15 October 2020

Bakı metrosunda təhlükəsizlik tədbirləri gücləndirilib

Ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə əlaqədar qanunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən irəli gələn tapşırıqların icrasının təmin olunması, habelə yeni növ koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Bakı Metropolitenində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir. "

Həbsdəki keçmiş deputat Avropa Məhkəməsinə şikayət edəcək

Vəkil: “Azərbaycan BMT-nin Hüseyn Abdullayevlə bağlı qərarını icra etməlidir”

Oktyabrın 14-də Ali Məhkəmədə həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, vaxtilə onlarla birlikdə işləmiş Namiq Babayevin kassasiya şikayətinə baxılıb. Onların üçü də şikayətlərində təqsirsiz olduqlarını vurğulayaraq, bəraət istəyirdilər.

İnqilab Nəsirovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib.

Tofiq Yaqublu: Məhkəmə iclas protokolları saxtalaşdırılıb

Vəkil: “Hətta mənim etirazımı belə saxtalaşdırıblar”

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu və vəkilləri onun işinə Nizami Rayon Məhkəməsində baxılarkən prosesdə baş verənlərin protokollarda təhrif olunmuş şəkildə yazıldığını bildirir. Vəkillər oktyabrın 14-də bu barədə iradlarını yazılı şəkildə Nizami Rayon Məhkəməsinə təqdim ediblər.

Lənkərana və Qubaya da giriş-çıxış qadağan edildi

Bir neçə kənd karantinə alındı

Oktyabrın 15-dən etibarən Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.

Bu barədə Nazirlər Kabineti(NK) məlumat yayıb.

Oktyabrın 14-dən isə Şəki və Sabirabad rayonları, eləcə də 5 kəndə giriş-çıxış qadağan edilib.