08 January 2021
"İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Prezidentin sərəncamı ilə Əlaqələndirmə Qərargahı yaradılıb”.
“Nyu-York Tayms”ın redaksiyası Trampı impiçment etməyə çağırır
ABŞ-ın “Nyu-York Tayms” qəzeti yanvarın 6-da Konqres binasına edilən hücuma, baş verən iğtişaşlara, tökülən qana görə prezident Donald Trampı günahlandırır və onu dərhal postundan uzaqlaşdırmağa çağırır.
Bununla bağlı qəzetdə redaksiya adından məqalə dərc olunub.
Yoxsulluğa işarə
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak mallarına xərclənən vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Jurnalistin qətli ilə bağlı yeni sübutlar ələ keçib – “Euronews”
Novator.az saytı “Euronews” kanalının Rusiya, Ukrayna və Belarus hakimiyyətinin sərt tənqidçisi kimi tanınan, 2016-cı ildə öldürülən və indiyədək qatilləri tapılmayan jurnalist Pavel Şeremetin işi ilə bağlı yaydığı yeni xəbəri ingiliscədən çevirərərək təqdim edirik.
Ukrayna polisi açıqlama verib ki, əllərində jurnalist Pavel Şeremetin qətlini törədənləri müəyyənləşdirmək üçün yeni sübutlar var.
ABŞ Konqresini qoruyan polis rəisi istefa verib
ABŞ Konrqesinin binasına basqından sonra Kapitoli polisinin rəisi Stiven Sund istefa verib.
7 aydır bu vəzifədə xidmət edən S.Sundun istefa qərarı yanvarın 16-da qüvvəyə minəcək.
Eldar Həsənovdan kim qisas alır? - Vəkildən sensasion iddia
Həbsdə olan sabiq Baş prokuror, səfir Eldar Həsənov vəkili Adəm Məmmədov vasitəsilə mətbuata açıqlama yayıb.
A.Məmmədov bildirib ki, onunla söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərə əsaslanaraq bir nəticəyə gəlib: “Bu həbsin səbəbi Eldar müəllimin Baş prokuror kimi fəaliyyət göstərdiyi zamanda respublikamızın hazırda nüfuzlu bir şəxs ilə keçmişdə aralarında yaranmış işçi münasibətinin gərginləşməsinin qisasıdır.
Qəzalı binanın sakinləri: Uşaqları, qocaları evdə qoyub getməyə qorxuruq
Mədən küçəsinin sakinləri yaşadıqları binanın çökmək üzrə olduğunu deyir
“Daşlar qopub yerə düşür. Uşaqları, qocaları evdə qoyub getməyə qorxuruq. Həyatımıza təhlükə günbəgün artır”.
Bunu Meydan TV-yə Ramana qəsəbəsi, 9-cu Mədən küçəsi 29 ünvanında yaşayan sakinlər deyir. Onun sözlərinə görə, bir neçə ailə 23 ildən çoxdur ki, qəzalı binada canını dişinə tutub yaşayır.