02 November 2020

Litvada koronavirusa yoluxanların sayı 15 mini keçib

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 895 nəfər artaraq 15719-ə çatıb.

Bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 27 min 761 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 6797 nəfərdən götürülən testlərin 895-nin nəticəsi müsbət çıxıb.

Fermer: Əkin sahəsinə gedə bilmirik, mərmi heyvanlarımızı öldürüb

“Təkcə pambıqçılıq deyil, bütün sahələrdə zərər var”

Ermənistan silahlı qüvvələri bir neçə gündür Ağcəbədi rayonunun yaşayış məntəqələri ilə yanaşı təsərrüfat sahələrini də davamlı atəşə tutur. Ağcabədili fermerlər deyirlər ki, son 15 gündür əkin sahələrinə gedə bilmirlər. Bir neçə fermerin isə mal-qarası tələf olub.

Rusiyanın təzyiq göstərməməsinin səbəbləri

Status-kvonun bərpası üçün Kremlə əvvəlcə Paşinyanın “getməsi” və onun çağırışı lazımdır

Dağlıq Qarabağ ətrafında münaqişənin həlli Azərbaycan və Ermənistanın maraqları arasında tarazlıq tapılmasından ibarətdir. Bu fikri Rusiya Prezidenti Vladimir Putin cümə axşamı “VTB Kapital”ın “Rusiya çağırır!” forumunda çıxış edərkən bildirib.

ADIF: Əmanətçilərə 551,510 milyon manat kompensasiya ödənib

Ödəmələrin “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin əmanətçilərinə verildiyi bildirilir

Ləğv edilən bankların əmanətçilərinə 551,510 milyon manat kompensasiya ödənib.

Ödəməni Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) həyata keçirib. Həmin əmanətçilər “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərə qorunan əmanətlər yerləşdiriblər.

Rəsmi Tehran Azərbaycan, Ermənistan, Rusiya və Türkiyədən cavab gözləyir

İranın Qarabağda sülhün bərqərar olması planı konfliktin dinc yolla həllinə və silahlı qüvvələrin işğal olunan ərazilərdən çıxarılmasına yönəlib. Bunu İran XİN-nin başçısı Məhəmməd Cavad Zərif deyib.

 

O, dövlət televiziyasının efirində bildirib ki, Dağlıq Qarabağ regionunda gərginlik başlayandan bəri İran Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə ilə danışırlar aparır: "Biz hesab edirik ki, müharibə daha çox region ölkələrinə zərər vuracaq və buna görə də həmin ölkələr onun dayandırılmasına daha çox təsir edə bilərlər. Danışıqları bu kontekstdə aparırıq”.