04 January 2022

2021-ci il ərzində İmam Hüseyn hərəminin xəstələrə etdiyi yardım statistikası açıqlanıb

İmam Hüseyn (ə.s) hərəmi ötən il ərzində 13 mindən çox xəstənin müalicə haqqını ödəyib. Bu barədə yanvarın 4-də ziyarətgahın saytında məlumat verilib.

Məlumata görə, bir il ərzində xəstələrin müalicəsinə ayrılan yardım təqribən 3.9 milyard İraq dinarı (4.6 milyard manat) təşkil edib.

Prokuror "Zaminbank"ın həbs edilən sahibinə 14 il cəza istədi

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir. 

"Unikal" musavat.com-a istinadən xəbər verir ki, prokuror həbsdə olan N.İsmayılova ağır cəza istəyib. Məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub. Sonuncu prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror N.İsmayılovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qazaxıstan: Yanacaq qiymətlərinin artması fonunda etirazlar

Qazaxıstan hökumətinin maye qazın qiymətinin qaldırması və avtomobillər üçün benzinə alternativ olan qaz yanacağının qiymətinin artmasından sonra ölkənin bir neçə şəhərində etirazlar başlayıb.

Qazaxıstanda ictimai etirazlara nadir hallarda rast gəlinir. Bundan əlavə, təşkilatçılar öz planlarını əvvəlcədən bildirmədiyi etmədikləri hallarda ölkədə etirazlar qanunsuz sayılırlar.

Etirazlarda minlərlə insan iştirak edib. Aksiyalar yanvarın 2-dən, maye qaz üçün maksimum qiymət məhdudiyyətlərinin ləğv edildiyi gündən başlayıb.

Hərbçi yoldaşlarını güllələyən kiçik çavuş həbs edildi

Xəbər verildiyi kimi, yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzlinin öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu qəsdən öldürməsi faktına görə başlanmış cinayət işi üzrə Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq aparılır.

Livan prezidenti qarşılıqlı əlaqələrlə bağlı Səudiyyə Ərəbistanına çağırış edib

 “Livan və Səudiyyə Ərəbistanı arasında əlaqələrin qurulması səyləri qarşılıqlı olmalıdır.”

SalamNews xəbər verir ki, Livan prezidenti son çıxışında bildirib ki, bu ölkə ərəb dövlətləri, xüsusilə də Səudiyyə Ərəbistanı ilə ən yaxşı münasibətlərin qurulmasına sadiqdir, lakin bu səy qarşılıqlı olmalıdır.  

Livan prezidenti Mişel Oun ölkəsinin Səudiyyə Ərəbistanı ilə əlaqələrindən danışıb və bildirib:

Avropa çempionatında Azərbaycanı 4 idmançı təmsil edəcək

Yanvarın 10-16-da Estoniyanın paytaxtı Tallinndə fiqurlu konkisürmə üzrə Avropa çempionatı keçiriləcək.

Az.shafaqna.com xəbər verir ki, qitə birinciliyində ölkəmizi 4 idmançı təmsil edəcək. Şəxsi yarışlarda Yekaterina Ryabova və Vladimir Litvintsev güclərini sınayacaqlar. Yekaterina Kuznetsova – Aleksandr Kolosovski dueti cütlüklərin yarışında mübarizə aparacaqlar. Cütlüyümü ilk dəfə qitə birinciliyində çıxış edəcək.

Qeyd edək ki, Y.Ryabova və V.Litvintsev ölkəmizi “Pekin-2022” Qış Olimpiya Oyunlarında da təmsil edəcəklər.

Rusiya xarici işlər nazirinin müavini: Bakı və Yerevan dəmir və avtomobil yollarını açmağa hazırlaşırlar

Turan: Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün ən vacib istiqamətlərdən biridir. Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində Naxçıvana yolun açılması məsələsinin həllilə bağlı sualın cavabında bildirib.

Rudenkonun sözlərinə görə, üç ölkənin baş nazir müavinlərinin sədrliyilə üçtərəfli işçi qrupu vahid paket üzərində işi tamamlamaq üzrədir. Sənəd regionda dəmir yolu və avtomobil əlaqəsinin bərpasını nəzərdə tutur.

NATO-Rusiya Şurasının iclasının vaxtı açıqlandı

Eastnews.org-un verdiyi xəbərə görə, NATO-Rusiya Şurasının iclası yanvarın 12-də keçiriləcək.   Bu barədə NATO-nun mətbuat xidmətinin açıqlamasında deyilir.   Qeyd olunur ki, NATO-nun baş katibi Yens Stoltenberq NATO-Rusiya Şurasının sədri qismində NATO-Rusiya Şurasının iclasını çağırıb. Hələlik iclasın gündəliyi açıqlanmayıb.   Bundan başqa, yanvarın 12-13-də Brüsseldə baş qərargah rəisləri səviyyəsində NATO Hərbi Komitəsinin iclası keçiriləcək. 

ABŞ-ın Eyn əl-Əsəd bazasına PUA hücumu olub

Eastnews.org-un verdiyi xəbərə görə, xarici media İraqdakı Eyn əl-Əsəd bazasına pilotsuz təyyarə zərbəsi endirilməsi barədə məlumat yayıb. Bu barədə İraq mediası məlumat yayıb.   Məlumata görə, Eyn əl-Əsəd bazası pilotsuz təyyarə ilə hədəfə alınıb. Hücum kamkadze sabit qanadlı dronlardan ibarət eskadrilya tərəfindən həyata keçirilib.   Eyn əl-Əsəd bazası İraqın Ənbar vilayətində yerləşir.

Əfqanıstanda Talibanın bir helikopteri qəzaya uğrayıb

Əfqanıstanın Qəndəhar əyalətində Taliban hökumətinin qüvvələrinin bir helikopteri qəzaya uğrayıb.

SalamNews Mehr-ə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Qəndəharın hava limanı yaxınlığında Taliban qüvvələrinin idarə etdiyi bir helikopter yerə çırpılıb.

Hadisənin texniki səbəbdən baş verdiyi və bu qəzada kimsənin ölmədiyi deyilir.

İran: Dünyanın gələcəyində sionizmə yer yoxdur

İran öz hüquqlar, maraqlar və inkişafını güclü və rasional şəkildə müdafiə edir.

 

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran XİN başçısı Hüseyn Əmir Abdullahiyan bəyan edib.

İsrail rejiminin XİN başçısının bəyanatına cavab olaraq Abdullahiyan bildirib ki, sionist rejimin İranın ünvanına səsləndirdiyi sözlər İranın məşhur “pişik siçanları arzulayar” atalar sözünün nümunəsidir.

O əlavə edib ki, dünya gələcəyində İsrailə yer yoxdur.

Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Ukraynaya səfər edəcək

Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Cosep Borrell Rusiyanın hərbi birləşmələrini Ukrayna sərhədi yaxınlığına toplaması ilə bağlı Avropa blokunun Kyivə dəstəyini göstərmək üçün bu həftə Ukraynaya səfər edəcək.

Avropa Komissiyası yanvarın 3-də bildirib ki, Borrell yanvarın 4-dən 6-dək Ukraynaya səfər edəcək və Kyivdə rəsmilərlə görüşdən əvvəl o, Ukraynanın şərqində hökumət qüvvələrinin Rusiyanın dəstəklədiyi separatçılarla döyüşdüyü “təmas xəttinə” baş çəkəcək.

İran XİN: “Qərb sanksiyaları ləğv etməyi qəti şəkildə üzərinə götürməlidir”

Eastnews.org-un verdiyi xəbərə görə, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpasına dair Vyanada keçirilən danışıqlarda Avropa üçlüyünün (Böyük Britaniya, Fransa və Almaniya) mövqeləri daha da reallaşdığı açıqlanıb.    Bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

Ərdoğan Səudiyyə Ərəbistanına səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə o, çıxışı zamanı məlumat verib.

Səudiyyə Ərəbistanına ixrac problemləri ilə bağlı məsələyə münasibət bildirən Ərdoğan səfərin fevral ayında baş tutacağını bildirib.

Qeyd edək ki, son illərdə iki ölkə arasında qeyri-sabit münasibətlərə görə Türkiyədən Səudiyyə Ərəbistanına ixrac kəskin şəkildə azalıb.

Huislər Səudiyyə Ərəbistanı koalisiyasına məxsus silahla dolu bir gəmini ələ keçiriblər (VİDEO)

Yəmənin 13 əyalətini nəzarətdə saxlayan husilər və onların dəstəklədiyi “Milli Qurtuluş Hökuməti”nin qüvvələri ölkə sularında Səudiyyə Ərəbistanı koalisiyasının silahla dolu bir yük gəmisini saxlayıblar.

SalamNews xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin mətbuat katibi Yəhya Səri rəsmi tvitter hesabı üzərindən bəyanat verib.

Ölkədə baş verən qəzalar

Ötən gün yol qəzalarında 5 nəfər ölüb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.