20 November 2020

Azərbaycanlı hərbi əsirlərə qarşı qeyri-insani rəftarla əlaqədar AİHM-ə sorğu göndərilib

“Bu gün azərbaycanlı hərbi əsirlər - Amin Musayev və Bayram Kərimovla qeyri-insani rəftarla əlaqədar Ermənistana qarşı təcili olaraq müvəqqəti tədbirlərin tətbiqi məqsədi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə sorğu göndərdim”.

Bu sözləri Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov tvitter səhifəsində yazıb.

Sabahdan küçədə də maska taxılmalıdır - DİN-dən xəbərdarlıq

Daxili İşlər Nazirliyi açıq havada maskadan istifadəyə nəzarət üçün polis naryadlarının fəaliyyətini gücləndirəcək.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, noyabrın 21-dən etibarən küçədə, parklarda, açıq və qapalı məkan olan bütün ictimai yerlərdə polis əməkdaşları karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarət edəcək:

Azərbaycan Ordusu Ağdam rayonuna daxil olub

Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq

Azərbaycan ordusu Ağdam rayonuna daxil olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Azərbaycanın Prezidenti, Ermənistanın Baş naziri və Rusiyanın Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

“Azərenerji” işğaldan azad edilən rayonlarda işləmək üçün kadr yığır

Azərbaycan Ordusunun işğaldan azad etdiyi Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdam və bu kimi tamamilə dağıdılmış rayonlarda elektrik enerji sisteminin sıfırdan yaradılması, o cümlədən işğaldan azad olunan və olunacaq digər ərazilərdə enerjisistemin yenidən qurulması üçün “Azərenerji” ASC aşağıdakı vəzifələr üzrə kadr ehtiyyatının yaradılması məqsədi ilə müsabiqə elan edir.

Operativ.tv xəbər verir ki, vakansiyalar aşağıdakı vəzifələr üzrədir.