07 October 2021

Pandora sənədləri qlobal korrupsiyanı ifşa edir

Dünya liderləri, siyasətçilər və pop ulduzları anonim şirkətlər şəbəkəsi vasitəsi ilə böyük sərvətləri gizlətdikləri ortaya çıxan minlərlə şəxs arasındadır. "Pandora Sənədləri" kimi tanınan bu sənədlər bir neçə hüquqi şirkətin arxivlərindən sızan ofşor dünyasının təxminən 12 milyon sənədinin bir hissəsidir.

"Pandora Sənədləri"ndə ən təəccüblü açıqlamalar arasında Azərbaycan prezidenti İlham Əliyevin və ailəsinin gizli sərvətləri də var. Bu sızıntılar Əliyevlər ailəsinin və onların ortaqlarının son 15 ildə Britaniyada 544 milyon dollar dəyərində əmlak əldə etdiyini göstərir.

Türkiyənin müxalif kanalında ölkəmiz təhqir olundu

Siyasi mövqeyi illərlə dəyişən sözdə jurnalist Levent Gültekin, Azərbaycanın əməliyyatlarına qarşı çıxdı və Ermənistanı dəstəkləyən açıqlamalar verdi.

‘İki Bakış İki Yorum’ adlı verilişdə danışan Levent Gültekin Halk TV telekanalında canlı yayımda, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını xilas edən ölkəmiz üçün ağlasığmaz qalmaqallı təhqirlər yağdırdı!

ABŞ İraqdan çıxır

ABŞ hərbi qüvvələrini İraqdan çıxarmağa başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı İraq Baş naziri Mustafa Əl-Kazıminin mətbuat xidməti yayıb.

Çəkilmə prosesinin dekabrın 31-dək tamamlanacağı bildirilib.

Proses İraq Müdafiə Nazirliyinin Birgə Əməliyyatlar Komandanlığı və beynəlxalq koalisiya qüvvələri arasındakı plana görə həyata keçiriləcək.

Qeyd edək ki, çəkilmə prosesi barədə qərar sentyabrın 17-də açıqlanmışdı.

Putin və Rəisi yaxın zamanda görüşə bilər

Rusiya prezidenti Vladimir Putin ilin sonuna qədər iranlı həmkarı İbrahim Rəisi ilə görüşə bilər.

TASS xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Əlbəttə ki, bunu istisna etmək olmaz", - deyə o, vurğulayıb.

Peskov, dövlət başçılarının görüş məsələsinin hazırlandığını və dəqiq tarixin epidemioloji vəziyyətdən asılı olduğunu qeyd edib.

Heydər Əliyev Sarayı ilk tədbirini şəhid və qazi ailələrinə həsr edib

Heydər Əliyev Sarayı Mədəniyyət Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər eləcə də Vətən uğrunda döyüşlərdə canını fəda edən şəhidlərin ailələri üçün hazırlanmış “Bakıdan Qarabağa” ədəbi-bədii musiqili kompozisiyanı təqdim edib.

“Vikipediya”nın işində qüsurlar yaranıb

“Vikipediya” onlayn-ensiklopediyasının işində qüsurlar yaranıb.

Trend-in məlumatına görə, bu barədə populyar internet mənbələrinin fəaliyyətini izləyən "Downdetector" servisinin saytında bildirilib.

Məlumata əsasən, istifadəçilərin əksəriyyəti (98 faiz) veb-saytın işindən, 2 faizi isə hesab daxil olan zaman yaşanan problemlərdən şikayət ediblər.

Fars Körfəzində İran və ABŞ hərbi qayıqları arasında gərgin anlar yaşanıb

 Fars Körfəzində ABŞ və İranın hərbi qayıqları arasında qarşıdurmanı əks etdiən görüntülər yayımlanıb.

SalamNews xəbər verir ki, İran KİV-ləri bu gün Fars Körfəzində Sepah və ABŞ-ın hərbi qayıqlarının qarşıdurmasını əks etdirən video yayımlayıblar.

Bildirilib ki, İslam İnqilabının Keşikçiləri Korpusunun hərbi qayıqları Fars Körfəzi sularında ABŞ-ın hərbi qayıqlarını təqib ediblər.

Türkiyə və İran siyasi məsləhətləşmələr aparacaq

Oktyabrın 8-i Türkiyə paytaxtı Ankara şəhərində Türkiyə və İran Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcəyi gözlənilir.

Bu barədə Anadolu agentliyi Türkiyə XİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb

Məlumatda bildirilir ki, Ankarada xarici işlər nazirinin müavini səfir Sedat Önal ilə İran xarici işlər nazirinin müavini Əli Baqiri Kəninin başçılığı altında siyasi məsləhətləşmələr keçiriləcək.

İran yük maşınlarının Türkiyə və Gürcüstana buraxılmaması iddiasını təkzib edib

 İran yük maşınlarının Gürcüstana və Türkiyəyə buraxılmaması ilə bağlı son günlərdə yayılan xəbərləri təkzib edib.

SalamNews donya-e-eqtesad.com-a istinadla xəbər verir ki, bu barədə İranın Gömrük Xidmətinin mətbuat katibi Ruhulla Lətifi açıqlama verib.

NATO rus diplomatlarını ölkədən çıxarır

Rusiyanın NATO -dakı missiyası yarıya endiriləcək və 8 diplomat ölkədən çıxarılacaq. Onlar düşmənə casusluq fəaliyyətində şübhəli bildirilir. Diplomatların oktyabrın sonuna qədər ölkəni tərk etməsi planlaşdırılır.
Bir gün əvvəl rusların qovulması barədə ittifaqdakı mənbələrə istinadən ilk dəfə İngilis mətbuatı məlumat yayıb. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko belə bir addımdan sonra NATO-ya inamın böhran həddinə çatması haqqında danışıb: "Əgər əvvəllər kimsə NATO -nun bəyanatlarının səmimiliyinə inanırdısa, bu gün buna heç kim inanmır"

Rafael Ağayev ağır zədə aldı - DÇ-ni buraxacaq

Karate üzrə Olimpiadanın gümüş mükafatçısı, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev ağır zədə alıb.

 “Qafqazinfo” xəbər verir ki, təcrübəli idmançının ayağı sınıb.

Təcrübəli idmançının fərdi məşq zamanı sol ayağı burxularaq ciddi zədələnib.

Buna görə də Ağayev 16-21 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Pandora sənədlərinin ortaya çıxmasından sonra Pakistan siyasi partiyaları İmran Xanın istefasını tələb edib

Giperssilka.ru Qərbi Asiya mənbələrinə istinadən xəbər verir ki, Pandora kimi tanınan sənədlərin ortaya çıxmasından sonra Pakistan müxalifət liderləri İmran Xanın baş nazir postundan istefa verməsini tələb edib.

Pakistanlı siyasi liderlər bildiriblər ki, İmran Xanın adı Pandoranın sənədlərində göründükdən sonra onun baş nazir olaraq qalmasına heç bir mənəvi əsas yoxdur.

Husilər Səudiyyə Ərəbistanın strateji hava limanına PUA-larla hücum edib

Husilər Səudiyyə Ərəbistanın cənubunda yerləşən Əbha hava limanına PUA-larla hucum edib.

Bu barədə əl-Ərəbiyyə telekanalı Səudiyyə Ərəbistanın Hərbi koalisiyasına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, limanı hücum etməyə çalışan PUA-lar ölkənin havadan müdafiə sistemi vasitəsilə zərərsizləşdirilib. 

İraq Parlamenti buraxılıb, ölkə taleyüklü seçkilərə gedir

İraq Parlamenti bu gündən etibarən buraxılıb.

SalamNews xəbər verir ki, İraq Parlamenti  altı ay bundan öncə qəbul etdiyi qərara əsasən bu gün buraxıldığını elan edib.

Parlamentin buraxılması seçkilərin keçirilməsindən üçün gün öncə baş tutub.

Bu o deməkdir ki, İraq xalqı cari ayın 10-da parlament seçkilərinə gedəcək.

Bu addımla yanaşı ölkə qanununa əsasən İraq hökumətinin səlahiyyətləri də azaldılıb.

Bakı-Naxçıvan sərnişin avtobusları İran ərazisindən hərəkətini davam etdirir RƏSMİ

Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətində dəyişiklik yoxdur.

Giperssilka xəbər verir ki, bunu Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, avtobuslar pandemiyadan əvvəl hansı qaydada fəaliyyət göstərirdisə, indi də eyni qaydada, yəni İran ərazisindən keçməklə hərəkətini davam etdirir: