01 October 2021

Zülfüqar qılıncı ilə mesaj

Ötən gün Bəhreynə səfər edən İsrail xarici işlər naziri Yair Lapidə etiraz olaraq ölkə vətəndaşları İmam Əlinin (ə) qılıncını əks etdirən plakatla etiraz ediblər. Rastxeberin məlumatına görə plakatdakı Zülfüqar qılıncı Lapidə İslam Peyğəmbəri (s) dövründəki hadisəni xatırlatmaq üçün nümayiş etdirilib. Bununla da onlar işğalçı rejim hesab etdikləri İsrail ilə normallaşma sazişinə etirazlarını bildiriblər. Bəhreyn vətəndaşları dünən gecə işğalçı İsrail xarici işlər nazirinin Bəhreynə səfərinə etiraz olaraq küçələrə çıxıb. Bəzi şəhərlərdə hətta İsrail bayraqları da yandırılıb.

İmam Musa Sədrin həyat yoldaşı dünyasını dəyişib.

Rasthaberin Livan mediasına istinadən verdiyi məlumata görə Livan Şiələri Ali İslam Şurası və Amal Hərəkatının qurucusu İmam Musa Sədrin həyat yoldaşı Pərvin Xəlili dünyasını dəyişib. İmam Musa Sədr, Şeyx Məhəmməd Yaqub və Abbas Bədrəddin (jurnalist) ilə birlikdə 30 sentyabr 1978 -ci ildə Liviyanın o vaxtkı prezidenti Muəmmər Qəddafinin dəvəti ilə Liviyaya rəsmi səfəri zamanı yoxa çıxır. İki il əvvəl, İmam Musa Sədrin oğurlanmasının ildönümündə Musa Sədrin oğurlanmasını araşdıran rəsmi komitənin məruzəçisi onun hələ də sağ olduğuna dair etibarlı məlumatlara malik olduğunu bəyan etmişdi.

ABŞ-ın Əfqanıstanda tərk etdiyi silahların dəyəri açıqlanıb

ABŞ-ın Əfqanıstanda qoyub getdiyi silahların dəyəri 85 milyard dollar dəyərində qiymətləndirilir.

RT xəbər verir ki, bu barədə  Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Şurasının sədri Dmitri Şuqayev məlumat verib.

Rusiya rəsmisi “Zvezda”ya açıqlamasında bildirib ki, ABŞ-ın Əfqanıstanda qoyub getdiyi silahların dəyəri 85 milyard dollar miqdarında dəyərləndirilir.

Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub.

Bu barədə SalamNews Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 09:28-də Quba stansiyasından 6 km qərbdə Quba rayonunda zəlzələ qeydə alınıb.

Maqnitudası 3.1, dərinliyi 10 km olan zəlzələ hiss olunmayıb.

Nə üçün idrak beyində baş vermir?

Dərketmə prosesinin harada və necə baş verməsi haqda müxtəlif fikirlər irəli sürülüb. İnsanlar tərəfindən daha çox zənn edilən fikirlərdən biri dərketmə aktının beyində gerçəkləşməsidir. Biz bu kiçik yazıda dərketmənin beyində baş verə bilməyəcəyini isbat edib idrak aktının, ümumiyyətlə, mürəkkəb bir maddədə – beyində – baş verməsinin qeyri-mümkün olduğunu göstərəcəyik. Biz nəyisə dərk edərkən, hiss edərkən və ya məntiqi mühakimələr yürüdərkən beynimizdə neyronların arasında elektrokimyəvi əlaqələr yaranır.