06 November 2021

Bağdad etirazlarında 163 nəfər Şəhid olub və yaralanıb

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Bağdadda son seçkilərin nəticələrinə etiraz edən Şiə partiyalarının koordinasiyası şəhərin əsas meydanlarında və küçələrində nümayişlər keçirmək çağırışını elan etdikdən sonra təhlükəsizlik qüvvələri və polis Yaşıl Zona qarşısında etirazçılarla toqquşub. Təhlükəsizlik qüvvələrinin Yaşıl Zona yaxınlığında etirazçıları dağıtmaq üçün havadan zərbələr endiriblər.

Fransa siyasətçiləri hicablı sosial çarxı görəndə qəzəblənirlər

Avropanın aparıcı insan haqları təşkilatı fransız siyasətçilərinin qəzəbindən sonra hicablı müsəlman qadının yer aldığı sosial reklamı geri götürüb. Avropa Şurası daha əvvəl multikultural sosial media kampaniyasına başlamışdı və kampaniyanın foto kollajlarından birində “müxtəliflikdə gözəllik, hicabda azadlıq kimi” şüarı ilə hicablı müsəlman qadın təsvir edilmişdir.

Saakaşvili dövlət çevrilişinə hazırlaşır – Gürcüstan DTX

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə dəstək üçün keçiriləcək aksiyaların təşkilatçıları ölkədə güc yolu ilə hakimiyyəti ələ keçirməyə hazırlaşırlar.

Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətindən (DTX) bəyan edilib.

Məhkəmə fəalın işgəncələrlə bağlı şikayətini təmin etməyib

Turan: Bakının Xəzər rayon məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovun vəkilinin şikayətini təmin etməyib. 

Şikayət Xəzər rayon Prokurorluğunun fəalın yerli polis bölməsində saxlanıldıqdan sonra işgəncələrə məruz qalması ilə bağlı cinayət işi açmaqdan imtina qərarından verilmişdi.

Vəkil Nemət Kərimlinin verdiyi məlumata görə, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

"Avropa eynicinsli nikah tələb edir, biz isə buna hazır deyilik"

“Bizə deyirdilər ki, siz Avropa Şurasına üzv olmalısınız. Bu, bizə nə verdi? Hər bir dövlətin özünəməxsus xüsusiyyətləri var".

Musavat.com bildirir ki, bu sözləri Moldovanın keçmiş prezidenti Petru Luçinski Qlobal Bakı Forumunda deyib. Sabiq prezident qeyd edib ki, Avropa İttifaqına üzvlük üçün bir sıra ziddiyyətli tələblər var:

Rusiya və Suriya hərbi təyyarələri İdlibə hava zərbələri endirib

Rusiya və Suriyanın Hərbi Hava Qüvvələrinin təyyarələri bu gün İdlibdə silahlı birləşmələrə hava zərbələri endiriblər.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu gün İdlibin Cisr-Şuğur rayonunun bir neçə kəndində silahlı birləşmələrə hava zərbələri endirilib.

Suriya və Rusiya hərbi təyyarələri tərəfindən endirilən hava zərbələri əsasən Mişmişan adlı kənddə “əl-Hizb əl-İslami ət-Türkistanı” qruplaşmasını hədəfə alıb.

İsrail əsgərləri 13 yaşlı fələstinlini öldürdü

Eastnews.org-un verdiyi xəbərə görə, İordan çayının qərb sahilində yerləşən Nablus şəhərində 13 yaşlı fələstinli uşaq İsrail əsgərləri tərəfindən öldürülüb.   Bu barədə yerli mənbələr məlumat yayıblar.   Məlumatda vurğulanır ki, Nablusun şərqində fələstinli Məhəmməd Dades adlı uşaq İsrail əsgərlərinin açdığı atəş ilə qarnından yaralanıb.   Uşağın xəstəxanaya çatdrıdığı və həyatının xilas edilə bilinmədiyi diqqətə çatdırılır. 

Görəsən şiələr öz müxaliflərini “haramzadə” hesab edirlər? (4-cü hissə)

c) Həzrət Əlinin (ə) düşməninin nütfəsində Şeytan şərikdir

Qurtubi Ənsari, Xətib Bağdadi və İbn Əsakir yazırlar:

روى الأعمش عن أبي وائل عن عبدالله قال قال علي بن أبي طالب عليه السلام : رأيت النبي صلى الله عليه وسلم عند الصفا وهو مقبل على شخص في صورة الفيل وهو يلعنه قلت : ومن هذا الذي تلعنه يا رسول الله قال : «هذا الشيطان الرجيم» فقلت : يا عدو الله والله لأقتلنك ولأريحن الأمة منك قال : ما هذا جزائي منك قلت : وما جزاؤك مني يا عدو الله قال : والله ما أبغضك أحد قط إلا شركت أباه في رحم أمه .

İslamda həyatın mənası

Gec-tez hər bir insan özünə həyatın mənası ilə bağlı sual verir. Sualın tərtib edilməsinin özü də inandırıcı dəlildir ki, insan ancaq maddi rifaha can atmaq və ona nail olmaqla razı qala bilməz. Əks halda, imkanlı adamların hər biri həyatın mənasını düşünməklə vaxt itirməz, yalnız öz var-dövlətini artırmaqla məşğul olardı. Bu və ya digər səbəbdən ateizm, yəni Allahın varlığını tamamilə inkar edən və onun ardınca gedən bir insanı həyatın tam mənasızlığı sonda istər-istəməz ümidsizliyin dibsiz uçurumuna aparacaq.

Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək

Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək.

Musavat.com xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, aksiya noyabrın 8-də Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

Artıq Bakıda Zəfər Günü ilə bağlı hazırlıqlar başlayıb. Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilir.

Müsəlman biznesmen hər gecə ehtiyaclılara çörək paylayır

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, mərakeşli Əhməd bin Əbdürrəhman Belçika paytaxtı Brüsseldəki otelinin qapılarını evsiz insanların üzünə açıb.

Müsəlman biznesmen deyir ki, İslamın təqdir etdiyi işləri görür – gedəcək bir yeri olmayan insanlara sığınacaq verir və öz avtomobili ilə gecələr ehtiyaclılara çörək paylayır.

Əhməd artıq 27 ildir ki, Brüsselin mərkəzindəki Qran-Plan turistik meydanınna aparan küçələrdən birində otelçiliklə məşğuldur.

Yəmən qüvvələri Səudiyyəyə aid bazanı ələ keçirdi

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmən ordusu və xalq könüllü birləşmələrinin Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinə qarşı Məarib vilayətinə irəliləməsi davam edir.   Yəmən qüvvələrinin Məaribdə yeni nailiyyətlər əldə etdiyi bildirilib.   Yəmən ordusu və könüllü xalq birlikləri Məaribin cənubunda Səudiyyə Ərəbistanına məxsus "Um Riş" bazasını ələ keçirib.

Çin və Suriya prezidentləri arasında telefon danışığı olub

Çin Sədri Si Cinpin və Suriya prezidenti Bəşər Əsəd arasında telefon danışığı olub.

SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə Suriyanın Prezident Administrasiyası bəyanat verib.

Bildirib ki, prezident Bəşər Əsəd çinli həmkarı ilə təmasda, beynəlxalq səviyyədə Suriyaya qarşı dəstəklənən terrorizm və rəsmi Dəməşqə qarşı iqtisadi mühasirə ilə mübarizədə Çinlə əlaqələrin Suriya xalqı üçün əhəmiyyət daşıdığını deyib.

ABŞ Ermənistan və Azərbaycan arasında müharibədən zərər çəkmiş ərazilərin minadan təmizlənməsinə 500 min dollar ayırıb

Birləşmiş Ştatlar bölgədə sülhün və əməkdaşlığın inkişafı məqsədilə 2020-ci ilin payızında Cənub Qafqazda Ermənistan və Azərbaycan arasında yer alan intensiv atışma nəticəsində zərər cəkmiş ərazilərdə humanitar minətəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 min ABŞ dolları məbləğində yardımın ayrılmasını bəyan etməkdən məmnundur.

Azərbaycanda siyasi məhbus sayı 122-dir

Sülh və Demokratiya İnstitutu hazırda Azərbaycanda 122 siyasi məhbusun olduğunu bildirir. Bu barədə AzadliqRadiosuna institutun direktoru Leyla Yunus danışıb. Leyla Yunus onların 6 qrupa bölündüyünü bildirib: “Birinci qrupa jurnalistlər və bloqerlər daxildir ki, 7 nəfər təşkil edir. İkinci qrupa yenə 7 nəfərdən ibarət müxalif partiyaların üzvləri daxildir. Üçüncü qrup dindarlardır ki, onların sayı 20-dir. Dördüncü qrup “Tərtər işi” adlanır, bura 27 nəfər daxildir. Ömürlük azadlıqdan məhrum edilən Yunis Səfərovun daxil olduğu “Gəncə işi”ndə 47 məhbus var.