birincisi: Bilirik ki, İslam həmin dövrdə çox geniş şəkildə yayılmış və o zamanın əmin-amanlıq içində olan təqribən bütün ölkələri İslam bayrağı altına toplanmışdı. Buna görə də müxtəlif din və xalqlardan olan fərqli əqidələrə, adət-ənənələrə mənsub insanların yenicə İslamı qəbul etmələrinin ardınca yanlış, azğın təlim və inanclar müsəlmanlar arasına daxil oldu.

Media haqqında yeni qanun araşdırmaçı jurnalistika üçün çətinliklər yaradır

Turan: Media haqqında yeni qanun jurnalist araşdırmaları üçün məhdudiyyətlərə və qadağalara səbəb olacaq, videobloger Mehman Hüseynov belə hesab edir.

Onun fikrincə, yeni qanunun qəbul edilməsilə hüquq-mühafizə orqanları yeni cəza səlahiyyətləri əldə edəcəklər. Xüsusilə, etiraz aksiyalarını işıqlandıran və vətəndaşların şikayətlərini araşdıran jurnalistlərin işinə müdaxilə edəcəklər.

Türk Dövlətləri Təşkilatı Qazaxıstanı dəstəkləyib

Turan: Türk Dövlətləri Təşkilatı Qazaxıstan xalqına və hökumətinə dəstək verməyə hazır olduğunu bildirib.

Təşkilatın bəyanatında deyilir ki, üzv ölkələr qazax xalqının sağlam düşüncəsinə güvənir və bu ölkədə vəziyyətin tezliklə normallaşacağına əminlik ifadə edirlər.

“Qazaxıstan hakimiyyətinin sülhsevər şəkildə gərginliyi arxada qoymaya, sabitlik və əmin-amanlığı bərpa etməyə qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına lazımi dəstəyi verməyə hazır olduğumuzu bildiririk” - bəyanatda deyilir.

KTMT Qazaxıstana sülhməramlı missiya göndərdi

Eastnews.org-un verdiyi xəbərə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qazaxıstana sülhməramlı missiya göndərib.     Bu barədə KTMT Baş Katibliyi məlumat yayıb.   Baş Katiblik bildirib ki, göndərilən kontingentin bölmələri artıq Qazaxıstanda öz xidməti vəzifələrini yerinə yetirməyə başlayıb.   “Sülhməramlı kontingentin Rusiyadan olan təmsilçiləri Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat təyyarələri ilə Qazaxıstan Respublikası ərazisinə gətirilib.

Prezident Yeni Günəşlidə “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar.

Qazaxıstanda qiymət artımı ilə yanaşı avtoritarizmə etiraz edirlər – Azərbaycandan baxışlar

Yanvarın 2-də Qazaxıstanda maye qazın bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar köhnə qiymətlərin qaytarılmasına və hökumətin istefasına səbəb olub.

Yanvarın 4-də hökumət maye qaz üçün köhnə qiymətlərin qaytarıldığını elan edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də hökumətin istefasını qəbul edib. Baş nazirin birinci müavini Alixan Smailov aralıq dövr üçün baş nazir təyin olunub.

Neft ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 1,41% azalaraq 1 barelə görə 79,66 dollar təşkil edib.

"Unikal" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,35% azalaraq 76,8 dollar təşkil edib.

ABŞ Azərbaycanda təklif edilən Media haqqında Qanundan narahatdır - Dövlət Departamenti

Turan: Vaşinqton çərşənbə günü, Azərbaycanda, tənqidçilərin fikrincə, müstəqil jurnalistikanın məhdudlaşdırılmasına yönəlmiş Media haqqında yeni qanun layihəsinin qəbulundan narahatlığını bildirib.

"Biz narahatıq ki, Azərbaycan parlamenti Media haqqında təklif olunan qanunun ratifikasiya üçün Prezident Administrasiyasına göndərilməsi ilə tələsib", - deyə Dövlət Departamentinin nümayəndəsi Turan-ın şərh sorğusuna cavab olaraq bildirib.

Tokio ABŞ-ın Yaponiyada hərbi hərəkətlərinin məhdudlaşdırılmasını tələb edir

Eastnews.org-un verdiyi xəbərə görə, Rəsmi Tokio koronavirusa yluxmanın artması səbəbindən ABŞ qoşunlarının Yaponiyadakı hərbi bazalardan çıxışını məhdudlaşdırmağı tələb edir.     Bu barədə Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Uşaq bağçası yandı

Zaqatalada körpələr evində yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi 220 kv/m olan inzibati binanın yanar konstruksiyaları və içərisində olan sənəd və əşyalar tam yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilsə də bağçanın binası tam yararsız vəziyyətə düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Almatı hava limanında terrora cəhd

Almatı hava limanında terrora cəhd edilib. Bu barədə məlumatı “Zakon kz” portalı yayıb. Məlumata görə Qazaxıstan Silahlı Qüvvələrin iki hərbçisinin həlak olduğu hadisədə terrorun qarşısı alınıb. Terrora cəhdin kim tərəfindən həyta keçirilməsi, ümumən detalları barəsində isə məumat verilmir. Qazaxstanda gərginlik fonunda baş verən hadisələr barəsində məlumatlar mətbuat üçün məhdudlaşdırılıb. Ölkədə internet verilişi dayandırılıb. Özəl media və xəbər yayım portalları fəaliyyətləri sıxışdırılıb.

Bakı, Sumqayıt və Abşeronda pensiyaların veriləcəyi tarix açıqlanıb

Yanvarın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları qrafik üzrə bu ay ödəniləcək.