11 November 2021

BƏƏ və Bəhreyn HDQ İsraillə ilk dəfə birgə təlimlər keçirir

ABŞ, BƏƏ və Bəhreyn Qırmızı dənizdə İsraillə birgə hərbi dəniz təlimləri keçirir.

Trend xəbər verir ki, bu təlim BƏƏ və Bəhreyn üçün, ABŞ-ın vasitəçiliyi ilə 2020-ci ilin sentyabrında İsraillə münasibətlərin normallaşmasından sonra, bu ölkənin ordusuyla ilk qarşılıqlı əlaqədir.

"ABŞ qüvvələrinin birgə dəniz təhlükəsizliyi imkanlarımızı gücləndirmək üçün bölgədəki tərəfdaşlarla təlimlər keçirməsini görmək xoşdur", deyə amerikalı vitse-admiral Bred Kuper bildirib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı

Turan: ATƏT-in Minsk qrupunun həmsədrləri (Endryu Şofer - ABŞ, İqor Xovayev - Rusiya və Bris Rokfeyl - Fransa) noyabrın 11-də aşağıdakı bəyanatla çıxış ediblər.

“Noyabrın 10-da həmsədrlər Parisdə ayrı-ayrılıqda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüblər.

Həmsədrlər Fransanın xarici işlər naziri Jan-İv Lö Drian ilə də birgə görüş keçiriblər.

Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Səudiyyə Ərəbistanı: “Livanın yeganə problemi Hizbullahdır”

Giperssika.ru Qərbi Asiya mənbələrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanına məxsus "Ər-Riyad" qəzeti açıq şəkildə etiraf edərək bildirib ki, Səudiyyə Ərəbistanının Livanla problemi Corc Qardahinin açıqlamaları ilə əlaqəli deyil və Ər-Riyad Hizbullahın Livandakı mövcudluğundan narahatdır.

Ermənistanda müxalifətçilər hökumət binasına soxulmaq istəyib

Eastnews.org-un verdiyi xəbərə görə, Ermənistan hökumətinin iclası müxalifətin etiraz aksiyaları ilə müşayiət olunur.   Müxalifət Baş nazir Nikol Paşinyanı və onun hökumətini ölkənin maraqlarını satmaqda ittiham edir.   Nazirlər Kabinetinin binası qarşısına toplaşan müxalifətçilər binaya daxil olmaq istəsələr də, polis buna imkan verməyib. Nəticədə, aksiya iştirakçıları ilə polis arasında toqquşma olub. Polis aksiyaçıları binadan uzaqlaşdıra bilib.

Blinken: ABŞ Rusiya ordusunun Ukrayna sərhədi yaxınlığındakı fəaliyyətindən narahatdır

ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü deyib ki, ABŞ Rusiya ordusunun Ukrayna sərhədi yaxınlığındakı fəaliyyətindən narahatdır.

“Rusiyanın qeyri-adi hərbi fəaliyyəti ilə bağlı xəbərlərdən narahatıq” deyə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşdən sonra Blinken Dövlət Departamentində bildirib və əlavə edib ki, ABŞ Rusiyanın fəaliyyətini “çox yaxından izləyir”.

Aqil Hümbətova 10 il həbs istənildi

Sosial şəbəkələrdə uşaqpulu tələbi ilə çıxış edən AXCP üzvü Aqil Hümbətova 10 il həbs cəzası istənilib.

Noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı bu təkliflə çıxış edib. Prokuror deyib ki, Hümbətovun yaşadığı Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməsi məhkəmədə sübuta yetirilib.

Təqsirləndirilən cəbhəçi isə prokurorun çıxışına etiraz edərək heç kimi bıçaqlamadığını, Məmmədovun onu həbs etmək məqsədilə hazırlanan planı icra etdiyini - özünə xəsarət yetirdiyini deyib.

Vüqar Səfərlinin məhkəməsində mübahisə olub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib.

SAAKAŞVİLİYƏ QARŞI ZORAKILIĞIN GÖRÜNTÜLƏRİ YAYILDI

Xəbər verildiyi kimi, Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili bazar ertəsi Rustavi şəhərindəki həbsxanadan Tbilisinin kənarındakı Qldani rayonunda yerləşən penitensiar tibb müəssisəsinə köçürüldükdən sonra döyüldüyünü deyib. 

Bu barədə Saakaşvilinin vəkili Nika Qvaramiya çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib.

Azərbaycan və Türkiyə iqtisadi tərəfdaşlıqlarını müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb.

“Az.shafaqna.com” xəbər verir ki, bu barədə Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

“Türkiyənin ticarət naziri Mehmet Muşla görüşümüzdə qardaş ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi, birgə layihələrimiz və biznesin qlobal çağırışlara uyğunlaşması məsələləri barədə fikir mübadiləsi apardıq”, – o qeyd edib.

Rusiya: ABŞ İrana qarşı sanksiyalara yenidən baxmalıdır

 Rusiyanın yüksək rəsmisi deyib ki, ABŞ praktiki olaraq İrana qarşı sanksiyalar siyasətinə yenidən baxdığını göstərməlidir ki, qarşı tərəf nüvə sazişindən iqtisadi fayda əldə edə bilsin.

SalamNews xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, nüvə sazişini dirçəltmək üçün Vaşinqton Tehrana qarşı sanksiyalar siyasətinə yenidən baxmaq niyyətini effektiv şəkildə nümayiş etdirməlidir. 

Mayamidəki məscid yenidən vandalların hücumuna məruz qaldı

Az.shafaqna.com WSVN-a istinadən xəbər verir ki, ABŞ-ın Mayami şəhərindəki məscidlərdən biri vandalizm aktına məruz qalıb.

Üstəlik, bu, həmin məscidə qarşı ilk bu cür hal deyil.

“İbrahim” məscidindən verilən məlumata görə, ibadətgahın divarında islamofob məzmunlu şəkillər və yazılar yazılıb.

Qeyd edilib ki, məscid təxminən 40 il öncə inşa edilib və istifadəyə verildiyi gündən yerli sakinlərlə mehriban qonşuluq münasibətləri qurulub, lakin son zamanlar islamofobiya təzahürləri çoxalıb.

Bunun artıq 3-cü bu cür hal olduğu qeyd edilib.

Türkiyədə 15 Mossad cəsusundan sonra daha iki İsrail vətəndaşı tutulub

Türkiyədə iki İsrail vətəndaşı saxlanılıb. Səbəb hələ bəlli deyil.

SalamNews bu barədə İsrailin Tele-Radio Yayım Təşkilatının saytı makan.org-a istinadla xəbər verir.

Bildirilib ki, Türkiyədə iki İsrail vətəndaşı saxlanılıb.

Əlavə edilib ki, İsrail XİN onların vəziyyətilə bağlı Türkiyənin aidiyyatı qurumları ilə təmasa çıxıb.

Lukaşenko Avropa İttifaqına xəbərdarlıq etdi

Eastnews.org-un verdiyi xəbərə görə,Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqına xəbərdarlıq edib.   Məlumata əsasən, Aleksandr Lukaşenko Aİ-ni Minskə qarş sanksiyalar tətbiq etməzdən qabaq bu ölkə ərazisindən keçən qaz kəməri və malların tranziti barədə düşünməyə çağırıb   "Polşa bizi sərhədləri bağlayacağı ilə qorxudur. Buyurun bağlayın, daha az adam ora qaçacaq. Onzus da məsələ bu deyil. Bəs biz Belarusdan tranziti bağlasaq? Ukraynadan bu, keçmir, çünki bu ölkənin Rusiya ilə sərhəddi bağlıdır.

Son 18 ildə 40 mindən çox adam amnistiyaya düşüb

Turan:  Amnistiya aktının icrasına başlanıldığı vaxtdan  bu 101 nəfərə şamil edilib, o cümlədən 36 nəfər cəzaçəkmə yerlərindən azad edilib. Bu barədə Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəis müavini Elçin Nəsibov Zəfər Günü münasibətilə elan olunmuş amnistiya aktına həsr edilən “dəyirmi masa”da məlumat verib.

Qurumun digər nümayəndəsi Malik Ələkbərov bildirib ki, ilkin məlumata görə, amnistiya  atkının Penitensiar Xidmət üzrə 5 800-ə yaxın, Probasiya Xidməti üzrə 8 800 nəfər məhkuma şamil olunması gözlənilir.

“Nardaran məhbusu” işgəncəyə etiraz olaraq aclığa başlayıb

“Müəssisəyə gələn kimi də əllərini qandallayıb, döyüblər”

26 noyabr 2015-ci ildə polisin Nardaran əməliyyatı zamanı güllə yarası alan və həbs olunan Cahad Babakişizadənin aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə özü ailə üzvlərinə məlumat verib.

24 yaşlı Cahad Babakişizadə ailəsinə bildirib ki, cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalıb. Ona görə də oktyabrın 20-də 12 saylı cəzaçəkmə müəssisəsinə gətiriləndən az sonra aclığa başlayıb.

İkinci Qarabağ Müharibəsində canından keçən ruhanimiz- Şeyx Elməddin Vəlişov – Video

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Ermənistan işğalçı qüvvələrinin Azərbaycan Respublikasına qarşı başlatdığı İkinci Qarabağ Müharibəsinin qəhrəmanları sırasında ilk növbədə Şiə Ruhaniləri yer tutur.

Həm ziyalı həm də bildiklərinə əməl edən əməlisaleh Şiə Ruhaniləri müharibənin ilk günərindən cəbhəyə gedərək, döyüş meydanında da öndərlərdən oldular. Bunların sırasında Qum Elmi Hövzəsinin yetirməsi, Höccətül İslam, Şəhid Şeyx Elməddin Vəlişov müharibənin müqavimət simalarındandır.

Rusiya sülhməramlıları Xocalıda kilsə tikiblər

Turan: Dağlıq Qarabağda Xankəndi yaxınlığındakı rus hərbi şəhərciyi ərazisində ilk pravoslav kilsəsi açılıb, bu barədə çərşənbə günü TASS-ın müxbiri məlumat verib.

Təntənəli açılış mərasimində Cənub hərbi dairəsi qoşunlarının komandanı Rüstəm Muradov və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanı Gennadi Anaşkin iştirak ediblər. 

Ruhani Hacı Cəlal Şəfiyev jantaj görüntüləri barədə açıqlama verdi

Noyabrın 10-da Azərbaycanın iki nüfuzlu ruhanisi, Şeyx Sərdar Hacıhəsənli və Hacı Cəlal Şəfiyevlə bağlı jantaj görüntüləri yayılıb. Bəzi ekspertlərə görə, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş və hazırda istintaq getdiyi dövrdə Şeyx Sərdarla bağlı yayılan görüntülərin istintaqın gedişinə necə təsir edəcəyi yayılan görüntülərin xarakterindən bəlli olur.

Giperssilka.ru xəbər verir ki, bir qədər əvvəl hadisə ilə bağlı Hacı Cəlal Şəfiyev açıqlama yayıb. Açıqlamada deyilir:

BMT-nin baş katibi: “Miqrantlarla bağlı vəziyyət beynəlxalq hüquq normaları əsasında həll edilməlidir”

“BMT-nin Baş katibi Antonio Quterreş hesab edir ki, Polşa və Belarus sərhədində miqrantlarla bağlı vəziyyət beynəlxalq hüquq normaları əsasında həll edilməli və ölkələr arasında gərginlik mənbəyinə çevrilməməlidir”.

“Report” xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, bu vəziyyətdən siyasi məqsədlər üçün istifadə edilməməlidir:

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə son oyununu keçirəcək

Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.

“Report”un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 8-ci sınağında Lüksemburq yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Görüşün baş hakimi avstriyalı Manuel Şüttenqruber olacaq.

AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDİNDƏ İLK GÖMRÜK! - Bu gecədən etibarən fəaliyyətə başlayır

Azərbaycan bu gecə saat 00:00-dan etibarən Ermənistanın Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinə gömrük və sərhəd prosedurlarını tətbiq etməyə başlayacaq.

"AzPolitika" xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə bir açıqlama verib.

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtına şiddətli hava zərbələri endirib, dağıntılar var

Səudiyyə Ərəbistanın hərbi koalisiyasının təyyarələri ötən gecə paytaxt Səna şəhərinin müxtəlif rayonlarına şiddətli hava zərbələri endirib.

SalamNews əl-Məsirə telekanalına istinadla xəbər verir ki, hava zərbələri Yəmən paytaxtının əs-Siyanə, əl-Həfa, və Cəbəl-Nəhdin kimi mikrorayonlarına endirilib.

Qeyd edək ki, bundan öncə husilər Yəmənin Mərib əyalətində irəliləyiblər.

Azərbaycan nefti 86 dollara qədər ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,2 ABŞ dolları, yaxud 0,23 % azalıb.

SalamNews xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 86,04 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Milli Məclisdə büdcə müzakirələri keçirilir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclası keçirilir.

Trend-in məlumatına görə, birgə iclasda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə edilir.

Müzakirələrdə maliyyə naziri Samir Şərifov, ombudsman Səbinə Əliyeva, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və deputatlar iştirak edirlər.