14 November 2021

Təxribatlardan sonra erməni deputatdan açıqlama: “Sülh erası bitdi” - Gərginlik PİK HƏDDƏ ÇATIB

“Sülh erası” açılmadan bağlandı. Nə qədər ki, Paşinyan hakimiyyətdədir, heç vaxt sülh olmayacaq.

Bu sözləri Ermənistan parlamentində “Mənim namusum var” partiyasını təmsil edən deputat Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, artıq gərginlik pikk həddə çatıb və Ermənistan Müdafiə Nazirliyi bunu cəmiyyətdən gizlətməkdə çətinlik çəkir:

Tunisdə etirazlar səngimək bilmir

Dörd ay əvvəl prezident Kays Sayidin siyasi hakimiyyəti ələ keçirməsinə etiraz edən minlərlə tunisli bazar günü fəaliyyəti dayandırılmış parlamentə yürüş etməyə çalışıb. Yüzlərlə polis ərazini bloklayıb.

Etirazçılar palatanın yaxınlığındakı maneələri aradan qaldırmağa çalışarkən polislə qarşıdurma olub. Nümayişçilər Sayiddən parlamenti və normal demokratik hakimiyyəti bərpa etməyi tələb edib.

Tunisin qırmızı-ağ milli bayrağını qaldıran etirazçı Fued Ben Salem "Biz yeni diktatoru qəbul etməyəcəyik... geri çəkilməyəcəyik" deyib.

Qəddafinin oğlu prezident olmaq üçün müraciət etdi

Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafi prezident seçkilərində namizəd olmaq üçün müraciət edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, Səbha şəhərindəki seçki komissiyasına gedərək, namizədlik üçün sənədlərini təqdim edib.

Bildirilib ki, seçki mərkəzinə şəxsən gedən S.Qəddafi 2011-ci ildə atasının hakimiyyətdən salınmasından bəri ilk dəfə ortaya çıxıb.

Azərbaycan millisi Qətərlə heç-heçə oynayıb

Azərbaycan millisi növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Baş məşqçi Canni de Byazi 2021-ci ilin son sınağına çıxıb. Bunadək ardıcıl 4 matçda üç qol buraxmaqla uduzan millimiz Bakı Olimpiya Stadionuna müsbət nəticə ümidi ilə başlayıb.

Lakin italiyalı mütəxəssis üçün sonuncu ola biləcək görüşdə hesabı qonaqlar açıb. Müdafiəçilərin kobud səhvindən yararlanan asiyalılar qarşılaşmada ilk qola imza atıb.

“Ermənilər yeddi rayonu vermək fikrində deyildilər” - Sergey Markov

"Dağıntılara gəlincə, biz əlbəttə bütün bunları görəcəyimizi gözləyirdik, əlbəttə ki, dərd, ədalətsizlik, xüsusən də Qarabağ xanlığının qədim paytaxtı belə dağıdılıb. Bu, əlbəttə ki, faciəvi təsəvvürdür. Prinsipcə, biz buna hazır idik, çünki bu yaxınlarda Ağdamda oxşarını görmüşdük”.

Bu fikirləri "Report"a Rusiya Siyasi Araşdırmalar İnstitunun direktoru Sergey Markov deyib.

ABŞ qanunverici orqanı Konqresə Səudiyyə Ərəbistanına silah satışına qadağa qoymaq barədə qətnamə verdi

Minnesota ştatının nümayəndəsi İlhan Umar bildirib ki, bu qətnamə Ər-Riyadın Yəmən müharibəsindəki hücumuna və Səudiyyə Ərəbistanının daxilində və xaricində müxaliflərə qarşı yönəltdiyi repressiyalar əleyhinə çıxarılıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Cümə günü ABŞ Konqresindəki Demokrat və Müsəlman nümayəndəsi, Bayden hökuməti tərəfindən icazə verilən Səudiyyə Ərəbistanı ilə ABŞ-ın 650 milyon dollarlıq silah müqaviləsini əngəlləməyə yönəlmiş bir qətnamə təqdim edib.

Rusiya Hindistana S-400 gndərməyə başladı

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq İdarəsinin rəhbəri Dmitri Şuqayev Rusiyanın S-400 hava hücumundan müdafiə sisteminin Hindistana tədarükünə başlandığını bildirib.   Hindistan və Rusiya arasında S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına dair müqavilə 2018-ci ilin noyabrında ümumi dəyəri 5,4 milyard dollar müqabilində imzalanmışdı.

Gürcüstanda 9 deputat Saakaşviliyə dəstək üçün aclıq aksiyasına başlayıb

Gürcüstan parlamentinin Vahid Milli Hərəkat Partiyasından olan 9 deputatı ölkənin eks-prezidenti Mixeil Saakaşviliyə dəstək üçün aclıq aksiyasına başlayıb.

"Report" xəbər verir ki, bu barədə partiya liderlərindən biri David Kirkitadze xüsusi brifinqdə bildirib.

D.Kirkitadze bildirib ki, 45 gündür aclıq aksiyası keçirən Saakaşviliyə lazımi tibbi xidmət göstərilmir.

Aclıq aksiyası keçirən millət vəkilləri eks-prezidentin mülki klinikaya köçürülməsi tələbi irəli sürüblər.

İranda bir-birinin ardınca iki zəlzələ baş verib, ölən var

İranın cənubundakı Hörmüzqan əyalətində 6,3 bal gücündə ikinci zəlzələ baş verib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, episentri Hörmüzqan vilayətinin Kəşm rayonunun Laft bölgəsində olan yeraltı təkanlar saat 15:37-də qeydə alınıb. Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilir.

Yerli mətbuatda yer alan xəbərə görə, zəlzələ zamanı elektrik dirəyinin aşması nəticəsində 1 nəfər ölüb.

Qeyd edək ki, bundan əvvəl yeraltı təkanlar saat 15:36-da qeydə alınıb.

Məhbusa sovqat qəbul edilmir

16-saylı cəzaçəkmə müəssisəsində saxlanılan Quliyev Bəhruz Qulu oğluna qarşı qadağalar ailəsinin narahatlığına səbəb olub. Bu barədə Bəhruz Quliyevin ailəsi redaksiyamıza bildirib. Belə ki, oğullarının şərlənərək həbs ounduğunu iddia edən ailə artıq bir ay ərzində ikinci dəfədir ki, Bəhruza göndərilən sovqatın həbsxana rəhbərliyi tərəfindən qəbul edilmədiyini bildirib. Həbsxana nəzarətçilərinin bildirdiyinə görə azuqəni yalnız ailə üzvündən qəbul edə biləcəklərini söyləyərək Bəhruz Quliyevin dostları tərəfindən gətirilən azuqəni geri qaytarıblar.

Əl-Cəzirə televiziyasının Sudandakı büro rəhbəri həbs edilib

Əl-Cəzirə televiziyasının Sudandakı büro rəhbəri həbs edilib. Bu barədə mərkəzi ofisi Qətərdə yerləşən Əl-Cəzirə televiziya şəbəkəsi xəbər yayıb.

Məlumata görə, noyabrın 14-də Sudan təhlükəsizlik qüvvələri Xartum büro rəisinin evinə basqın edərək onu həbs ediblər.

Büro rəhbəri Əl Musalmi əl-Kabbaşinin hara aparıldığı ilə bağlı məlumat almaq mümkün olmayıb.

Hadisə Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordunun hakimiyyəti ələ keçirməsinə qarşı etirazlarda beş nümayişçinin öldürülməsindən bir gün sonraya təsadüf edir.

Niderlandda dahi şair Nizami Gəncəviyə həsr olunmuş kitab nəşr edilib

Almaniyada yaşayan tanınmış yazıçı-publisist Orxan Arasın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi kitab türk və niderland dillərində nəşr olunub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Niderlandda fəaliyyət göstərən Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin dəstəyi ilə çap olunmuş kitabda qüdrətli söz ustadının həyat və fəaliyyəti haqqında məlumatlar və əsərləri yer alıb.

MN: Ermənistan silahlı qüvvələri mövqelərimizi intensiv atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub.

Türkiyəyə qarşı ABŞ-Sionist layihəsi üzə çıxıb

Türkiyədə hakimiyyəti dəyişmək məqsədi ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və MOSSAD-ın keçmiş rəhbərliklərinin təşəbbüsü ilə layihə hazırlanıb.

ABNA24 Xəbər Verir, Türkiyə mediası bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2023-cü ildə hakimiyyətdən devirmək üçün yaradılan Türkiyə Demokratiya Layihəsini (Türk Demokrasi Projesi) amerikalı milyarder Tomas Skott Kaplanın maliyyələşdirdiyi bəlli olub.

Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ABŞ və İsrail rejimi ilə birgə hərbi təlimlərə qatılıb

Giperssilka.ru Qərbi Asiya mənbələrinə istinadən xəbər verir ki, ABŞ, İsrail rejimi, habelə iki ərəb ölkəsi olan Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri hərbi təlimlərin həyata keçirir.

Təlimlərin beşinci günü olsa da, heç bir media da rəsmi olaraq işıqlandırılmayıb.

İŞİD-çilər 13 suriyalı hərbçini qətlə yetirdi

Az.shafaqna.com APA-ya istinadən xəbər verir ki, Suriya ordusunun konvoyuna qarşı silahlı hücum olub.

İnsident Deyr əz-Zor vilayətində baş verib.

Konvoy pusquya salınıb və avtomat silahlardan atəşə tutulub. Nəticədə 13 hərbçi həlak olub, bir nəfər yaralanıb.

Terror hücumunun məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Bağdadda təhlükəsizlik tədbirləri gücləndirilib

İraq mənbələri bildiriblər ki, bu ölkədə seçki nəticələrinə qarşı davam edən etiraz aksiyaları fonunda Bağdadın "Yaşıl Zona"sı ətrafinda təhlükəsizlik tədbirləri gücləndirilib.

ABNA24 Xəbər Verir, Bağdadın mərkəzində yerləşən "Əl-Xəzra" zonasının girişlərində İraqda keçirilən son parlament seçkilərinin nəticələrinə etiraz edənlər tərəfindən gərginliyin artması fonunda güclü təhlükəsizlik tədbirləri görülüb. 

Avropa İttifaqı miqrantlarla bağlı Belarusla müzakirələr aparmaqdan imtina edib

Belarus xarici işlər nazirinin müavini Serqey Aleynik bildirib ki, miqrasiya böhranını həll etmək üçün Avropa İttifaqı rəsmi Minsklə dialoq aparmaq üçün ciddi səy göstərmir.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Onun sözlərinə görə, Belarusun problemi birtərəfli yolla həl etmək üçün planı yoxdur:

Azərbaycanda bu şəxslərə ildə bir dəfə müalicə üçün müavinət ödənəcək

Hərbi qulluqçulara ildə bir dəfə müalicə üçün müavinət ödənəcək.

Az.shafaqna.com-un məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Qanun layihəsində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfə müalicə olunmaları ilə əlaqədar müavinət ödənilməsi təklif olunur.

POSTUMUZA QUMBARA ATAN ERMƏNİ NİYƏ MƏHV EDİLMƏYİB? - "Məhkəməsi Azərbaycanda həyata keçirilməlidir"

"Erməni terrorçusunun postumuza atdığı qumbara Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgədən atılıb. Buna görə ona atəş açılması digər bu işdə günahı olmayan insanların da xəsarət alması ilə nəticələnə bilərdi. Hesab edirəm ki, məhz bu səbəbdən ona atəş açılmayb".

ABŞ ordusu Suriyada sivillərin ölümüylə nəticələnən hava hücumunu gizlədib

Pentaqon 2019-cu ildə Suriyada dinc əhali arasında əhəmiyyətli itkilərə səbəb olan hava hücumu ilə bağlı məlumatı gizlədib.

Trend xəbər verir ki, The New York Times tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, 18 mart 2019-cu ildə ABŞ-ın F-15 döyüş təyyarəsi Əl Bağuz kəndi yaxınlığındakı tarlada insan kütləsinin üzərinə bomba atıb.

Xəbər verilir ki, hava hücumu 70 nəfərin ölümünə səbəb olub, lakin sonrakı hesabatlarda itkilər daha az göstərilib, hadisə ilə bağlı müstəqil araşdırma dondurulub və bu haqda məlumat geniş ictimaiyyətə çatdırılmayıb.

İki yığma dünya çempionatına vəsiqə qazanıb, Türkiyənin ümidi son tura qalıb

Gələn il Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsində oynayacaq daha iki komanda bəlli olub.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin IX turu Fransa və Belçika mundiala vəsiqə qazanması ilə nəticələnib.

Misirdə deputat niqabın qadağan edilməsini təklif etdi

Misirdə deputat və jurnalist Fəridə Şabuşi niqab taxmağı qadağan edən və onu cinayət hesab edən qanun layihəsini parlamentin müzakirəsinə çıxarmaq planlarından danışıb. “Əl-Vətən” qəzetinə verdiyi müsahibədə o, “niqab maskalanma formasıdır və cinayətkarlar tərəfindən hücum zamanı üzlərini və şəxsiyyətlərini gizlətmək üçün ondan istifadə edildiyi bir çox hallar olub” deyə bildirib.