07 November 2020

"Hizbullah" sabiq naziri müdafiə etdi

Livanın "Hizbullah" hərəkatı sabiq Xarici İşlər naziri Cibran Basilə ABŞ-ın sanksiya tətbiq etməsinə münasibət bildirib.

 

Hərəkatdan verilən bəyanatda vurğulanıb ki, "Hizbullah" ABŞ-ın bu addımını növbəti dəfə təzyiq siyasəti olaraq xarakterizə edir.

 

"ABŞ onun qarşısında əyilməyənlərin hamısına qarşı belə edir. Cibran Basil Livan xalqının və dövlətinin dəyərli siyasətçilərindəndir", - deyə bəyanatda diqqətə çatdırılıb.

İtaliyadakı səfirimizi ermənilər təhdid edir

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ermənilərə aid olduğu bilinən tvitter səhifəsindən davamlı təhdid mesajları alır. 

O, bu barədə sosial şəbəkədə məlumat verib. Səfir tvit ataraq bildirib ki, "L'Italiano in Armenia" onun ünvanına mütəmadi təhdid mesajları paylaşır. Səfirin paylaşdığı şəkildə sözügedən səhifə "Azərbaycanın İtaliyadakı səfiri üçün dua edin" ifadəsi də yer alan paylaşım edib. 

Azərbaycanla Türkiyə səfirliklərinin önünə donuz başı qoyublar...

Xəbər verdiyimiz kimi, bu gecə ermənilər Ukraynanın Xarkov şəhərində yerləşən fəxri konsulluğumuza silahlı hücum edib. Erməni terrorçular tərəfindən konsulluğun binası atəşə tutulub və məkana 6 güllə dəyib. 

Ermənilər artıq bir neçə xarici ölkədə Azərbaycana qarşı terror və təxribata cəhd ediblər. Bu qəbildən olan təxribatçı və terrorçu hərəkətlərin arxasında bir başa Ermənistan hakimiyyətinin dayandığı artıq heç kimə sirr deyil.