09 October 2021

İraq-Suriya sərhədində Amerika PUA-sı vuruldu

Saberin News Teleqram kanalı bu gün günorta saatlarında Suriya sərhədində Amerikaya məxus pilotsuz təyyarənin İraq müqavimət qrupları müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.
Saberin News-un məlumatına görə Amerika pilotsuz təyyarəsi müqavimət qüvvələrinə qarşı düşmən missiyası həyata keçirməyə cəhd edib. Mənbə əlavə edib ki, pilotsuz təyyarə vurulmazdan əvvəl İraq müqavimət qüvvələrini hədəfə alıbmış.

Həyat yoldaşı Polad Aslanova həbsxanada təzyiqlərin olduğunu deyir

1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist  Polad Aslanova təzyiqlər olunur, ona süni şəkildə problem yaradırlar. Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova bildirib.

«Poladla yaxından dostluq edən kamera yoldaşını karsa salıblar,ona  yemək, su keçirməyə imkan vermirlər. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi  məhbusları Polad Aslanovun üzərinə qaldırıb. Polad Aslanova qarşı təzyiqlər  siyasi məhbus Niyaməddin Əhmedova dəstəyini ifadə edən mesajın dərc olunmasından sonra başlayıb», deyə G.Aslanova iddia edir.

Penitensiar xidmərdən şərh almaq mümkün olmayıb.

MN: Azərbaycan Ordusunun atəşi nəticəsində erməni mülki şəxsin ölməsi, hərbçinin isə yaralanması xəbəri yalandır

Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.

Hacı Mövsüm Səmədov: "İrad tutulası o ölkələrdir ki, müharibədən qabaq Ermənistanı silahlandırıblar! O cümlədən İsrail!”

Giperssilka.ru xəbər verir ki, Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri Dr. Mövsüm Səmədov İran özəl şirkətlərinin Xankəndi istiqamətində yanacaq daşıması ətrafında İran və Azərbaycan arasında yaranmış gərginliyə münasibət bildirib. AİP sədrinə məxsus rəsmi instraqram səhifəsində dr.

İranın cənubunda zəlzələ nəticəsində 400 ev dağılıb

Ötən gecə yerli vaxtla 02:46 radələrində İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əndika rayonunda 5 bal gücündə zəlzələnin baş verməsi nəticəsində 400 ev tamamilə dağılıb.

Trend-in məlumatına görə, bunu İranın Əndika rayonunun qubernatoru Əmrullah Nozəri deyib.

Ə.Nozərinin sözlərinə görə, zəlzələ Əndika rayonunun 120 kəndində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində indiyədək 3 nəfərin yaralandığı bildirilir.

Hacı Ramil Bədəlov: "İnsan hər zaman və həmişə Allahın nəzərini üzərində hiss etməlidir"

İlahiyyatçı Hacı Ramil Bədəlov növbəti cümə xütbəsini Bakının Sabunçu məscidində davam etdirib. "İlahi Məhəbbət" mövzusunda silsilə çıxışlar edən ilahiyyatçı bu həftə də mövzunu davam etdirib. İlahi məhəbbəti yaradan amilləri şərh edən ilahiyyatçı gözəl həyatın məhz ilahi məhəbbətin sayəsində mümkün olduğuna diqqət çəkib. Gözəl həyatın dörd düsturundan danışan Hacı Ramil, bu düsturun birinci pilləsinin Allahı unutmamaq olduğunu söyləyib. "İnsan hər zaman və həmişə Allahın nəzərini üzərində hiss etməlidir. O bunu özündə dəqiqləşdirməli və unutmamalıdır ki, Allah onun hər vəziyyətində görür.

Üçüncü dünya müharibəsi bu yerlərdən başlaya bilər - “The Sun” açıqladı

Amerikanın “The Sun” qəzeti üçüncü dünya müharibəsinin başlaya biləcəyi yerləri göstərən dünya xəritəsini çəkib.

“Qafqazinfo” xəbər verir ki, xəritə qəzetin saytında yerləşdirilib.

Müəlliflərin fikrincə, qlobal hərbi toqquşma Tayvan adasında (Çin iddia edir), Kəşmirdə (Hindistan və Pakistan arasındakı mübahisəli bölgə), Hörmüz Boğazı (İran və Birləşmiş Ərəb Əmirliklərinin sularında yerləşir) və Şimali Koreya ilə ABŞ-ın nüvə raketləri ilə qarşılıqlı zərbələri ilə başlaya bilər.

İraqda seçki öncəsi “sükut günü”dür

 İraqda sabah parlament seçkiləri keçirilir. Bu gün ölkədə sükut günüdür.

SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, İraqda seçki öncəsi təbliğat-təşviqat fəaliyyətləri bitib və bu gün ölkədə “sükut günü”dür.

Qeyd edək ki, İraqda növbədənkənar parlament seçkilərində 3,200 namizəd 329 parlament kürsüsünü əldə etmək üçün rəqabət aparacaqlar.

Namizədlərin 951-i qadındır.

ABŞ və Taliban nümayəndələri görüşəcəklər

ABŞ nümayəndə heyəti 9-10 oktyabr tarixlərində Qətərin paytaxtı Dohada Taliban rəhbərliyi ilə görüşəcək.

Trend TASS -a istinadən xəbər verir ki, görüş ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra tərəflər arasında ilkdir.

Bildirilir ki, ABŞ səlahiyyətliləri Əfqanıstanda qalan digər ölkələrin vətəndaşlarının təhlükəsiz şəkildə evakuasiyasını və Taliban tərəfindən saxlanılan amerikalıların sərbəst buraxılmasını təmin etmək üçün Talibana təzyiq göstərməyə çalışacaqlar.

Ramzan Kadırovun qızı nazir təyin edildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük qızı Ayşat Kadırova ölkənin mədəniyyət naziri təyin edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, 22 yaşlı Ayşat buna qədər mədəniyyət nazirinin birinci müavini olub. O, nazir müavini postuna 2020-ci ilin sentyabrında təyin olunub.

Siyasi karyerasına qədər Ayşat 2009-cu ildə anasının açdığı “Firdaws” moda evinə rəhbərlik edirdi. Brend əsasən dini geyimləri istehsal edib. 2020-ci ilin əvvəlində Ayşat Kadırova Qroznıda Paris restoranını açıb.

Fuad Əhmədliyə 30 sutkalıq həbs cəzası verilib

Siyasi Məhbuslar və İşgəncə Qurbanlarının Müdafiəsi Mərkəzi İctimai Birliyinin həmtəsisçisi və AXCP fəalı Fuad Əhmədli ictimai asayişi pozmaq ittihamı ilə 30 sutka müddətinə həbs olunub.

Bu barədə Amerikanın Səsinə hüquq müdafiəçisi Zəfər Əhmədov məlumat verib.

Onun sözlərinə görə, qərarı bu gün (8 Oktyabr) Bakının Nəsimi Rayon Məhkəməsi qəbul edib: