03 October 2021

Ayətullah Xamenei İranın şimal-qərbində keçirilən hərbi təlimə münasibət bildirib

“Region üçün məsləhətli budur ki, bütün ölkələr müstəqil ordulalara malik olsun, yalnız öz xalqlarına arxalansın və qonşu dövlətlərin orduları ilə birgə addım atsınlar. Regionun orduları bölgənin təhlükəsizliyini təmin edə bilərlər. Onlar əcnəbi orduların öz mənafeyini təmin etmək üçün minlərlə km uzaqdan gəlib hərbi müdaxilə etməsinə, yerli hərbi qüvvələrin işinə müdaxilə etməsinə imkan verməməlidirlər. İranın şimal-qərbində qonşu ölkələrlə sərhəddə cərəyan edən hadisələr də bu dediyimiz məntiqlə həll edilməlidir. Bizim ordumuz bu məntiq yolu ilə gedir. Üslüb məntiqli üslubdur.

Bəhreyn atleti yeni dünya rekordu vurub

Bəhreynli yüngül atletika üzrə idmançı Kalkidan Gezan 10 km məsafəyə qaçış yarışında yeni dünya rekorduna imza atıb.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (World Athletics) mətbuat xidməti məlumat yayıb.

Turnir Cenevrədə keçirilib. İdmançı məsafəni 29 dəqiqə 38 saniyəyə qət edib, əvvəlki rekord isə Keniyalı Coysilin Cepkosgeyi (29.43) tərəfindən qoyulub. Kalkidan Gezanın 30 yaşı var, daha əvvəl Tokiodakı Olimpiya Oyunlarında 10.000 m qaçışda gümüş medal qazanıb.

MÜSƏLMAN BİRLİYİ HƏRƏKATI "8 NOYABR- ZƏFƏR GÜNÜ" MÜNASİBƏTİLƏ MÜSABİQƏ ELAN EDİR.

"Qarabağ müharibəsi və qələbəmizdə inancın rolu" adlı məlaqə müsabiqəsi.
Müəlliflərin yazıları münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Qaliblərin müküfatlandırılacağı müsabiqə müharibədə əqidəvi çalarların işıqlandırılmasına töhfədir.

Əmir Abdullahiyan: Azərbaycan hökuməti üçün problemlər yaranacağından narahatıq.

Sionist rejimin varlığına və bölgədəki geosiyasi dəyişikliklərə cəhdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən axşam qatıldığı televiziya proqramında bəzi aydınlıqlar gətirib. O fikirlərini "İran İslam Respublikası Qarabağın işğaldan azad edilməsini dəstəkləyir" deyə başlayaraq eyni halda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İranla bağlı açıqlamalarına da toxunub. "Azərbaycan Prezidentinin açıqlamalarına diplomatik kanallarla reaksiya verdik və Azərbaycan rəsmilərindən müsbət mesajlar da aldıq" deyə o əlavə edib.

İraqın sionist rejimi ilə münasibətlərində normallaşma olmayacaq

Fəth Parlament Koalisiyasının sədri İraqın sionist rejimlə münasibətlərinin normallaşmasını rədd edərək, ABŞ-ın Bağdad-Pekin anlaşmasını həyata keçirilməsinə icazə vermədiyini açıqlayıb. Sədr və İraq Bədr Təşkilatının baş katibi Hadi əl-Əmiri, bu ölkənin müctəhidlərin fətvası ilə terrorizmə qarşı böyük bir qələbənin əldə edildiyinə diqqət çəkib.