03 January 2022

Şahmatçımız beynəlxalq turnirdə lider oldu

Macarıstanın paytaxtı Budapeşt şəhərində şahmat üzrə beynəlxalq turnirdə Azərbaycan təmsilçisi liderliyə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Azər Mirzəyev 7 turdan sonra rəqiblərini xeyli qabaqlayaraq birinci pillədə qərarlaşıb.

Belə ki, onun ən yaxın izləyiciləri olan yerli idmançılar Vilmos Balint və Marcell Borhy 4,5 xala malikdirlər. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

Eldar Həsənovun vəkilləri İlham Əliyevə müraciət ediblər

Turan: Azərbaycanın Serbiyada keçmiş səfiri və ölkənin sabiq baş prokuroru Eldar Həsənovun vəkilləri müvəkkillərinə qarşı "antihumanist" davranışa son qoyulmasına kömək etmək xahişi ilə ölkə prezidenti İlham Əliyevə müraciət ediblər.

Vəkillər Cavad Cavadov, Valeh Mehraliyev, Cəlil Mirzəyev və Adəm Məmmədovun müraciətində deyilir:

"Möhtərəm cənab Prezident!

Hüquqlarını müdafiə etdiyimiz keçmiş səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb və artıq məhkəmə çıxışları mərhələsidir.

Rusiya Əfqanıstanda neft və təbii qaza sərmayə qoyacaq

Rusiya Əfqanıstandakı neft-qaz yatağına sərmayə qoymağa hazırlaşır. Taliban müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid sosial media hesabından verdiyi açıqlamada rus iş adamlarının paytaxt Kabildə Taliban administrasiyasının “baş nazirin müavini” Əbdül Salam Hənəfi ilə görüşü olduğunu bildirib. Görüş zamanı neft, təbii qaz emalı zavodları, CNG və LNG müəssisələrinin yaradılmasının müzakirə edildiyini bildirən Mücahid sement istehsalı şirkətinin yaradılmasının da müzakirə edildiyini bildirdi.

Nəsrullah : Qasim Süleymani müqavimətin qurulmasına mühüm töhfə verib

Livanın Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Qüds Qüvvələrinin keçmiş komandanı general Qasim Süleymani və Həşdu-Şabinin keçmiş vitse-prezidenti Əbu Mehdi əl-Mühəndisin şəhadətinin ikinci ildönümü münasibəti ilə çıxış edib. Çıxışının əvvəlində Seyid Həsən Nəsrullah İsa Məsihin (ə) mövludu və 2022-ci ilin başlanğıcı münasibətilə müsəlman və xristianları təbrik edərək, İranın Yəməndəki səfiri Həsən İrlunun vəfatı ilə bağlı başsağlığı verib.

İranla nüvə danışıqları Vyanada davam edəcək

İranın nüvə proqramını məhdudlaşdırması müqabilində sanksiyaların aradan qaldırılması ilə bağlı 2015-ci ildə imzalanmış beynəlxalq sazişin bərpası danışıqları Vyanada tərəflərin yeni il fasiləsindən sonra bazar ertəsidavam etdirilir.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi bildirib ki, danışıqlar “dərin fazasına daxil olur”.

Korrupsiyaya qarşı mübarizə: nəticələr təsirli deyil

Turan: Ötən ildə bir neçə məmur rüşvətxorluqda ittiham edilərək həbs cəzasını alıblar. Ümumiyyətlə Azərbaycanın rəsmi şəxsləri tez-tez korrupsiya və rüşvətxorluqla uğurlu mübarizədən, iqtisadiyyatının «ağarması»ndan danışır.

Prezident İlham Əliyev də Yeni İl münasibətilə xalqa müraciətində həmin mövzuya toxunub. «Eyni zamanda, iqtisadi sahədə aparılan islahatlar, şəffaflıq, korrupsiya və rüşvətxorluqla mübarizə öz nəticələrini verməkdədir».

Tramp mühakimə edilməli və ondan qisas alınmalıdır – İran prezidenti

 “Amerikalılar bir fərdi deyil, bir milləti terrora məruz qoydular. Tramp gərək mühakimə edilsin və ondan qisas alınsın. ABŞ-ın sabiq qatil və təcavüzkar prezidentindən qisas alınmalıdır. Allahın onun barədə hökmü icra edilməlidir.”

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın prezidenti İbrahim Rəisi bu günkü çıxışında deyib.

Bu gün OPEC-in yeni baş katibi seçilə bilər

Bu gün Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv ölkələrin energetika nazirlərinin yeni görüşü keçiriləcək. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təşkilatdakı iki mənbə bildirib. 

Məlumata görə, görüşün məqsədi OPEC-in yeni baş katibini seçmək üçün müzakirələr aparmaqdır. Sözügedən vəzifəyə yeganə namizəd Küveytin OPEC-dəki sabiq nümayəndəsi Həytəm əl Geisdir. Onun namizədliyi dekabr ayının əvvəllərində müzakirə olunsa da, yekdil qərara gəlmək mümkün olmamışdı.

Mun Çje İn: "Pxenyanla barışmağa çalışıram"

Eastnews.org-un verdiyi xəbərə görə, Cənubi Koreya prezidenti iki Koreya arasında rəsmi sülh bəyannaməsi imkanını öz hakimiyyətinin mirasına və Pxenyanla danışıqların bərpası üçün müqəddiməyə çevirməyə çalışır.   Cənubi Koreya prezidenti Mun Çje İn prezidentliyinin son aylarından Şimali Koreya ilə əlaqə prosesində diplomatik açılışı inkişaf etdirmək üçün istifadə edəcəyinə söz verib. Pxenyan hələ ki, onun iki ölkə arasında rəsmi sülh bəyannaməsi tələbinə cavab verməyib.

Seyid İbraihim Rəisi Qumda təqlid müctəhidləri ilə görüşüb-FOTO

İranın prezidenti Seyid İbrahim Rəisi Qum səfəri çərçivəsində İranın nüfuzlu tədlid müctəhidləri ilə görüşüb. Ali təqlid müctəhidlərindən olan Ayətullah Seyid Zəncani, Ayətullah Cəfər Sübhani, Ayətullah Məkarim Şirazi, Ayətullah Safi Gülpayqani və Ayətullah Nuri Həmədani ilə baş tutan görüşlərdə bir çox aktual məsələlər, o cümlədən İslam dünyasının əhəmiyyətli məsələləri müzakirə olunub.

Təbrizdə anım yürüşü

Ötən həftənin cümə günü İranın Təbriz şəhərində böyük kütlənin iştirakı ilə yürüş gerçəkləşib. General Qasim Süleymaninin anımı ilə əlaqədar gerçəkləşən yürüşə ölkənin sadə vətəndaşları ilə bərabər bir çox nüfuzlu şəxslər, şəhər rəsmiləri qoşulub. Qasim Süleymani və Mehdi Mühəndisin xatirəsinə gerçəkləşən mərasimdə anti-Amerika şüarları səslənib. Yürüş Cümə namazından sonra baş tutub. 

 

ABŞ-ın Əfqanıstan və İraqdan qaçması Süleymaniyə qarşı terrorun nəticələrindən biridir – İran XİN

"ABŞ-ın alçalaraq Əfqanıstan və İraqdan qaçması Qasim Süleymaniyə qarşı həyata keçirilən terror aktının nəticələrindən biridir.”

SalamNews xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi tvitter səhifəsində paylaşım edilib.

ABŞ və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Bayden arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı öz rəsmi "Twitter" səhifəsində bildirib.

Paylaşımda qeyd olunur ki, ilin ilk telefon danışığının ABŞ dövlət başçısıyla aparılması ikitərəfli münasibətlərin xüsusi xarakterinin göstəricisidir.

Messi Liqa1-in dördüncüsü olub

Fransa Liqa1-in 2021-ci il üçün ən yaxşı futbolçularının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Get French Football News”un tərtib etdiyi reytinq cədvəlinə Seko Fofana başçılıq edir.

“Lans”ın futbolçusu çempionatın ən yaxşısıdır. PSJ-nin ulduzu Kilian Mbappe ikinci, “Lion”lu Lukas Paketa üçüncüdür.

PSJ-nin ulduzu Lionel Messi 4-cü yerlə kifayətlənib. Onun komanda yoldaşı Neymar yalnız 24-cüdür.