18 February 2021

Vasif Talıbovun maskasız fotoları müzakirə yaratdı

Bu gün sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun və digər rəsmi şəxslərin ötən gün baş tutan Ağbulaq xizək mərkəzinin açılışı zamanı maska taxmaması müzakirələrə səbəb olub.

Açıq havada keçirilən mərasim zamanı sosial məsafəyə əməl edilməməklə yanaşı həmçinin maska da taxılmayıb. Ali Məclis rəhbərinin və üzvlərinin Nazirlər Kabineti  yanında Operativ Qərargahın qaydalarına riayət etməməsi tənqidlə qarşılanıb.