19 November 2020

Kafe-restoranların fəaliyyəti həftəsonları dayandırılır

Azərbaycanda kafe-restoran və digər iaşə obyektlərinin fəaliyyəti dayandırılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır.

Vəzifəli şəxsin rüşvət alarkən cinayət başında yaxalandığı deyilir

Bu barədə məlumatı Azərbaycan Respublikasının Baş Prokurorluğu yayıb

Həmin şəxslərdən biri Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının direktoru Fərhad Dəmirovdur.

Baş Prokurorluq bildirir ki, Fərhad Dəmirovm sığorta ödənişinin verilməsi üçün Xaçmaz rayon sakini Asif Məlikovdan oğlundan 1200 manat pul istəyib.

Andrey Rudenko: Sülhməramlıların sayının artırılması gündəmdə deyil

"Status məsələsi çox həssasdır"

Qarabağda rusiyalı sülhməramlıların sayının artması barədə məsələ hələ ki gündəmdə deyil.

Bu barədə Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko RİA Novosti agentliyinə danışıb.

Nazir müavini deyib ki, Rusiyalı sülhməramlıların sayı üç prezidentin bəyanatına uyğun müəyyənləşdirilib: “Hazırda belə bir məsələ qaldırılmayıb”.