12 November 2021

NATO Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı bəyanat yaydı

Eastnews.org-un verdiyi xəbərə görə, NATO Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı bəyanat yayıb.   Bu barədə NATO-nun saytında məluat verilib.   "Şimali Atlantika Şurası siyasi məqsədlər üçün Polşa, Litva və Latviyaya qarşı yönəlmiş hibrid hücumların bir hissəsi kimi Belarus tərəfindən süni şəkildə yaradılmış qeyri-qanuni miqrasiyanın davamlı alətə çevrilməsini qətiyyətlə pisləyir.   Bu qəddar davranışlar həssas insanların həyatını təhlükə altına qoyur.

Lukaşenko Belarusun Fransadakı səfirini istefaya göndərib

Belarus Prezidenti Aleksandr Lukaşenko respublikanın Fransadakı, eyni zamanda Monako və Portuqaliyada fövqəladə və səlahiyyətli səfiri İqor Fisenkonu vəzifəsindən azad edib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidentin mətbuat xidməti məlumat yayıb.

Lakin FisenkoBelarusun UNESCO yanında daimi nümayəndəsi kimi səlahiyyətləri saxlanılıb.

Suriya hökuməti müharibəyə görə ölkə sənayesinə dəyən ziyanın miqdarını açıqlayıb

"Hökumətin nəzarətində olan sənaye obyektlərinə dəyən ziyan 23,5 milyard dollar təşkil edir. Bu rəqəm hələ 2019-cu ilin statistikasına aiddir."

SalamNews Suriyanın əl-İxbariyyə telekanalına istinadla xəbər verir ki, bu barədə ölkənin Sənaye naziri Ziyad əs-Səbbağ deyib.

Nazir bu gün verdiyi açıqlamasında bildirib ki, ölkədə sənaye sahəsinə aid dövlət və özəl müəssisələrinə dəyən ziyan ümumilikdə 23,5 milyard dollar təşkil edir.

Azərbaycan millisi yenə böyük hesabla uduzub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Milan Obradoviçin yetirmələri AVRO-2023-ün seçmə mərhələsində Avstriya ilə qarşılaşıb.

Tsikldə 5-ci matçına yığmamız bu dəfə də azarkeşlərini məyus edib. Avstriyada 0:6 hesabı ilə uduzduğu rəqibdən revanş almaq arzusunda olan milli ilk hissənin sonlarında məğlub duruma düşüb.

İkinci hissə daha uğursuz alınıb. Matçın sonlarında qonaqlar daha iki qol vurub. Bununla da seçmə mərhələdə dördüncü dəfə uduzan milli yenə böyükhesablı məğlubiyyət alıb.

ƏLİ HƏSƏNOVLA BAĞLI BÖYÜK MÜƏMMA ÇÖZÜLDÜ – Bacanağı onun həbs olunmamasının sirrini açdı

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində "KİVDF işi" üzrə keçirilən növbəti məhkəmə prosesində təqsirləndirilən şəxslərin ifadəsi və onların arasında baş verən mübahisə xeyli qaranlıq məqamlara işıq salıb.

Məlumdur ki, jurnalist binalarının tikintisinə ayrılmış dövlət vəsaitlərinin əhəmiyyətli hissəsi ləğv edilmiş KİVDF rəhbərliyi və tikintini aparan "Portos" MMC tərəfindən mənimsənilib. Məhkəmədə ona aydınlıq gəlib ki, milyonlar necə, kimlər tərəfindən ələ keçirilib və hansı üsulla qaytarılıb...

Türkiyə XİN rəhbəri İrana və Livana səfər edəcək

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu gələn həftə Tehran və Beyruta səfər edəcək.   Bu barədə Livanın "Əl-Cumhuriye" qəzeti məlumat yayıb.   Qəzetdə yer alan xəbərə görə, Çavuşoğlu Tehran səfərindən sonra Livan rəsmiləri ilə görüşmək üçün 16 noyabrda Beyruta səfər edəcək. 

ABŞ-lı siyasətçi təhqirlərə görə müsəlmanlardan üzr istədi

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Nyu-Cersi ştatının senat prezidenti üzərində qələbə qazanan ABŞ-lı siyasətçi Ed Derr müsəlmanlardan üzr istəyib.

Belə ki, Derr 2019-ci ildə hz. Məhəmməd peyğəmbər (s) barədə ədəbsiz sözlər işlədib, həmçinin İslamı “saxta din” və “nifrət ayini” adlandırıb.

İndi isə o, müsəlman icmasının nümayəndələri ilə şəxsən görüşərək ictimai şəkildə üzr istəmək istədiyini deyir.

Azərbaycan-İran əlaqələrinin son vəziyyəti müzakirə olunub

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İranın ölkəmizdəki səfiri Seyyid Abbas Musəvi ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə İran səfiri özünün “Twitter” hesabında bildirib.

Görüş zamanı iki ölkə arasında əlaqələrin son vəziyyəti müzakirə olunub.

Hacı Ramil Bədəlov: “İlahi eşqin zirvəsi razılıq məqamıdır”

İlahiyyatçı Hacı Ramil Bədəlov növbəti cümə xütbəsini Bakının Sabunçu məscidində oxuyub. "İlahi Məhəbbət" mövzusunda silsilə çıxışlar edən ilahiyyatçı bu həftə də mövzunu davam etdirib. Ötən söhbətin davamı olaraq ilahiyyatçı, növbəti mərhələ olaraq İlahi məhəbbətin insanda xof-qorxu yaratdığına diqqət çəkib.

MOSSAD-da istefalar davam edir

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail mətbuatı son bir neçə həftədə MOSSAD casus təşkilatının üç yüksək vəzifəli rəsmisinin istefa verdiyini yazıb.   Məlumata görə, üç zabit orduda general-mayor rütbəsinə bərabər rütbələrə malikdir.   MOSSAD-ın texniki bölməsinin rəhbəri, əməliyyat şöbəsinin rəhbəri və "antiterror" idarəsinin rəisi istefa verib.   Bu arada daha bir məmurun istefası ilə bağlı qərar vermə mərhələsində olduğu xəbərlər arasındadır.

SABİQ NAZİRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Əli Abbasovdan açıqlama

Ramiz Mehdiyevin artıq onu qoruya bilmədiyi iddia olunur 

Sabiq rabitə və informasiya texnologiyaları naziri, hazırda Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsini tutan Əli Abbasovun həbsinə hazırlıq görülür. 

Bu barədə Musavat.com-a özəl mənbələrdən məlumat verilib.

İraq Milli Hərəkatın lideri Ayətullah Sistaniyə məktub yazıb

Az.shafaqna.com xəbər verir ki, İraq Milli Hərəkatı lideri və sabiq baş nazir İyad Allavi, İraqdakı ən ali Şiə Mərcə Ayətullah Seyid Sistaniyə məktubla müraciət edib.

Bu haqda partiyanın sözcüsü Leyla Əbdüllətif açıqlama verib.

Onun sözlərinə görə, Allavi Ayətullah Sistaniyə yazdığı məktubda, ictimai barışın və milli dialoqun təmin edilməsi üçün rəsmilərin dərhal müdaxilə etməsini xahiş edib və İraqın varlığını təhdid edən problemlər və ixtilaflar səbəbilə sabitliyin pozulduğunu qeyd edib.

BMT-dən Suriyanın lehinə, İsrailin isə əleyhinə qətnamə

BMT-in Xüsusi Siyasi Məsələlər və Müstəmləkələşdirmə əleyhinə Məsələlər Komitəsi (4-cü komitə) işğal edilmiş Qolan yüksəklikləri ilə bağlı Suriyanın lehinə olan qətnamə layihəsi qəbul edib.

Giperssilka Az.rasthaber.com-a istinadən xəbər verir ki, sənədin lehinə 144 ölkə səs verib, 22 ölkə səs verməyib.

Əleyhinə səs verənlər isə yalnız ABŞ və İsrail rejimidir.

Bundan sonralə mərhələdə isə həmin qətnamə dekabr ayı ərzində Baş Assambleya tərəfindən gözdən keçirilməlidir.

Husilər Yəmənin strateji əl-Hudeyda əyalətində irəliləyiblər

Husilər Yəmənin Qırmızı dəniz sahilində yerləşən strateji əyalətdə irəliləyiblər.

SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, husilər ötən və bu gün əl-Hudeyda əyalətinin inzibati mərkəzi əl-Hudeyda şəhərinin ətrafında, xüsusilə də burada yerləşən hava limanı ətrafında bir sıra kvartalları nəzarətə götürüblər.

Şəhadət Heydərov: “İlahi əxlaq haqq əhlini sevmək və onların haqqlarını müdafiə etmək deməkdir”

Bakı şəhəri "İmam Ümmət" məscidinin imamcüməsi, ilahiyyatçı Hacı Seyid Şəhadət Heydərov bu həftə növbəti cümə namazını qılıb. İlahi əxlaq mövzusunu davam etdirən ilahiyyatçı bu həftə də mövzunun incəliklərinə işarə vurub. İlahi əxlaqa olunan sevgini bu işdə olduqca əhəmiyyətli bilən xətib əxlaqın fikir baxımından praktiki mövcudluğunu Əhli-beytdə (ə) təcəssüm etdiyinə diqqət çəkib.

Jurnalistlər üçün bina tikən şirkətin direktoru: 'Heç nədən xəbərim yoxdur, oxuyub-yaza bilmirəm'

Paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binalar inşa etmiş "Portos" MMC-nin direktoru olmuş Ədalət Vəliyev deyir ki, heç nədən xəbəri yoxdur. O evlərin necə, neçəyə tikildiyini, təmir olunduğunu bilmir.

"Mən heç latın qrafikasıyla yazıb-oxuya bilmirəm. Nə kabinetim olub, nə oturduğum yer. Gəlmişəm, mühasib nəyə deyibsə, ona qol çəkib getmişəm. Heç bilməmişəm ki, nə sənədlərdir...", – Vəliyevin sözləridir.

Rusiyanın Baş Prokurorluğu Ali Məhkəmədən Memorial-ın beynəlxalq şöbəsini bağlamasını istəyib

Rusiyanın Baş Prokurorluğu Ali Məhkəmədən ölkənin tanınmış insan haqları qruplarından biri olan “Memorial”ın mübahisəli “xarici agentlər” haqqında qanunun tələblərinə əməl etmədiyinə görə beynəlxalq şöbəsini bağlamasını istəyib.

Beynəlxalq Memorial 2016-cı ilin oktyabrında "xarici agentlər" siyahısına əlavə edilib. Qrup noyabrın 11-də iş üzrə məhkəmə iclasının noyabrın 25-də keçiriləcəyini bildirib.

Beynəlxalq Memorial "xarici agentlər" qanununun müstəqil təşkilatları sıxışdırmaq üçün nəzərdə tutulduğunu və təşkilatın ləğvi üçün heç bir hüquqi əsas görmədiyini deyib.

İrandan keçən BƏƏ-Türkiyə koridoru açıldı

Giperssilka-nın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Türkiyə arasında ilk quru yolu daşımaları həyata keçirilib.  

Süveyş kanalı üzərindən Şarja-Mersin marşrutu üzrə dəniz yolu ilə 20 gün davam edəcək daşıma İrandan keçən marşrutla 6-8 günə həyata keçirilə biləcək.  

Türkiyə konteyner böhranı və dəniz daşımalarında artan xərclərə qarşı BƏƏ və Pakistanla "TIR karneti" imzalamışdı. 

"BƏƏ xarici işlər nazirinin Suriyaya səfəri terrorizmin məğlubiyyəti layihəsidir"

Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah "Şəhidlər Günü" münasibətilə canlı yayımda etdiyi çıxışında "İsrailin bu günlərdə narahat və qorxduğunu görürük. İsrailin hərəkətləri bunu təsdiqləyir".-fikrini bildirib. Bu barədə məlumatı Rasthaber-ə istinadən Operativ.tv verib.

Britaniya İrana təzminat ödəyəcək – SƏBƏB

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, İran və Böyük Britaniya arasında 1979-cu ildə tədarük edilməyən tanklara görə rəsmi Tehrana 400 milyon funt sterlinqin (535 milyon dollar) ödənilməsinə dair prinsipial razılıq əldə edilib.

Bu barədə İran XİN başçısının müavini Əli Baqiri Kəni bildirib.

Borcun ödənilməsinə və onun səviyyəsinə dair əsas məsələ razılaşdırılıb, lakin ödəmə metod və prosesi ilə bağlı məsələ hələ həll edilməyib”, – deyə iranlı diplomat bildirib.

Türkiyə və Əlcəzair prezidentləri Liviya ilə bağlı Parisdə keçirilən iclasa getməyiblər

Əlcəzair prezidenti Əbdülməcid Tabun və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Liviya ilə bağlı Paris toplantısına dəvət edilsələr də onlar bu iclasa qatılmaqdan imtina ediblər.

SalamNews əl-Qüds əl-Ərəbi -ə istinadla xəbər verir ki, Əlcəzair prezidenti Əbdülməcid Tabun və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Liviya ilə bağlı Paris toplantısına qatılmaqdan imtina ediblər.