04 October 2021

Xəyanətlə üz-üzə

Tarix boyu rəhbərlər öz yaxınları tərəfindən xəyanətə məruz qalıblar. Bu şəxslərdən də biri ilahi rəhbər olan ikinci imam Həzrət Həsən (ə)-dır. Bizim bu kiçik yazıda o böyük şəxsiyyətin öz yaxınları tərəfindən xəyanətə məruz qalan hadisələri yazmaq fikrimiz yoxdur. Məqsədimiz bu xəyanətin səbəblərini araşdırmaqdır. O Həzrətin (ə) qoşununun bir hissəsi Müaviyə ilə döyüşdə müəyyən bir məbləğ müqabilində Müaviyəyə tərəfə keçməsi çox yandırıcı hadisədir.

Allahşükür Paşazadə sabah Qazaxıstana gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 5-də Qazaxıstan Respublikasına səfərə yola düşür.

QMİ-nin Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti ilə baş tutan səfərdə məqsəd oktyabrın 6-da paytaxt Nur-Sultan şəhərində keçiriləcək Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XIX sessiyasında iştirak etməkdir.

Səudiyyə Yəməndə müharibəni bitirmək üçün ABŞ-la gizli danışıqlara başlayıb

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl-Səud, sərmi Ər-Riyad və Vaşinqtonun Yəməndəki hərbi münaqişəyə son qoymaq məqsədilə intensiv danışıqlara başladığını bildirib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Portalın məlumatına əsasən, danışıqların detalları və məzmunu açıqlanmır.

Mücahid: Bütün İŞİD terrorçuları məhv edilib.

Taliban sözcüsü xüsusi təyinatlıların İŞİD yaraqlılarına qarşı keçirdiyi əməliyyatlar zamanı terrorçuların məhv edildiyini söyləyib.
Mədəniyyət və İnformasiya Nazirliyi və Taliban sözçüsü Zəbihullah Mücahid xüsusi təyinatlılarının dünən gecə Kabilin şimalında keçirdikləri əməliyyatda terroru həyata keçirən bütün İŞİD-çilərin öldürdüklərini söyləyib. Yerli sakinlərin əməliyyat zamanı partlayış baş verdiyini bildirsələr də, mənbə əməliyyatın detallarının açıqlanmadığını bildirib. 

Prezident İlham Əliyev: Azərbaycan müstəqil siyasət aparan ölkədir, heç kim bizim daxili işimizə qarışmasın

Azərbaycan müstəqil siyasət aparan ölkədir. Bunu hər kəs bilir və birinci il deyil ki, müstəqil siyasət aparırıq. Qonşularımızla, bütün başqa ölkələrlə müstəqil siyasət əsnasında münasibətlər qururuq. Heç kim bizim daxili işimizə qarışmasın.

Trend xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Prezident: "Bizə dost, qonşu olan Rusiya və Türkiyə Azərbaycana xoş münasibət bəsləyir, Azərbaycan da onlara eyni münasibəti bəsləyir"

"Bu gün Cəbrayıl rayonunun inkişafı ilə bağlı çox önəmli gündür. Çünki bu gün artıq bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşası zamanı və inşaatından sonra fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlər, ilk növbədə, təhlükəsizliklə bağlı tədbirlər öz həllini tapacaq".

"Müdafiə xətti" sentyabrda vətəndaşların hüquqlarının pozulması barədə

Oktyabrın 4-də "Müdafiə xətti" hüquq- müdafiə təşkilatı bu ilin sentyabrında insan hüquqlarının pozulması faktları haqda hesabatı təqdim edib. Monitorinqin nəticələri qanunsuz həbslər, həbsxanalarda təzyiqlər və zorakılıq faktlarının olduğunu göstərir, təşkilatın rəhbəri Rüfət Səfərov bildirib.

Tibb işçisindən pul tələb edən "jurnalist" tutulub

Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən tibb məntəqəsində işləyən şəxslərdən biri Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə şikayət edərək tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etdiyini bildirib.

XİN İran xarici işlər nazirinin Azərbaycanla bağlı fikirlərinə münasibət bildirib

“İlk növbədə, vurğulamaq istərdik ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın yerli televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, iki ölkə xalqları arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan və İran arasında əlaqələr möhkəm tarixi bağlar, dostluq və əməkdaşlıq üzərində qurulub”.

Əfqanıstan paytaxtında şiddətli partlayış törədilib, azı səkkiz ölü var

Ötən gün Əfqanıstanın paytaxtı Kabil şəhəri şiddətli partlayışın və atışmaların şahidi olub.

SalamNews ToloNews-a istinadla xəbər verir ki, Taliban mənbələri Kabilin şimalında İŞİD-ə bağlı olan qüvvələrə qarşı əməliyyatın həyata keçirildiyini bildiriblər.

Kabilin şimalında Kariz adlı kvartalda baş verən partlayış və atışmada səkkiz nəfərin öldüyü və daha 22 nəfərin yaralandığı deyilir.

Suriyada yenə eyni ssenari.

İdlibdəki yerli mənbələr Fransız və Belçikalı mütəxəssislərin Nusra Cəbhəsi terrorçularına zəhərli qaz daşıyan raketlər qurmasına və kimyəvi hücumlar həyata keçirməsinə kömək etdiyini bildirib.
Yerli mənbələr Suriyanın rəsmi xəbər agentliyi SƏNA-ya istinadən yaydığı məlumata görə terrorçuların İdlib ətrafındakı terror bazalarından birindəki raketləri dəyişdirdikləri və zəhərli xlor və sarin qazı daşıyan başlıqlarla təchiz etdiklərini açıqlayıb.

Bəhrəm Salih: İran-Səudiyyə Ərəbistanı dialoqu yaxşı inkişaf edir, lakin problemlər də var.

İraq Prezidenti Bəhrəm Salih dünən telegramda etdiyi paylaşımında İran-Səudiyyə Ərəbistanı dialoqunun yaxşı inkişaf etdiyini, lakin problemlərin də olduğunu qeyd edib. Danışıqların bu sahədə bir açılış olacağını və dialoqların davamlı olacağına ümid etdiyini dilə gətirən Salih  “İraqın və bölgənin buna ehtiyacı var. İran və Səudiyyə Ərəbistanı bölgənin iki böyük ölkələridir '' bildirib.