12 January 2021

İtkin düşən daha bir əsgərin nəşi tapıldı

Vətən müharibəsində itkin düşən hərbçilərimizdən daha birinin şəhid olduğu müəyyənləşib.

Söhbət Masallının Ərkivan qəsəbə sakini 23 yaşlı Sənan Seyfullayevdən gedir. S. Seyfullayev bu gün doğulduğu qəsəbədə torpağa tapşırılıb.

Bildirilir ki, onun nəşi 71 gündən sonra tapılıb.

Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyinin itkin düşən 64 hərbçi ilə bağlı yaydığı siyahıda S. Seyfullayevin də adı yer almışdı.

Qalmaqalla məşhur olan Luka Volonte 4 il müddətinə azadlıqdan məhrum edilib

Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü Luka Volonte yanvarın 11-də korrupsiya ittihamı ilə 4 il müddətinə həbs edilib, bu barədə “Kavkazskiy uzel” İtaliyanın La Republica nəşrinə istinadla məlumat verir.

Milan məhkəməsi Volonteni Azərbaycanın iki siyasi xadimindən yarım milyon avro almaqda təqsirli bilib. Məhkəmənin iddiasına görə, Volonte bu məbləği 2013-cü ildə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar haqqında məruzəni qəbul etməsinə mane olmaq üçün alıb.