12 November 2020

Sülhməramlıların bütün xərclərini Rusiya qarşılayacaq

“Rusiya Federasiyasının hökumətinə sülhməramlı kontingentin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış xərclərin təyin olunmuş qayda üzrə maliyyələşdirilməsi, kontingentə daxil olan hərbi qulluqçuların maddi təminatı və onlara pul məvaciblərinin ödənilməsi nəzərdə tutulur”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin 10 noyabrda Qarabağda sülhün dəstəklənməsi ilə bağlı imzaladığı fərmanda bildirilir.

Sülhməramlı missiyada helikopterlərdən də istifadə olunur

Rusiya Aerokosmik Qüvvələrinin “Mi-8” və “Mi-24” helikopterləri Dağlıq Qarabağdakı münaqişənin həlli üçün sülhməramlı əməliyyatına cəlb ediləcək.

Operativ.tv xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 8 ədəd “Mi-8” və “Mi-24” helikopteri “An-124” Ruslan hərbi nəqliyyat təyyarəsi vasitəsilə İrəvan aerodromuna çatdırılıb.