13 November 2021

Baydendən İran nefti ilə bağlı açıqlama

ABŞ Prezidenti Co Bayden İran neftinə qarşı tətbiq edilən sanksiyaların qüvvədə qaldığını təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Co Baydenin imzaladığı memorandumda qeyd olunub. 

Co Bayden qeyd edib ki, İrandan başqa digər ölkələrdə də kifayət qədər neft və neft məhsulları ehtiyatı var. Onun sözlərinə görə, sözügedən ehtiyatlar xarici maliyyə qurumları tərəfindən və ya onlar vasitəsilə İrandan alınan neft və neft məhsullarının həcminin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verəcək qədərdir. 

Hərbçilərimizə qarşı terror edən erməni Xankəndidədir-erməni tərəfdən həyasız iddia

Daşaltı istiqamətdə Azərbaycan hərbçilərinə qarşı terror aktı həyata keçirən Nrayr Mirzoyan Xankəndidəki separatçılara təhvil verilib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, hadisədən sonra Rusiya sülhməramlılarının saxladığı 1975-ci il təvəllüdlü erməni terrorçu hazırda Xankəndidəki “istintaq komitəsi”ndə saxlanılır.

Azərbaycan hərbçiləri Laçın yollarını terror aktına cavab olaraq bağladılar

Turan: Qarabağda Konstitusiya qaydasının saxlanılması vəzifələrini həyata keçirən Azərbaycan hərbçiləri noyabrın 13-də Laçın yolunda erməni sürücü tərəfindən olan terror aktına cavab olaraq Laçın yolunu bağladılar.

news.am saytın xəbərinə görə, Ermənistan tərəfi Rusiya sülhməramlıları ilə vasitəçiliyi ilə yolun açılması məqsədi ilə danışıqlar aparır.

Öncə xəbər verdiyimiz kimi, bu gün səhər  Şuşa şəhəri yaxınlığında Azərbaycan postu hücuma məruz qalıb. Silahlı erməni Azərbaycan hərbçilərinə qumbara atıb, onlardan biri yaralanıb.

"Həşd Şabi" İŞİD qarşı əməliyyatını tamamladı

Eastnews.org-un verdiyi xəbərə görə, İraq mənbələri "Həşdi Şabi" qüvvələrinin Ənbar vilayətində "Ləbbeyk, ya Rəsulullah" adı ilə başlatdığı əməliyyatın başa çatdığını açıqlayıb.   Bu əməliyyat nəticəsində "Həşdi Şabi" qüvvələrinin xeyli nailiyyət əldə etdiyi bildirilib.   Bu istiqamətdə "Həşdi Şabi"nin Ənbar vilayətində 7500 kilometrlik ərazini terrorçulardan təmizlədiyi açıqlanıb.

Yəmən ordusu ABŞ-ın ScanEagle markalı casus dronunu vurub

Yəhya Səri bildirib: “Bu, 6-cı ScanEagle markalı ABŞ PUA-sıdır ki, cari ildə Yəmənin Havadan Müdafiə Sistemləri tərəfindən vurularaq darmadağın edilib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Briqada Generalı Yəhya Səri bildirib: "Havadan müdafiə qüvvələrimiz, bu gün (şənbə) səhər Marib vilayətində Amerika Birləşmiş Ştatlarının istehsalı olan və casusluq və kəşfiyyat əməliyyatlarında istifadə edilən ScanEagle markalı PUA-sını düşmənçilik əməliyyatları zamanı vuraraq darmadağın edib."

Astan Qüds Rəzəvinin müdiriyyəti böyük təqlid-mərcələri ilə görüşüb

Giperssilka.ru İSNA-ya istinadən xəbər verir ki,Astan Qüds Rəzəvinin müdiriyyəti böyük təqlid-mərcələri Ayətullah Əl-üzma Məkarim Şirazi və Ayətullah Sübhani ilə görüşüb söhbət edib.

Ayətullah Məkarim Şirazi Astan Qüds Rəzəvinin müdiriyyəti ilə görüşündə dövlət məmurlarının xalqın və Məşhəd camaatının problemlərinə diqqət etməsinə işarə edib:

Nardaran məhbusunun cəza çəkdiyi müəssisə dəyişdirilib

Oktyabrın 20-də 12 saylı cəzaçəkmə müəssisəsinə gətirilən Cahad Babakişizadə bu gün 11 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə məlumatı onun ailəsi verib. Cahad Babakişizadə üç il Qobustan həbsxanasında cəzası çəkdikdən sonra oktyabrın 20-də göndərildiyi 12-saylı cəzaçəkmə müəssisəsinə qaytarılmasına etiraz olaraq aclığa başlamışdı. C. Babakişizadə əvvəllər də bu müəssisədə saxlanılıb. Lakin üç il öncə müəssisənin rəisi onun həbsxana rejiminə köçürülməsi üçün məhkəməyə təqdimat vermiş, Qaradağ Rayon Məhkəməsi də onu təmin etmişdi.

Putin Belarusdan keçib Avropaya gedən qazın kəsilməsilə bağlı təhdidlərə münasibət bildirib

 Vladimir Putin Aleksandr Lukaşenkonun Belarusdan keçib Avropaya gedən qazın kəsilməsilə bağlı təhdidlərinə münasibət bildirib.

SalamNews RT-ə istinadla xəbər verir ki, Rusiya Federasiyası prezidenti Vladimir Putin bu günkü açıqlamasında Belarus prezidentinin Avropaya gedən qaz xəttlərilə bağlı ünvanladığı təhdidlərə münasibət bildirib.

Saleh Rüstəmov noyabrın 16-dan quru aclığa keçəcəyini bildirib

Bu gün, noyabrın 13-də Gədəbəy rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmli 8 gündür aclıq edir.

Rüstəmovun aclıq aksiyasına başlamasına səbəb icrasına başlanılan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ilədək həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir.

Vəkil Bəhruz Bayramov bu güb Penitensiar Xidmətin Müalicə Müəssisəsində onunla görüşüb.

“Saleh Rüstəmovun səhhəti getdikcə pisləşir. Çox halsızdır, artıq hərəkət etməkdə çətinlik çəkir,” o qeyd edib.

Vəkilin sözlərinə görə, Rüstəmov həkim nəzarətindədir.

Qəzzada yeni raket kompleksinin təqdimatı oldu

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstin müqavimətinin "İslami Cihad" hərəkatı komandirlərindən olan Bəha Əbu əl-Ətanın İsrail tərəfindən öldürülməsinin ikinci ildönümü münasibətilə dünən Qəzza zolağında minlərlə fələstinlinin iştirakı ilə anım mərasimi keçirilib.   Bu mərasimdə Bəha Əbu əl-Əta adına yeni raket kompleksinin təqdimatı olub.   Bəha Əbu əl-Əta 2019-cu ildə evini hədəf alan İsrail rejiminin hava hücumunda həlak olmuşdu.

Fars körfəzində ABŞ dəniz donanması ilə İran hərbi helikopterləri arasında gərgin anlar yaşanıb (VİDEO)

 Fars körfəzində İrana məxsus hərbi helikopterlər ABŞ-ın LHD-2 helikopter daşıyıcı gəmisi üzərində uçuşlar həyata keçirib.

SalamNews xəbər verir ki, İran KİV-ləri Fars Körfəzində iki ölkə hərbi qüvvələri arasında gərgin anları ehtiva edən görüntüləri yayımlayıblar.

Bildirilib ki, İranın hərbi helikopterləri ABŞ Dəniz Donanmasına məxsus helikopter daşıyıcı LHD-2 gəmisi üzərində çox yaxından uçuşlar həyata keçirib.

“Fitch”: Bu il Azərbaycan iqtisadiyyatı 4,9%, gələn il isə 2,9% artacaq

 “Fitch Ratings” reytinq agentliyinin son proqnozuna görə, bu il Azərbaycan iqtisadiyyatı 4,9%, 2022-ci ildə isə 2,9% artacaq.

SalamNews-un agentliyə istinadən verdiyi məlumata görə, artımın əsas drayverləri kimi, qeyri-neft sektorunun bərpası və COVID-19 pandemiyasına qarşı vaksinasiyanın sürətlənməsi göstərilir.

Uzunmüddətli proqnozlara gəldikdə, 2023-cü ildə real ÜDM-in 2,3%-lik artımı proqnozlaşdırılır.

Ölkədə qəzalar barəsində qısa

Masallıda mebel fabrikində yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel fabrikində yanğın olması barədə məlumat daxil olub.

FHn-dən Trend-ə verilən xəbərə görə, məlumat qəbul edilən kimi FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Putin Ukraynanın Donbasda “Bayraktar”dan istifadə etməsinə münasibət bildirdi

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Ukraynanın şərqindəki münaqişədə tərəf olmadığımı açıqlayıb.     Bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində bildirib.   “Minsk razılaşmalarında Rusiyanın münaqişə tərəfi olduğu deyilmir. Biz bununla heç vaxt razılaşmamışıq və razılaşmayacağıq”, - Rusiya Prezidenti vurğulayıb.     V. Putin Ukraynanın Donbasda Türkiyə istehsalı pilotsuz uçuş aparatı “Bayraktar TB2”-dən istifadə etməsinə də münasibət bildirib.

BİRDƏFƏYƏ 450 MİLYON, HƏR AY 15-18 MİLYON... - Hər il 100 milyonlarla müftə qazanc kimlərin cibinə axır?

Azərbaycanda əvvəlki illərlə müqayisədə hökumət və vergi orqanları ilə sahibkarlıq subyektləri arasındakı münasibətlərdə xeyli müsbət dəyişikliklər olsa da, kifayət qədər ciddi problemlər də qalmaqdadır. Pandemiya dövründə ciddi çətinliklərlə üzləşən və hökumətdən heç də adekvat dəstək almayan sahibkarlıq subyektlərinin problemlərindən biri də yeni nəsil kassalarla bağlıdır.

Səudiyyədə baş ravvin təyin edilib

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Yaakov Hersoq Səudiyyə Ərəbistanının baş ravvini təyin edilib.

Bu barədə yəhudi fəal T.Moran məlumat verib.

“Səudiyyə Ərəbistanı krallığındakı yəhudilərin ravvini təyin edilən Yaakov Hersoqu təbrik edirik”, – deyə o bildirib.

Qeyd edək ki, Hersoq son müsahibələrinin birində deyib ki, krallıqda yəhudi icması yaratmaqla bağlı arzusunu həyata keçirmək niyyətindədir.

Səudiyyə Ərəbistanı koalisiyasının qüvvələri Yəməndə strateji əyalətdən geri çəkiliblər

Səudiyyə Ərəbistanın hərbi koalisiyasında olan Birləşmiş Ərəb Əmirliklərinin qüvvələri və sair yerli qüvvələr Yəmənin strateji əl-Hudeyda əyalətinin inzibati mərkəzini və ətrafındakı qəsəbələri tərk ediblər.

SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı hərbi koalisiyasında olan BƏƏ qüvvələri əl-Hudeyda şəhərində bir sıra mühüm bölgələri tərk ediblər.

Minlərlə fələstinli Əl-Əqsa məscidində cümə namazı qılıb

İsrail ordusunun sərt təhlükəsizlik tədbirlərinə baxmayaraq, 50 min fələstinli cümə namazını Məscidül-Əqsanın həyətində qılıb. Bu təşəbbüs İslami Qüds və Məscidül-Əqsa İşləri Fondunun çağırışı ilə baş tutub. Bu barədə məlumatı Rasthaber-ə istinadən Operativ.tv verib. Cümə namazı bitdikdən sonra fələstinlilər müqəddəs məkana rəhmət yağışı yağmasını arzulayıblar. Bu gün səhər saatlarında Məscidül-Əqsa məscidinin ərazisi şəxsi görüşlərə və kütləvi səhər yeməyinə səhnə olub.

BMT rəsmisi: “Myanmada 126 jurnalist saxlanılıb, 47 nəfər hələ də həbsdədir”

“BMT Myanmadakı vəziyyətlə bağlı dərin narahatlıq keçirir. Fevralın 1-dən indiyədək Myanmada ən azı 126 jurnalist, media rəsmisi hərbçilər tərəfindən saxlanılıb, onlardan 47-si hələ də həbsdədir. Bu şəxslərdən 20 nəfəri jurnalist kimi fəaliyyət göstərdiklərinə görə cinayətdə ittiham olunurlar. Doqquz media orqanının lisenziyası ləğv edilib, daha iyirmi media qurumu fəaliyyətini dayandırılıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Haq mətbuat konfransında deyib.

Kimlər və niyə “devalvasiya olacaq” deyirlər? - 2 rəy

Artıq xeyli müddətdir Azərbaycanda yaxın vaxtlarda devalvasiya olacağına dair söz-söhbətlər yayılır. Guya ilin sonuna kimi dollar-manat məzənnəsi 1 manat 90 qəpik olacaq. Bunun ardından isə 2022-nin fevralında 1 dollar 2,05 manat təşkil edəcək. Son büdcə müzakirələrində aydın oldu ki, hökumət gələn il ərzində devalvasiyaya getmək niyyətində deyil.

Yaponiya və ABŞ Çin ətrafında bütün məsələlərdə əməkdaşlıq etmək barədə razılığa gəldilər

Eastnews.org-un verdiyi xəbərə görə, Yaponiyanın Xarici İşlər naziri Yoşimasa Hayaşi və ABŞ Dövlət katibi Entoni Blinken ilk telefon danışığında Çin və Şimali Koreya ilə bağlı fikir mübadiləsi aparıblar.   Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.   Nazir Hayaşi, həmçinin 1970-1980-ci illərdən Şimali Koreyada zorla saxlanılan yaponların probleminin həllinə köməklik göstərilməsini istəyib.

Rusiya Suriyada kürd bölmələrinə yaxın bölgədə S-300 sistemləri yerləşdirib

 Rusiya Ordusu Suriyada Fərat çayı yaxınlığında S-300 havadan müdafiə sistemləri yerləşdirib.

SalamNews Rusiya mətbuatına istinadla xəbər verir ki, Rəqqa əyalətinin ət-Təbəqa şəhəri ərazisində S-300 havadan müdafiə sistemi yerləşdirilib.

ANNA xəbər agentliyinin məlumatına görə Rusiya Ordusu bu addımla Suriyanın şimal-şərqində hava məkanına nəzarəti gücləndirmək istəyir.

Erməni terrorçu Azərbaycan hərbçilərinin olduğu posta hücum edib

Erməni terrorçu Daşaltı kəndi yaxınlığında Azərbaycan hərbçilərinin olduğu posta hücum edib.

Trend-in məlumatına görə, Daşaltı kəndi erməni terrorçu Azərbaycan və Rusiya hərbiçilərinin olduğu posta əl qumbarası ilə hücum edib. Videodan göründüyü qədərilə heç bir hərbçimiz ağır xəsarət almayıb.

Artıq faktı törədən erməni terrorçu Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlılar tərəfindən saxlanılıb.

Müsəlman qadın hicabının şərəfini məhkəmədə müdafiə edəcək

ABŞ-da insan haqları təşkilatı müsəlman qadının hüquqlarını pozduğu üçün Ferndale Şəhər Polis Departamentini məhkəməyə verir. İslamnews-a istinadən Operativ.tv-nin verdiyi xəbərə görə, Amerika İslam Münasibətləri Şurası (CAIR) tərəfindən hazırlanan iddia Helena Bove adından Miçiqan federal məhkəməsinə verilib. Davaya səbəb olan hadisə Ferndale şəhərində baş verib. Helena Bove adlı qaradərili müsəlman qadın maşın sürərkən polis patrulu tərəfindən saxlanılıb. Patrulçular hesab edirdilər ki, Helenanın dövlət nömrə nişanlarının etibarlılığı sonradan təsdiqlənsə də, vaxtı bitib.