12 February 2021

"Hüquqi dövlətdir, amma evimizi başımıza uçururlar"

Xətai rayonu, General Şıxlinski küçəsi 42 ünvanda yerləşən, Kondisioner Zavodunun yataqxanası olmuş bina sökülür. Binada 35 ailə qalıb və onlar evlərini tərk etmək niyyətində deyillər. Xətai Rayonu İcra Hakimiyyətindən deyilir ki, 2018-ci ildə binanın qəzalı vəziyyətdə olması barədə rəy veriləndən sonra onun sökülməsi qərara alınıb. Podraçtı şirkət RFM MMC ilə sakinlərin yeni mənzillərlə təmin olunması razılaşdırılıb. Sakinlərsə verilən kompensasiyadan, mənzil təklifindən narazıdırlar.

“Oğlum həbsdə özbaşınalıqlara görə aclıq edir”

Ailəsi övladı ilə danışa bilmir

Şəki Penitensiar Müəssisəsində saxlanılan məhbus Röyal Əhmədovun orada ölüm aclığı keçirdiyi iddia olunur. Məhbusun atası Kərim Əhmədov bildirib ki, oğlu fevralın 10-dan aclığa başlayıb. K.Əhmədovun sözlərinə görə, oğlunun aclıq aksiyası keçirməyindən həmin müəssisədə saxlanılan başqa bir məhbusun köməyilə xəbər tutublar. Hazırda özü ölkədə olmadığına görə şəxsən müəssisəyə gedib, oğlunu görmək imkanı olmadığını deyən K.Əhmədov Ombudsman Aparına müraciət edib.