06 October 2021

Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyası fəalını həbsdə saxlayıb

Oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Zamin (Əlizamin) Salayevin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə şikayətini təmin etməyib.

Vəkil Elçin Sadıqovun bildirib, iclas zamanı Salayev 17 saylı koloniyada ona olan təzyiqlərdən şikayət edib. O deyib ki, iki dəfə koloniya rəisi tərəfindən işgəncəyə məruz qalıb.

Vəkil həmçinin bildirib ki, Salayev artıq 29-cu gündür ki, fiziki təzyiqə və əsassız cinayət təqibinə etiraz olaraq aclıq edir.

İsrailin daxili işlər naziri: `Fələstin dövləti olmayacaq`

“İsrail təcrübə əldə edib ki, çıxdığı yerdə və boş qoyduğu yerdə düşmənləri yerləşib. Livanın cənubu və Qəzzanı buna misal gətirmək olar. İki dövlətin təsisi baş tutmayacaq.  Biz sülhə inanırıq, fələstinlilərin yaşamının yaxşılaşdırılmasına inanırıq və müştərək sənaye layihələrin icrasına inanırıq, lakin ordusu olan dövlətə yox. Hazırki vəziyyət hamı üçün yaxşıdır.”

Əhli-beyt (ə) məddahı saxlanılıb

Ötən gün Əhli-beyt (ə) məddahı, gənc fəal Kamran Ağamusa oğlu Kərimov saxlanılıb. Bu barədə Operativ.tv-yə ailəsi məlumat verib. Kamran Kərimov cəmiyyətdə Kamran Fərat olaraq tanınır və bir çox dəyərli ifa və bəstələrin müəllifidir. Ötən həftə Qarabağ şəhidlərinin xatirəsinə "Ey Hüseynin aşiqi" adlı yeni klipini təqdim edən Kamran Fəratın saxlanılma səbəbini də məhz bu ilahi ilə bağlı olduğu qeyd edilir. Dünən məhkəmə önünə çıxarılan məddaha 30 sutka inzibati cəza verilib. Bu gün gənc Binəqədi təcridxanasına göndərildiyi bildirilir.  

“Rövşən Əkbərova ömürlük cəza verilsin” - Elçin Əliyevin xanımı

Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərovun məhkəmə prosesi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə mərhumun həyat yoldaşı və yaxın dostu dindirilib.

E.Əliyevin arvadı Fəxrintac Əliyeva istintaqa verdiyi ifadəni təsdiq edib: “Bu qətl bütün ailəni darmadağın edib. Qatilin ömürlük cəza almasını istəyirik. Rövşən Əkbərovun adını hadisə baş verənədək eşitməmişdim”.

Respublika Gününün adı bu səbəbdən dəyişdirilir

Xəbər verdiyimiz kimi, “Müstəqillik Günü haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyə görə, bundan sonra mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin bərpası Günü kimi ölkədə qeyd ediləcək. 

“Qafqazinfo” xəbər verir ki, təqdim edilən layihədə bayram günlərinin adlarının dəyişdirilməsinin səbəbi izah edilib. 

Azərbaycanda vaksin pasportu olmayan şəxslərin cinayət işinə videokonfrans vasitəsilə baxılacaq

Azərbaycanın Ali Məhkəməsi ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan əlavə tədbirlər haqqında məlumat yayıb.

Bu barədə SalamNews-a Ali Məhkəmədən məlumat verilib.

Məşhəd-Kərbəla-Məkkə magistral yolu açıla bilər

Yaxın zamanda İraq, Məşhəd-Kərbəla-Məkkə beynəlxalq magistral yolunun tikilişinə start verilə bilər.

Bu barədə İqna.ir agentliyi məlumat yayıb.

Məlumatda bildiirlir ki, sözügedən magistral yolunun çəkilməsi məsələsi bu yaxınlarda İraqın paytaxtı Bağdad şəhərində baş tutan İran, İraq və Səudiyyə Ərəbistanı rəsmilərinin görüşündə müzakirə edilib.

Səudiyyə Ərəbistanı daha bir şiə vətəndaşını edam etdi

Giperssilka.ru MEHR-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı şiə vətəndaşlarını öldürməyə davam edir.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi dünən bir şiə vətəndaşının edam edildiyini açıqlayıb. Nəticədə Müslüm Əl-Möhsün ali şəhadət məqamına çatıb.

Müslim Əl-Möhsün adlı həmin vətəndaşın terrorçu dəstənin üzvü olduğu iddia edilib.

Onun şiələrin Qətifdəki Əl-Əvamiyyə qəsəbəsinin sakini olduğu bildirilir.

Qeyd edək ki, o, 2015-ci ildə Səudiyyə qüvvələri tərəfindən həbs edilmişdi.

“Fəryad-2” filminin çəkilişləri başa çatıb

“Həyat, deyəsən gözəldir” tammetrajlı bədii filminin Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeron yarımadasında iki aydan artıq müddətdir ki, həyata keçirilən çəkilişləri yekunlaşıb.

“Azərbaycanfilm” kinostudiyasından “Az.shafaqna.com”a verilən məlumata görə, rejissoru, Xalq artisti Vaqif Mustafayev olan film, erməni işğalçılarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir.

Əsaibi-Əhli-Haqq hərəkatının baş katibi Həşduş-Şabinin müdafiəsindən məsul cəbhələri zəiflətmək üçün yüz milyonlarla dollar xərcləndiyini bildirib

İraqdakı Əhli-Haqq hərəkatının baş katibi Qeys əl-Həzali ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Sionist rejimin Həşduş-Şabiyə qarşı plan qurduqlarını və bu qurumu ləğv etmək üçün səy göstərdiklərini açıqlayıb.
Əl-Musənna əyalətindəki əl-Rumisə qəbilə başçıları ilə görüşündə Qeys əl-Həzali, düşmənin Həşduş-Şabinin müdafiəsinə cavabdeh olan cəbhəni zəiflətmək üçün yüz milyonlarla dollar xərcləndiyini bildirib.

İranın Bakıdakı Səfirliyi İslam İnqilabı Rəhbəri Ayətullah Xameneinin Bakıdakı ofisinin bağlanması iddiasını təkzib edib

İranın Bakıdakı Səfirliyi, İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamneinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Ekber Ocaqnejadın ofisi və Ehlibeyt (ə) Hüseyniyyəsinin bağlanması iddiasını təkzib edib.

İranın Livana göndərdiyi üçüncü neft tankeri bölgə sularına çatıb

 İranın Livana göndərdiyi üçüncü neft tankeri ABŞ sanksiyaları və təhdidlərinə baxmayaraq bölgə sularına çatıb.

SalamNews TankerTrackers-ə istinadla xəbər verir ki, son ayda İranın üçüncü tankeri Suriyanın Banyas limanına çatıb.

Məlumata görə tankerin yükü benzindir və bu yük maşınlarla Suriyadan Livana daşınacaq.

ABŞ sanksiyalarına görə Livan İran neftini birbaşa ala bilmir.

Roma Papası kilsələrdə minlərlə uşağın cinsi istismara məruz qalmasına münasibət bildirib

Roma Papası Fransisk kilsədə cinsi təcavüzü araşdıran müstəqil komissiyanın yaydığı hesabata münasibət bildirib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd edək ki, kilsələrdə uşaqların cinsi istismarını araşdırmaq üçün 2018-ci ildə yaradılan müstəqil komissiyanın hesabatına əsasən, Fransada kilsələrdə 1950-ci ildən 2020-ci ilə qədər 216 min uşaq cinsi istismara məruz qalıb.

AZAL Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb

“Azərbaycan Hava Yolları” aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.

AZAL-dan verilən məlumata görə, Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.

Fransa Katolik Kilsəsində son 70 ildə 216 min uşaq cinsi təcavüzün qurbanı olub

Fransada yayımlanan hesabatda, son 70 ildə təxminən 216.000 uşağın Katolik kilsəsində cinsi istismara məruz qaldığı bildirilir. Hesabatı dərc edən komissiyanın rəhbəri Jean-Marc Sauve elmi əsaslı hesablamada keşişlər və digər din xadimlərinin, həmçinin kilsədə iştirak edən, lakin dindar olmayan insanların sui-istifadə ilə cinsi təcavüzünü qeyd edir. Sauve, bu rəqəmin hətta 330 minə çatdığını bildirir.