21 November 2021

Nücəba müqavimət qüvvələri Bağdadın şimalında İŞİD-ə qarşı əməliyyata başlayıb

Giperssilka.ru YJC-ya istinadən xəbər verir ki, Həşdüş-Şəbi qüvvələri Nücəba müqavimət hərəkatının Bağdadın şimalındakı Əl-Tarimiyyə şəhərində İŞİD bazalarını məhv etməyə müvəffəq olduqlarını bildiriblər.

Nücəba müqavimət qüvvələri hazırda İŞİD terrorçularının şəhərə sızmasına imkan verməməyə çalışır.

Həşdüş-Şəbi bəyanatında vurğulayıb ki, Nücəba müqavimət qüvvələri İŞİD-ə qarşı mübarizədə ağır və orta dərəcəli silahlardan istifadə edib.

Kreml NATO-nu Rusiya sərhədləri yaxınlığında təxribatçı fəaliyyətləri dayandırmağa çağırıb - VİDEO

“NATO Moskva ilə Qərb arasında münasibətlərdə mövcud gərgin vəziyyətdən çıxış yolu tapmaq üçün Rusiya sərhədləri yaxınlığında təxribat xarakterli fəaliyyətləri və hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsini dayandırmalıdır”.

ABŞ RUSİYA VƏ TÜRKİYƏNİ MÜHASİRƏYƏ ALIR - Vaşinqton nədən Türkiyəni yox, Yunanıstanı dəstəkləyir?

Son günlər Polşa ilə Belarus arasında çox ciddi gərginlik yaşanır. Düzdür, qaçqınlar və miqrantlar bu gərginliyin səbəbi kimi görünsə də, əsl səbəb Polşanın Amerikaya, Belarusun isə Rusiyaya yaxın olmasından qaynaqlanır. Başqa sözlə desək, söhbət böyük dövlətlər arasındakı amansız rəqabətdən gedir. Ona görə ABŞ-ın Yunanıstana hərbi güc cəlb etməsinə də bu kontektsdən yanaşmalıyıq.

Kufə Məscidində Həzrət Zəhranın (s) şəhadətinin ildönümü münasibəti ilə əzadarlıq mərasimi

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Şiə dünyasının ən mühüm Məscidlərindən olan qədim Kufə Məscidində Əyyami Fatimiyyə - Həzrət Zəhranın (s) şəhadəti ilə bağlı əzadarlıq mərasimi keçirilir.

 

Mahmud Abbasın Şabakla əlaqəsi üzə çıxıb

Giperssilka.ru Qərbi Asiya mənbələrinə istinadən xəbər verir ki, İsrail rejiminin yazıçısı və eksperti Amir Barşalum bu rejimin Fələstin muxtariyyəti ilə əlaqələrinin təfərrüatlarını açıqlayıb.

İsrail rejiminin yüksək səviyyəli təhlükəsizlik dairələrinin bəzi məlumatlarına görə, Şabak ilə Fələstin Administrasiyası arasında təhlükəsizlik koordinasiyası İordan çayının qərb sahilinin şüqutunun qarşısını alıb.

Bundan əlavə, Şabakın Mahmud Abbasla əməkdaşlığının İordan çayının qərb sahilinin HƏMAS tərəfindən süqutunun qarşısını aldığı bildirilir.

Yəməndə daha bir vilayətdə insanlar kütləvi olaraq "Ənsarullah"a qoşulur

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Yəmənin müxtəlif şəhərlərinə qarşı təcavüzkar hücumlarını davam etdirir.   Bu barədə yerli mənbələr məlumat yayıblar.   Məlumatda vurğulanır ki, hücumlar səbəbilə əl-Məhra vilayətində artıq könüllü döyüşçülər "Ənsarullah" hərəkatının sıralarına qoşulmağa başlayıblar.   Müxtəlif təbəqələri təmsil edən döyüşçülər işğalçılara qarşı mübarizə aparmaq üçün artıq hərbi təlimlərə də cəlb olunublar. 

Hizbullahdan ABŞ, Ərəbistan və İsrailə xəbərdarlıq

Livan Hizbullah briqadalarının baş katibi İraqdakı dağıdıcılıq siyasətlərinin nəticələri barədə ABŞ, Səudiyyə Ərəbistanı və İrailə xəbərdarlıq edib. Əl-Aləm xəbər verir ki, Livan Hizbullah briqadalarının baş katibi Əbu Hüseyn Əlhəmidavi şənbə günü bildirib ki, İraq xalqından mühüm bir qrupun məhv edilməsinə yönəlmiş plan uğursuzluğa məhkumdur. BMT-nin İraqdakı nümayəndəsinə müraciət edən Əlhəmidavi bəzi ölkələrin və təşkilatların İraq parlament seçkilərinin nəticələrini manipulyasiya etmək planında rol oynadığını bildirib.

Ukrayna kəşfiyyatı: Rusiya gələn ilin əvvəlində Ukraynaya hücum edə bilər

Rusiya gələn ilin yanvarında və ya fevralın əvvəlində Ukraynaya qarşı aktiv hərbi əməliyyatlara başlaya bilər.

Ukraynanın Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Military Times” qəzetinə müsahibəsində belə deyib.

Budanovun sözlərinə görə, hazırda Rusiya Ukrayna ilə sərhəd yaxınlığında 92 mindən çox hərbçi cəmləyib.

Qışın gəlişinin və soyuq hava şəraitinin işğal risklərini yalnız artırdığını deyən K. Budanovun sözlərinə görə, mümkün şiddətli şaxtalar nə Rusiya, nə də Ukrayna hərbçiləri üçün problem deyil.

İslam Fondunun direktoru ABŞ-da Qaçqınlar Şurasının üzvü seçilib

Müsəlman xeyriyyə fondu olan “Islamic Relief”-in icraçı direktoru ABŞ Qaçqınlar Şurasına üzv seçilərək onun üzvlüyündə ilk və yeganə müsəlman olub. “Bizim təşkilatımızın nümayəndəsi kimi Qaçqınlar Şurasına üzv olmaq bizim üçün böyük şərəfdir. Bu vəzifə bizə ABŞ-a gələn qaçqınların inteqrasiyası və yerləşdirilməsində daha böyük rol oynamağa imkan verəcək. Həmçinin, bizim ölkədə qaçqın və sığınacaq axtaranlarla bağlı siyasətə təsir etmək üçün daha çox imkanlarımız olacaq” - deyə Şərif Əli təyinatı münasibətilə bildirib.

Azərbaycan gimnastı Bakıdakı dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında final mərhələsində 2-ci cəhdini edib.

"Report"un məlumatına görə, tamblinq növündə çıxış edən 25 yaşlı idmançı bu dəfə hakimlərdən 76.300 xal alıb və yekunda 2-ci yeri tutaraq gümüş medal qazanıb.

Qeyd edək ki, yarışın qızıl medalına rusiyalı Aleksandr Lısıtsin, bürünc medalına isə ABŞ təmsilçisi Keydn Braun layiq görülüb.

İranın İnqilab keşikçiləri dizel qaçaqmalçılığı edən neft tankerini ələ keçirib

Ərəb mediası bildirir ki, İranın silahlı qayıqları şənbə günü İran körfəzində neft tankerini dayandırıb və 11 ekipaj üzvünü saxlayıb.

İranın dövlətə məxsus Fars Xəbər Agentliyi bildirib ki, nə gəminin məxsus olduğu ölkə, nə də ekipaj üzvlərinin milliyətləri hələ ki, bəlli deyil, lakin tanker İran sularında İranın İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələri tərəfindən ələ keçirildiyi zaman dizel qaçaqçılığı edirdi.

AİHM Eldar Həsənovun işi ilə bağlı yeni qərar qəbul edib

Turan: Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 19-da Azərbaycanın keçmiş baş prokuroru və ölkənin Serbiyadakı keçmiş səfiri Eldar Həsənovun səhhəti ilə əlaqədar onun işi ilə bağlı Məhkəmə qaydalarının 39-cu maddəsinə əsasən üçüncü müvəqqəti tədbir haqqında qərar qəbul edib. Bu barədə Turan-a onun vəkili Cavad Cavadov bildirib.

Vəkilin sözlərinə görə, may və iyun aylarında AİHM artıq qərarlar qəbul edib, bu qərarlardan sonra Həsənov, çox yubadılma ilə olsa da, DTX-nin Hospitalına köçürülmüşdü.

“Əfsanə yenidən başlayır” – “Kurtlar Vadisi”nə bənzədilən yeni serial ölkə gündəmini qarışdırdı

“Deli Yürek”, “Ekmek Teknesi”, “Kurtlar Vadisi” kimi unudulmaz seriallarda imzası olan “Osman Sınav”ın yeni serialı "Yalnız Kurt"un ilk treyleri böyük əks-səda yaradıb.

ATV-də yayımlanan “Sineqraf Fim”in rejissoru M.Çağatay Tosun, ssenari müəllifi Murat Koca və Alper Erze olan “Yalnız Kurt” serialı tamaşaçılar tərəfindən maraqla gözlənilir.

Azərbaycanda polis avtomobillə velosipedçini vurub öldürdü

Dünən noyabrın 20-si gecə saat 22 radələrində Göyçay şəhərində RPŞ-in əməkdaşı polis baş serjantı Hüseyin Məmmədov xidmətdə olarkən idarə etdiyi xidməti FORD markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini 30 yaşlı Fərid Qurbanovu vurub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, polis əməkdaşı dərhal ona ilkin tibbi yardım göstərsə də o hadisə yerində vəfat edib.

Faktla bağlı müvafiq araşdırmalar aparılır.

Pentaqon rəhbəri: "ABŞ İraqdakı missiyasını 2021-ci ildə başa vuracaq"

ABŞ-ın müdafiə naziri Lloyd Ostin iraqlı həmkarı Cuma İnad ilə görüşündə Amerikanın ərəb ölkəsindəki hərbi missiyasının bu ilin sonuna kimi başa çatacağını təsdiqləyib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

Məlumata görə, ABŞ 2021-ci ilin iyul ayında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək, o cümlədən ilin sonuna qədər İraqda Amerika qüvvələri olmayacaq.

Lukaşenko NATO-nu nüvə müharibəsi ilə hədələyib

"Qərb dövlətləri hələ də İkinci Dünya Müharibəsi zamanı verdiyi itkilərə görə Belarusa borcludurlar, buna baxmayaraq yenidən dövlətin ərazisinə soxulub orada hərbi əməliyyatlara başlamağa çalışırlar". "Report" xəbər verir ki, bunu BBC-yə müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Siz başa düşməlisiniz ki, Belarusda müharibə başlasa, NATO və Rusiya müdaxilə edəcək və bu, nüvə müharibəsi olacaq”, - Lukaşenko vurğulayıb.

İranın Almaniyadakı konsulluğuna hücum olub

Giperssilka.ru “MEHR”ə istinadən xəbər verir ki, “Bild” qəzeti İranın Almaniyanın Hamburq şəhərindəki konsulluğunun binasına yandırıcı qurğu ilə hücum edildiyini yazıb.

Qəzetin yazdığına görə, ötən gecə yoldan keçən avtomobilin sürücüsü bu binanın girişindən tüstü çıxdığını və iki nəfərin qaçaraq uzaqlaşdığını görüb.

Yanğına “Molotov kokteyli”nin səbəb olduğu bildirilir.

Məlumata görə, insident zamanı xəsarət alan olmayıb.

Yəmən Ənsarullahının üzvü: “ABŞ bölgədəki bütün qüdrətini itirib”

Giperssilka.ru “MEHR”ə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah siyasi bürosunun üzvü Əbdül Vəhab Əl-Məhbəşi Qərb sahilində Səudiyyə koalisiyasının məğlubiyyəti və Əl-Hudeydə şəhərinin azad edilməsinin ABŞ hökumətinə təsir etdiyini bildirib:

“ABŞ bölgədəki bütün qüdrətini, xüsusən də Yəmən müharibəsi ilə bağlı qüdrətini itirdiyini hiss edir.

ABŞ Yəmən müharibəsinə daxil olmağa çalışır. Bu, onun agentlərinin Vaşinqtonun məqsədlərinə çata bilməməsindən sonra baş verir”.