09 November 2021

Fransada vandallar üç məscidin üzərinə xaç çəkdilər

Fransadakı müsəlmanlar noyabrın 6-da ölkənin üç kiçik şəhərinin məscidlərinə qarşı törədilən islamofobik vandalizm aktlarını kəskin şəkildə pisləyiblər. Naməlum şəxslər Montlebone, Pontellier və Roubaix şəhərlərindəki məscidlərin divarlarında Lotaringiya xaçı şəklini çəkiblər. Hücum edilən hər 3 məscid yerli müsəlmanların türk ruhani təşkilatına məxsusdur.

Əl-Əzhər Şeyxi “İbrahim dini” başlığı altında yəhudilik, xristianlıq və İslamın birləşməsinə edilən çağırışa sərt reaksiya verib

Giperssilka.ru "ABNA"ya istinadən xəbər verir ki, Əl-Əzhər Şeyxi "İbrahimi dini" adlı bir terminin təbliğ edilməsinə reaksiya verərək deyib:

"Belə bir mövzuya çağırış etmək narahatedici yuxu və fikir azadlığının əlindən alınmasıdır. Daha çox qloballaşma və tarixin sonu kimi terminlərə bənzəyir".

Xristian kişi Məşhəddə İslam dinini qəbul etdi

Az.shafaqna.com IRNA-ya istinadən xəbər verir ki, Mavriki Respublikasından olan 30 yaşlı şəxs Məşhəd şəhərində yerləşən İmam Rza (ə) hərəmini ziyarət edib.

O, 8-ci İmamın (ə) ziyarətgahındaca İslam dinini qəbul edib.

Afrikalı kişinin sözlərinə görə, o, bu dinlə bağlı araşdırmalar apardıqdan sonra və internet üzərində axtarışlar etdikdən sonra müsəlman olub.

O, ölkəsinin əhalisi arasında müsəlmanların da olduğunu və bu səbəbdən də uşaqlıqdan İslam ayinləri ilə tanışlığının olduğunu qeyd edib.

MN: ‘Kəlbəcər istiqamətində texnikalarımız atəşə tutulub’

Azərbaycan Müdafiə Nazirliyi (MN) bildirir ki, Kəlbəcər rayonu istiqamətində mühəndis texnikaları atəşə tutulub.

Nazirliyin açıqlamasına görə, noyabrın 9-da Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub:

“Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur”.

Topçu Vüsalla Zəfər SÖHBƏTİ - FOTOLAR

O, müharibə başlamadan əvvəl 2019-cu ilin iyulun 29-da hərbi xidmətə yola düşür. Xidmətə başladıqdan 17 ay sonra Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutur.

Ali Baş Komandanın əmri ilə sentyabrın 27-də Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq, genişmiqyaslı əks-hücum əməliyyatına başlayır və 44 gün davam edən İkinci Qarabağ - Vətən müharibəsi başlayır.

Təkamülün həqiqəti

Zərrələr damlalar, damlalar dəryalar yaratdığı kimi fərdlər cəmiyyətlər, cəmiyyətlər isə xalqlar, millətlər, dövlərlər əmələ gətirən bir dünya inanlıq formalaşdıran, inkişaf və tənəzzül amili olan reallığımızdır. Zamanla yeniləşən dünyanın təbiət baxımından dəyişkənliyi elə ona fərdin davranış, düşüncə və addımı ilə səciyyələnir. İnsanlıq bu təqdimatında onu görmək istədiyi boyalarla öz çalarında, əslində dünyanın deyil, öz mühitinin, yaşadığı zamanının rəngini dəyişir.

Rüstəm Muradov sabah Qarabağa gəlir

Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilməsinin ildönümünü qeyd etmək üçün böyük tədbir keçirməyi planlaşdırır.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” nəşri yazıb.

Məlumata görə, Rusiya sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradov bu gün Ermənistana gedəcək, sabah isə Qarabağa gələcək.

Bildirilir ki, Rusiya Müdafiə Nazirliyi 200-ə yaxın medal buraxıb: “Onları Cənub Hərbi Dairəsinin komandirinin müavini Rüstəm Muradov gətirəcək. Medallar fərqlənən hərbçilərə veriləcək”.

"Həşd Şabi" İŞİD-ə qarşı növbəti əməliyyatı keçirdi

Eastnews.org-un verdiyi xəbərə görə, "Həşd Şabi" qüvvələrinin İŞİD terror təşkilatının qalıqlarına qarşı yeni əməliyyat keçirdiyi bildirilib.   İŞİD-in qalıqlarını ələ keçirmək üçün keçirilən bu əməliyyatın Neynəva vilayətinin "Sincar" şəhərində həyata keçirildiyi açıqlanıb.   "Həşd Şabi"nin Diyalə Əməliyyatları Komandanı Talib əl-Musəvi bu yaxınlarda qüvvələrinin bu vilayətdə beş cəbhədən əməliyyatlara başladığını açıqlamışdı. 

Saakaşvilinin işi üzrə məhkəmənin ilk iclas tarixi açıqlandı

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Tbilisi şəhər məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin məhkəmə işi üzrə məhkəmə prosesinin gözdən keçiriləcəyi tarixi açıqlayıb.

Prosesin məhkəmə zalında, yoxsa Qldani həbsxanasında keçiriləcəyi isə hələ məlum deyil.

Hakim: Nino Yeliyeşvili. Tərəflər: Mixail Saakaşvili, Carci Tsiklauri. Vaxt: 2021-ci il 10 noyabr 13:00”, – deyə Tbilisi şəhər məhkəməsindən bildirilib.

DTX və POLİS BİRGƏ ƏMƏLİYYAT KEÇİRDİ - Saxlanılan var

Cəlilabad rayon sakinindən narkotik və silah-sursat götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ləkin kənd sakini N.İmanov saxlanılıb.

Saleh Rüstəmov aclıq aksiyasına başladıqdan sonra həbsxana xəstəxanasına yerləşdirilib

Turan: Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı (1992-1993) Saleh Rüstəmov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Bu barədə Turana onun yaxınları məlumat verib. Onların bildirməsinə görə, o, artıq üç gündür ki, aclıq aksiya keçirir. Yaxınlarının vurğulamasına görə, o, aksiyaya səbəb kimi icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən artıqdır həbsdə saxlanması və ailəsinin mülkünün müsadirəsini qeyd edib: "Bildirdi ki, bütün hüquqi qapılar onun üçün bağlanıb…".

SAAKAŞVİLİNİ PENİTENSİAR TİBB MÜƏSSİSƏSİNDƏ DÖYÜBLƏR - Vəkilindən açıqlama

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bazar ertəsi Rustavi şəhərindəki həbsxanadan Tbilisinin kənarındakı Qldani rayonunda yerləşən penitensiar tibb müəssisəsinə köçürüldükdən sonra döyüldüyünü deyib.

APA xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Nika Qvaramiya çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib.

Yüzlərlə miqrant Belarus-Polşa sərhədində acınacaqlı vəziyyətlə üz-üzədirlər (VİDEO)

Belarus-Polşa və Belarus-Litva sərhədlərində qalmış qeyri-qanuni mühacirlər acınacaqlı vəziyyətlə üz-üzədirlər.

SalamNews xəbər verir ki, beynəlxalq təşkilatlar Belarusi-Polşa sərhədində toplaşmış və həftələrdir buradakı meşələrdə qalmış mühacirlərin acınacaqlı vəziyyətilə bağlı xəbərdarlıq ediblər.

Avropa komissarı Qarabağda müharibənin humanitar fəsadlarını xatırladır

Turan: Qarabağda hərbi əməliyyatların dayandırılmasından bir il sonra Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç münaqişənin humanitar nəticələri haqqında memorandum dərc edib, insan hüquqlarının müdafiəsi üçün tövsiyələr irəli sürüb.

Komissar qeyd edib ki, münaqişənin əhatə etdiyi rayonlara çıxış humanitar təşkilatlar, həmçinin insan hüquqlarına əməl olunması missiyaları üçün çox məhdud olaraq qalır.

Rusiyada sionizm əleyhinə film “ekstremist” elan edildi

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, 1973-cü ildə SSRİ-də çəkilmiş “Gizli və aşkar olan. Sionistlərin məqsəd və əməlləri” sənədli filmi ekstremist materiallar siyahısına daxil edilib.

Müvafiq siyahı Rusiya Ədliyyə Nazirliyinin saytında dərc edilib.

Bildirilib ki, ekstremist materialların federal siyahısı məhkəmə qərarları əsasında formalaşdırılır.

Xatırladaq ki, sözügedən film cari ilin 5 iyul tarixində Sıktıvkar şəhər məhkəməsinin qərarı ilə ekstremist elan edilib.

Efiopiyanın paytaxtı mühasirəyə alınır

Eastnews.org-un verdiyi xəbərə görə, Efiopiyada qanunsuz silahlı birləşmə olaraq tanınan "Tiqraya və Oromo İttifaqı" paytaxt Əddis Əbəbəyə doğru irəliləyir.   Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.   Məlumatda vurğulanır ki, qanunsuz silahlı birləşmənin məqsədi paytaxtı mühasirəyə almaqdır.   Müdafiə Nazirliyi paytaxt Əddis Əbəbəni qoruyacaqlarını da qeyd edib. 

Sən nə gördün?

Mən öz oğlunun tabutu qarşısında oynayan bir ana gördüm ki, gözlərində kədər var idi.  Mən nişanlısının ölümündən sonra, ürəyi dərdə dözməyib həyata gözlərin yuman gənc bir qız gördüm, amma O yaşaya bilərdi.  Mən öz əli ilə, qardaşının cənazəsin çiyinlərində daşıyan ” son dəfə onlara yaxın olmaq istədim ” deyən qadın gördüm.  Mən gecə yarısı qızının bağırsaqların yerdən toplayan, amma çarəsiz bir ata ilə rastlaşdım.  Onun gözləri də, kimsəsizlik dərdindən ağrı çəkirdi.  Mən heç kimdən qorxmuruq deyən, yaşlı qocaları gördüm ki, onlarda ruh yüksəkliyi var idi.  Mən gecə yarısı dağıntıların iç

NEFT-QAZ DÖVRÜ TEZLİKLƏ BİTİRMİ? - "İstehsalçılar qıcıqlanır, daha çox ehtiyat toplamağa çalışırlar"

OPEK, Rusiya və digər neft ixrac edən ölkələrin məmurları Co Bayden administrasiyası tərəfindən gələn təzyiq cəhdlərinə əhəmiyyət vermirlər. Onlar qərara alıblar ki, öncədən razılaşdırdıqları kimi, dekabr ayında da neft hasilatının gündəlik 400 min barrel artırılması palnının üstündə dursunlar.

Husilər Mərib əyaləti səmasında bir PUA-nı vurublar

Husilər Yəmənin Mərib əyaləti səmasında ABŞ istehsalı olan bir PUA-nı vuraraq salıblar.

SalamNews xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin sözçüsü Yəhya Səri tvitter səhifəsində yazıb.

Bildirilib ki, Mərib əyaləti səmasında ABŞ istehsalı olan “Scan Eagle” hərbi-kəşfiyyat PUA-sı vurularaq salınıb.

Əlavə edilib ki, cari ildə bu PUA növündən beş ədəd vurulub.

Türkiyə hərbçilərinin Azərbaycanda fəaliyyət müddətinin uzadılması bu gün TBMM-də müzakirə olunacaq

Türkiyə hərbçilərinin Azərbaycanda fəaliyyət müddətinin uzadılması barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qanun layihəsi bu gün Böyük Millət Məclisinin (TBMM) iclasında müzakirə olunacaq.

Trend-in məlumatına görə, layihə Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən hərbçilərin səlahiyyət müddətinin bir il uzadılmasını nəzərdə tutur.

Qeyd edək ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir il müddətinə səlahiyyət vermişdi.

Azərbaycan millisinə iki namizəd: Samet Aybaba təklif aldığını təsdiqləyib, Okan Buruk Bakıya gəlir

Türkiyəli mütəxəssis Samet Aybaba Azərbaycan milli komandasını çalışdırmaq variantının olduğunu təsdiqləyib.

Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı AFFA nümayəndələri ilə də görüşüb.

Son iş yeri “Adana Dəmirspor” olan çalışdırıcı bildirib ki, danışıqlara başlayıb: “Azərbaycan milli komandasının maraqlanması doğrudur. Bununla bağlı görüşdüyümüzü də söyləyə bilərəm. Lakin hələ rəsmi anlaşma yoxdur. Danışıqlarımız davam edir”.

Türkiyədə 5,1 bal gücündə zəlzələ olub

Türkiyənin Konya vilayətinin Meram bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların yerli vaxtla saat 20:43-də baş veribı. Təkanların ocağının dərinliyi 10,61 kilometr təşkil edib.

Dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur. Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

İran ABŞ-dan 2015-ci il sazişindən bir daha çıxmayacağına dair zəmanət tələb edir

İran bazar ertəsi ABŞ-dan 2015-ci il nüvə sazişindən bir daha çıxmayacağına dair zəmanət tələb və Tehranın sazişə qismən qayıtmasını qəbul etməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə mətbuat konfransında ABŞ-ın 2018-ci ildə sazişdən çıxmasına istinad edərək “Vaşinqton Amerikanın heç bir hökumətinin dünya və beynəlxalq hüquqları poza bilməyəcəyinə və bunun heç vaxt təkrar olunmayacağına dair zəmanət verməlidir” deyib.